PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                 

"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük" - İmişlinin təzə başçısından da haray yoxdur...
Tarix: 30-06-2020, 10:11 | Çap et
"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"
İmişli sakini Təzəgül Nağıyevanın iki oğul və üç qız övladı var, onların da ikisi xəstədir. Yaşadıqları ev də qəzalı vəziyyədədir. DİA.AZ bildirir ki, Təzəgül Nağıyeva həyat yoldaşını 90-cı illərin əvvəllərində itirib. Bu illər ərzində övladlarını tək, özünün dediyi kimi, kasıblıqla, çətinliklərlə böyüdüb. İndi uşaqlarından böyüyünün 35, kiçiyinin 27 yaşı var. Həm qızı Bahar, həm də oğlu Tərlan gözündəki problemdən əziyyət çəkir. Bahar Cavadova bir müddət əvvəl sosial mediada insanlara yardım üçün müraciət edib, əməliyyata lazım olan 7-8 min manatın toplanmasına kömək istəyib.

“Bahar ortancıl uşağımdı. Anadangəlmə belədi. Gözlərinin 16-17 faiz görmə qabiliyyəti var. Eynək də taxır, amma yenə görmür. Bakıda əməliyyat elətdirməliyik, amma imkan yoxdu buna. Ona görə uşaq internetdə pul yığmağa çalışır. Adicə eynəyi 200 manata satılır. Bazardan gələndə deyirəm ki, qarşıma çıx. Gözü o qədər görmür ki, boş küçədə yanımdan keçib gedir. İnanın, elə sarsılıram…”, - ana danışır.

Təzəgül xanım yaşadıqları evin qayınatasından qaldığını deyir. Qadın buranın azı 100 yaşı olduğunu bildirir. Evin çox köhnə olduğunu bir baxışla müəyyənləşdirmək mümkündür.

“2010-cu ildə daşqın zamanı bizim evi də su basmışdı. Fövqəladə Hallar Nazirliyindən gəldilər, baxdılar, ölçüb-biçdilər. Yazdılar ki, təmirə ehtiyacı var. Amma təmir eləyən olmadı. Gətirib 1000 manat verdilər. O pulla evi təmir eləmək mümkün deyildi. Sonradan eşitdim ki, bəzi adamlardan pul alıb onlar üçün ev tikiblər. Mənim imkanım çatmadığımdan, ev tikməyi təklif eləyən də olmadı. Kimin pulu vardısa, o adamlara ev tikib getdilər. Halbuki, bizim ev çox böyük zərər görmüşdü. Evdən suyu motorla çəkib çıxarmışdıq. Uçurdu, birtəhər saxlaya bildik”, - qadın 10 il əvvəlki hadisələri yaxşı xatırlayır.

Ana övladlarının indiyə qədər ailə həyatı qurmamasını da özünə dərd edir. Amma deyir, ailə o qədər çıxılmaz vəziyyətdədir ki, indi bu haqda düşünmək də olmur: “Daha çox kasıblığa görə evlənməyiblər. Böyük oğlum iş tapmaq üçün çox çalışır. İş yox, oturub evdə. Necə evlənsin?! Kompüteri bilir, amma heç bir yerdə iş tapa bilmir. Neçə dəfə gedib 5-10 manata fəhlə işləyib. Evlənsə, ailəsini necə saxlayacaq?”

Təzəgül Nağıyeva daha kömək üçün heç bir yerə müraciət etmədiklərini deyir. Hərçənd, İmişli Rayon İcra Hakimiyyətinə üz tutduqları vaxtlar olub: “Ağzımızın üstündən vurub qaytarırdılar. Sonra icra başçısının kabinetindən çuvalla pul çıxdı. Onda biz evdə acından ölürdük. İmişli camaatının vəziyyəti çox ağırdı. Seçki vaxtı qapı-qapı düşüb deyirlər ki, filankəsə səs verin. Guya indi bilmirlər ki, biz nə vəziyyətdə yaşayırıq?! Sosial yardım verilən yerdə işləyənlərin hamısının bizim ailənin necə kasıb olmasından yaxşı xəbəri var. Mütləq gedib yalvarmalıyam onlara?”

Təzəgül Nağıyeva 200 manat pensiya alır. Qızı Bahara isə üçüncü qrup əlil olduğuna görə 110 manat müavinət verilir. Ailə 310 manatla bir ay dolanmağa çalışır.

“Bu boyda ailə gözünü o pula dikib. Hər ayın 15-ni səbirsizliklə gözləyirəm ki, pensiya verəcəklər, evə bir kilo ət alacam. Qalan pulla dükana borcu bağlaya bilsəm, xahiş eləyirəm ki, yenə bir kisə un versinlər borca. Bütün həyatımız borcla keçir. Uşaqlarımı da belə böyütmüşəm”, - hər ifadə ailənin ağır vəziyyətindən xəbər verir.

Təzəgül xanımın çox şeyə ümidi qalmayıb. Ayın 15-nə də hələ çox var...

"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"
"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"
"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru