Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                 

Dünyada ədalət istəyən Şuşa fatehi və ... - səbr tükədən acgöz məmurlar
Tarix: 3-02-2021, 09:30 | Çap et
Dünyada ədalət istəyən Şuşa fatehi və ...
Prezident İlham Əliyevin fevralın 1-də AzTV-yə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər ağlı kəsən hər kəsi dərindən düşünməyə, nəticələr çıxarmağa sövq edir. Heç şübhəsiz ki, prezidentin açıqlamasının bir sıra istiqamətləri dünya mətbuatının da diqqətini çəkib və xarici KİV-də də biz buna dair manşetlərdən təqdim edilən yazılara rast gələcəyik.

Söhbət ondan gedir ki, Prezident İlham Əliyev bu gün dünyada bəlkə də heç bir rəhbərin cürət edib deyə bilməyəcəyi qlobal məsələləri - ədalətsiz davranışları açıqlayıb və sərt tənqid edib. Təbii, bu, dünyada müəyyən dairələrin xoşuna gəlməyəcək, onlar mümkündür ki, Azərbaycana, Prezident İlham Əliyevə qarşı bir nadan kampaniya da başlatsınlar. Ancaq Azərbaycan Prezidenti qorxmaz bir lider olaraq bunları nəinki diqqətə çatdırıb, vəziyyəti kəskin şəkildə pisləyib.

Söhbət COVİD-19 pandemiyası ilə bağlı peyvəndlərin ədalətsiz bölüşdürülməsi məsələsindən gedir.
Prezident İlham Əliyev müsahibəsində dedi ki, COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Deməli, 21-ci əsrdə dünyada dəhşətli bir durum var! Azərbaycan rəhbəri insanlıq, əsl liderlik nümunəsi ortaya qoyaraq, bu ədalətsizliyin durdurulmasına çağırış edir. Kasıb, əzilən ölkələrin, xalqların müdafiəsinə qalxır. Azərbaycan Prezidenti açıq tekstlə zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağırıb.

Beləliklə, Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır, beynəlxalq hüququ və ədaləti müdafiə edir.
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Azərbaycan beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi aparır və bundan sonra da öz səsini daim ucaldacaq.

İ.Əliyev pandemiya şəraitində müşahidə olunan ədalətsizlikləri də konkret faktlarla sadalayıb:
Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərinin 53 faizini sifariş ediblər. “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini də məhz zəngin ölkələr sifariş ediblər!..

Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyən Kanada isə əsl möhtəkirlik, kəmfürsətlik nümunəsi sərgiləyir: bu ölkə öz əhalisinin sayından dörd dəfə çox – 154 milyon əhali üçün vaksin sifariş edib. Niyə? Məqsəd nədir?
Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir. Beləliklə, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür.
Azərbaycan Prezidenti bu davranışın səbəbinə aydınlıq gətirib. Sitat: “Bu yanaşmanın dərin kökləri müstəmləkəçilik dövrünə aparır. Biz neomüstəmləkəçilik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik. Neomüstəmləkəçi ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur.
Azərbaycan Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlı məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı edib”.

Prezident bu açıqlamanı sözgəlişi verməyib. Bu, bir liderlik missiyasıdır və dünyadakı mövcud ədalətsiz durumun aradan qaldırılması üçün çağırışdır. Əslində, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi ilə zəngin ölkələrin ağır fəsadlar verəcək bu praktikadan əl çəkməsi üçün beynəlxalq kampaniyaya start verilmiş oldu.
Olduqca mühüm, fəxr ediləcək məsələdir: Azərbaycan Prezidenti həm liderlik keyfiyyətlərinə, həm şəxsi xarakterinə, həm yüksək insani hisslərə malik bir şəxs kimi təkcə Azərbaycan xalqının problemlərini həll etmir, o, dünyanın narahatedici məsələlərinin həllində rol alır, önə çıxır! Bu, böyük cəsarətdir, qorxmazlıqdır. Əlbəttə, 44 günə Qarabağı alan, 21-ci əsrdə Şuşa fatehi, Qarabağ xilaskarı statusunu qazanan sərkərdə belə də olmalıdır.

Prezidentin bu mövqeyi həm də onun göstəricisidir ki, artıq dünya başqa bir dünyadır, Azərbaycan da bu yeni dəngələri formalaşan dünyanın mühüm bir parçası kimi bütün dünyəvi proseslərdə rol alır... Daha Azərbaycan sözü, səsi eşidilməyən ölkə deyil, indi söz keçən, dinlənilən, hesablaşılan bir dövlətdir. Təbii, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir bunlar...
Burada bir məqamı da xüsusi vurğulamaq yerinə düşür: Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Azərbaycanın şanlı Qələbəsi bölgə və dünya üçün çox böyük əhəmiyyət daşıyır: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə erməni xalqı da bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik”...

Bəli, 21-ci əsrdə dünyada bir erməni faşizmi təhdidi vardı, bunu da məhz İlham Əliyev və onun Müzəffər Ordusu gorbagor etdi.
Pafossuz-filansız, digər addımlarla, işlərlə yanaşı, Qarabağın azadlığı, bölgənin təhlükəsizliyinin təmini, ədalətli dünya tələbi və erməni faşizminin sıradan çıxarılması fonunda İlham Əliyev 21-ci əsrin əvvəlində və bütövlükdə tarixdə böyük izlər qoyan işlər görür, davranış sərgiləyir.
Atdığı addımlarını, yanaşmalarını, tərzini izlədikcə hər kəs fərqinə varır ki, o, unikal düşüncəli, qorxmaz, kimsədən çəkinməyən, xalqından birmənalı dəstək alan, dünyada ədalət, sülh, barış, xalqının, Yer üzündə bütün insanların xoşbəxtliyini istəyən və buna var gücü ilə çalışan, nümunə kimi göstərilən bir liderdir.


***

İlham Əliyev bir fərqli lider kimi, onun ətrafında yumruqtək birləşən xalqı ilə sanki dərdləşdi də AzTV-yə müsahibəsində. Onun səbrini tükədən məmurların olduğunu dedi açıqca. Kimliklərini də söylədi. Bildirdi ki, yenicə azad olmuş Şuşaya “hücum” çəkib, oranı da qamarlamaq, torpaqları zəbt etmək istəyən yüksək ranqlı məmurları yerində oturdub, onlara elə söz deyib ki, ömrü boyu unutmayacaqlar...
Çox dəhşətli bir mənzərədir. Nə qədər cılız adam olasan ki, liderindən nümunə götürmək, nəfsinə hakim kəsilmək, xalqın, dövlətin inkişafı prosesinə qoşulmaq, prezidentə dəstək olmaq əvəzinə, tam yenilənən Azərbaycan reallıqlarında da qəbilə, feodal, mədə təfəkkürünün ardınca sürünməkdə davam edəsən... Dünya dəyişir, Azərbaycan dəyişir, yeni idaərçilik mexanizmi qurulur, amma məmur bunu fərq edə bilmir və ya qəbullanmaq istəmir...
Prezident İlham Əliyev ilk gündən bildirir ki, işğaldan azad olunan bütün torpaqlar minalardan təmizlənəcək, planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq. Qarabağ “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bərpa ediləcək, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin olunacaq.

Bu cür ürəklə, incəliklə, dərin analizlərlə, mərdliklə Azərbaycanı bütövləşdirən və Qarabağda cənnətməkan yaratmaq istəyən, habelə yalnızca öz ölkəsinin deyil, dünyanın da qeydinə qalan, ədalətin bərpasına çalışan, böyük ürəkli Şuşa fatehinə xidmət rəisi, nazir isə zəng edib deyir ki, bəs, mənə icazə verin, gedim Şuşada filial açım. Prezidentin dili ilə desək, barı onların ağlı çatıb bunun üçün öncə ölkə rəhbərindən icazə istəməyə. Mərkəzi Bankın rəhbəri hətta ehtiyac belə duymayıb prezidentlə məsləhətləşməyə, eləcə mediaya açıqlama vermişdi ki, filial açacam Şuşada... "Afərin". Prezident də təbii ki, bilir onların məqsədinin ərazisi cəmi 300 hektar olan, Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşanı sadəcə qamarlamaq olduğunu. Necə ki, bu məmurlar uzun illər ərazində Abşeronu, Xəzəri, Qubanı, Xızını, Şamaxını, İsmayıllını, Hacıqabulu... bütün ölkəni qarış-qarış zəbt ediblər, indi də eyni naqis işi işğaldan qurtulan Qarabağda həyata keçirmək istəyirlər.
Bağışlayarmı sizi Ali Baş Komandan?

8 noyabrda “Əziz Şuşa, sən azadsan” deyərkən gözləri dolan, səsi titrəyən Ali Baş Komandanın rəhbərliyi altında yüzlərlə hərbçinin qanı ilə alınan Şuşanı zəbt etmək istəyən məmurların hissləri, düşüncəsi o qədər cılız, zəifdir ki, Qarabağa, Şuşaya da tikanlı məftillər çəkməyi, müqəddəs torpaqları qamarlamağı ağlına gətirir?! Təəssüf! Acınacaqlı haldır ki, bütün dünyanın heyran qaldığı Azərbaycan liderindən məmurlar nümunə götürə bilmirlər...

Təbii, bunlar nəticəsiz qalmayacaq. Prezident anons etdi axı: “Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə bilməz. Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar.
Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir... Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq”.
Qəribədir, bu adamların milyonları, onlarla mal-mülkü, biznesi var. Hətta nəticələrinə çatacaq qədər. İnsan ömrü də 70-80 ildir. Onların isə 55-65 yaşları var. Hələ də doymaq bilmirlər.

Belə nəticə hasil olur ki, gözü doymayan adamdan nə desən gözləmək olar. Bununla Prezidentə də özlərini yaxşıca tanıtmış oldular...
Prezident buna bir növ işarə də etdi. Bildirdi ki, görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. İctimai nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.
Bəli, bu o deməkdir ki, daha prezident məmurlara yox, məhz vətəndaşlara inanır, onları ictimai nəzarətdə fəal olmağa səsləyir. Bu, bütün ölkə boyunca belə olmalıdır.

Bu dövlət - bütövləşən Azərbaycan hamımızındır, vətəndaşın nəzəri, diqqəti məmurun üzərində nə qədər çox olarsa, dövlət də o qədər güclü olar.
Daha məmurlar arxayın olmasın ki, vətəndaş, media onun qanunsuzluğunu çatdıranda məhkəmə, güc strukturları ilə birləşib onu susduracaqlar, cəzalandıra biləcəklər. O dövrlər getdi. Əksinə, yenə buna cəhd etsələr, daha pis cəzalanacaqlar. Prezident özü də müsahibəsində deyib: “Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir. Məmurlar həmişə Prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər”.
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru