"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                 

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-də NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Tarix: 14-10-2021, 09:35 | Çap et
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-də NƏLƏR BAŞ VERİR?
Prezident İlham Əliyevin başlatdığı islahatlar proqramı ilə Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Korrupsiyaya və rüşvətə qarşı mübarizə ən üst səviyyədə həyata keçirilir. Adı müxtəlif korrupsiya əməllərində çəkilən bir çox iri ranqlı məmurlar artıq yaxşı halda vəzifədən alınıb, pis halda isə dəmir barmaqlıqlar arasında törətdikləri cinayətlərin hesabını ödəyirlər. İllərlə özünü toxunulmaz sanan, rəhbərlik etdiyi sahənin şəriksiz ağası hesab edənlər artıq PREZİDENTİN DƏMİR YUMRUĞUNU hiss edirlər.

Qeyd etdiyimiz islahatların, korrupsiyaya qarşı mübarizənin təkcə quruda deyil, eləcə də ölkəmizin su sərhədlərində də keçərli olması vacibdir. Bu baxımdan “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də baş verənlər haqqında Rubrika.az saytı media üzərindən araşdırma aparıb. QSC-də baş verən qanunsuz faktlar barəsində əldə etydiyimiz məlumatları incələdikcə belə qənaətə gəlmək olar ki, deyəsən ölkəmizin qanunları Xəzərin qumsal sahillərindən dənizə doğru işləmir. Belə olmasaydı ölkədə belə inqilabi dəyişikliklərin baş verdiyi bir zamanda Azərbaycan bayrağı altında üzən gəmilərdə bütün bunlar baş verməzdi. Əldə etdiyimiz məlumatların ictimailəşdirilməsindən-saytımızda dərc olunmasından əvvəl məsələyə sizin münasibətinizi öyrənməyi məqsədəuyğun hesab etdik. Bu məqsədlə bir çox maraqlı suallara aydınlıq gətirmək üçün müraciətimizi sizin müəssisəyə ünvanladıq. Təəssüf hissi ilə bildiririk ki, müraciətimizdən xeyli vaxt keçməsinə baxmayaraq heç bir cavab ala bilmədik. Tək Mehman adlı şəxsin mətbuat xidməti olduğunu bildirərək suallarımızın cavablandırılacağını bildirmişdir. Lakin heç bir cavab olmadığı üçün suallarımızı sizə ictimai formada ünvanlayırıq.

Məlumatlardan aydın olur ki, Xəzərdə Azərbaycana məxsus gəmilərdə yüklərin daşınması prosesində sənədlər bu gün də saxtalaşdırılır, yükün həcmi bilərəkdən az göstərilir. Bu proses 2020-ci ilin fevral ayına qədər, yəni ölkələrdə karantin qaydaları tətbiq olunandək və neftin qiymətində kəskin ucuzlaşma baş verənədək plan üzrə davam etmişdir.Yəni,2013-cü ildən 2020-ci ilin fevral ayınadək yalnız, iş icraçıları dəyişmişdir. Yüklərin gizlədilməsi,sənədlərin saxtalaşdırılması əməliyyatları olduğu kimi qalmış,hətta bir az çoxalmışdır.Bunu Rauf Vəliyevin fəaliyyəti dövründə yükdaşımalarının həcminin birdən-birə kəskin azalması da təsdiq edir.

Əldə etdiyimiz məlumatlara görə, SOCAR rəhbərliyində təmsil olunan bəzi şəxslərin göstərişi əsasında hazırda da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan tankerlərdə Xəzər dənizində yük daşımaları tam şəkildə rəsmiləşdirilmir. Saxta sənədləşmə üzrə tankerlərdən istifadə zamanı gəmilərin icarə haqqı ödənilmir. Belə ki, QSC-nin tankerləri neft daşımaları ilə məşğul olsa da icarə haqqı ödənilməmişdir. Beləliklə də dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılır.

1. İndiki həssas məqamda dövlətə qarşı belə bir iqtisadi sabotaj-cinayət əməlinə yol verilməsini necə izah edə bilərsiniz?

Əldə etdiyimiz məlumatlara görə, QSC-yə qəbul olunan işçilərin dərəcələr üzrə bölünməsi zamanı kütləvi qanunsuzluqlara yol verilir. Belə ki, iş stajı üzrə artmalı olan dərəcələr əslində rəhbərliyə yaxınlığına görə “verilir”. Əldə etdiyimiz informasiyaya görə, 40 il idarədə külüng çalanlar aşağı dərəcələr üzrə əmək haqqı alsalar da cəmisi bir neçə ildir ki, QSC-də işləyənlər ən yüksək dərəcələrə layiq görülürlər.

2. QSC-də işə qəbul prosesində hansı meyarlar əsas götürülür və necə olur ki, qısa müddət işləyənlər yüksək dərəcələrə layiq görüldüyü halda idarənin veteranları bu dərəcələri ala bilmirlər?

Məlumata görə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan gəmilər nədənsə ancaq sizin qohumlarınızın və yaxınlarınızın adına rəsmiləşdirilən “Xəzər GEX” MMC-də təmir olunur. Özü də nədənsə bu təmir prosesləri tez-tez baş verir və hər dəfə dövlətə yüklü məbləğdə vəsaitə başa gəlir.

3. Maraqlıdır ki, dövlətin Zığda, Bibiheybətdə gəmi təmiri zavodları olduğu halda nədən böyük məbləğdə “təmir prosesləri” məhz sizin yaxınlarınızın müəssisələrində baş tutur?

İnformasiyala görə, dövlət vəsaitlərinin mənimsənilməsi və talanması təkcə bu yolla baş tutmur. Rəhbərlik etdiyiniz QSC-də baş tutan “tender oyunları” barəsində də əldə etdiyimiz ilginc məlumatlar olub. Maraqlıdır ki, ölkəmizdə azad bazar iqtisadiyyatı, rəqabət mühiti olduğu halda nədənsə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bütün tenderlərini sizin və müavinlərinizin özünün və dolayısıyla yaxınlarınızın adına rəsmiləşdirilən müəssisələri qazanırlar. Bu yolla hər il dövlət büdcəsindən milyonlarla vəsait mənimsənilir.

4. Maraqlıdır ki, necə olur ki, bu ölkədə sizin və müavinlərinizin, eləcə də yaxınlarınızın adına olan müəssisələrdən qeyri gəmiçilikdə heç bir şirkətin fəaliyyəti baş tutmur ? Tender əməliyyatlarına sərf olunan milyonlarla vəsaitin hansı şəffaflıqla xərclənməsinə təminat verə bilərsiniz? Nəhayət həyata keçirilən tenderlər cəmiyyət üçün hansı şəffaflıq və aşkarlıq şəraitində həyata keçirilib?

5. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin baş idarəsi ilə yerli şöbələrində fəaliyyət göstərən işçilərin əmək haqqları arasında kəskin fərqin olması hansı qanunlarla tənzimlənir? Necə olur ki, eyni idarənin iki fərqli yerdə işləyən və eyni vəzifəni daşıyan əməkdaşı bir-birindən kəskin fərqlənən əmək haqqları alırlar? Bu hansı əmək müqaviləsi ilə tənzimlənir və bu fərqlər nədən qaynaqlanır? İşçilər arasında belə kəskin fərq qoyulması Konstitusiyanın maddələrinin kobud şəkildə pozulması deyilmi?

6. Əldə etdiyimiz məlumatlarda QSC-nin təchizat məsələlərində müdhiş korrupsiya faktlarının olması göstərilir. Rəhbərlik etdiyiniz müəssisəyə inventarların, eləcə də digər əmlakın alınması zamanı dəhşətli qiymət şişirtmələrinin olduğu və beləliklə milyonlarla vəsaitin silindiyi bildirilir. Adi bir məhsulun dəyərindən 10-20 dəfə yüksək qiymətə rəsmiləşdirildiyi və alqı-satqı prosesinin yenə də sizə və müavinlərinizə yaxın müəssisələr vasitəsilə həyata keçirildiyi aldığımız məlumatlar sırasındadır. Bütün bunların dövlətə neçə milyona başa gəldiyini nəzərə alsaq məsələyə sizin münasibətiniz çox maraqlıdır.
​​​​​​​
​​​​​​​7. Əldə etdiyimiz məlumatlara görə, tabeçiliyinizdə olan “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də böyük vəzifə tutan şəxslər qanunlara məhəl qoymadan açıq şəkildə biznes fəaliyyəti ilə məşğul olurlar. Hətta rəsmi olaraq vergi ödəyiciləridir.

KİV haqqında qanunları əlimizdə əsas tutaraq müraciətimizi bu günlərdə SOCAR-ın Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova da ünvanlayaraq onun da bu faktlara münasibətini öyrənmək istəyirik. Hesab edirik ki, cənab M.Cabbarov da yuxarıda sadalanan məsələlərin həllinə biganə qalmayacaq.

Nicat Mahmudov
Rubrika.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru