Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                 

Bakıda şirkət bir mənzili 5 nəfərə satıb... - Prezidentə müraciət olundu
Tarix: 11-02-2022, 09:14 | Çap et
Bakıda şirkət bir mənzili 5 nəfərə satıb...
Azərbaycanda hər növ mənzil dələduzluğuna rast gəlinib - GEN MMC, Mur-Ay MTK və onlarla rəhbəri fırıldaqçı olan tikinti firmasının adlarını çəkmək olar. Bu şirkətlərin sahibləri bir mənzili iki adama satdığı üçün hazırda dörd divarlıq hücrədə cəzasını çəkir, aldadılan sakinlərdən isə çoxunun pulu batıb, kimlərsə də baha qiymətə binaları təzədən almalı olublar. Amma "Sahil-S İnşaat” MTK və onun rəhbəri Taleh Allahverdiyev nə keçmişdə edilən dələduzluğa görə həbsdə olan fırıldaqçıların taleyindən ibrət dərsi çıxarıb, nə də onlara oxşayır, daha betəridir... Söhbət ondan gedir ki, Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satan T. Allahverdiyev heç bir orqandan çəkinmədən bu kələkbazlığı, saxtakarlığı davam etdirir.

DİA.AZ xəbər verir ki, bu barədə Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, müraciət edirlər. Aldadılan vətəndaşlar müraciətində qeyd edirlər ki, "Sahil-S İnşaat” MTK rəhbəri T. Allahverdiyev dövlətin ali şəxslərindən, ölkənin qanunlarından çəkinməyərək hamıya meydan oxuyur. Əgər belə olmasaydı, bir mənzili 4-5 adama satdığına görə barəsində cinayət işi başlanar, həbs qətimkan tədbiri seçilərdi. Vətəndaşlar müraciətdə bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı abaş Mübarizə İdarəsi tərəfindən çağırılmış şirkət rəhbəri, daha sonra sərbəst buraxılıb və barəsində heç bir tədbir görülməyib. Bu da MTK sahibini arxayınlaşdırıb və ruhlandırıb. Odur ki, T. Allahverdiyev bildiyini edir, dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb olunmur. Hazırda yüzlərlə sakin aldadılıb, pulları alınıb, amma bir mənzil 5 adama satılıb, heç birinə evlərin açarı verilməyib, bütün payçılarla oxşar müqavilələr imzalanıb. Prezidentə və Baş Prokurora müraciət edərək dövlətdən kömək istəyən aldadılmış sakinlər deyirlər ki, şirkət rəhbərinə cinayət işi açılmırsa, deməli, ya onu müdafiə edənlər var, ya da prokurorluq işi obyektiv araşdırmır. Müraciət müəllifləri K. Əliyevə inandıqlarını qeyd edir və istintaqın günü bu gün hərəkətə keçməsini gözləyir: "Cənab Prezident və hörmətli Baş Prokuror, Taleh Allahverdiyev adlı fırıldaqçı başımıza oyun açıb, bir mənzili 4-5 adama satıb, pullarımızı mənimsəyib, aldıqlarını qaytarmır. Xeyli müddətdir ki, üzləşdiyimiz bu qanunsuzluq, dərəbəylik haqda dövlət orqanlarını məlumatlandırırıq, ictimailəşdiririk, lakin nəticəsi yoxdur. Cənab Prezident yerli telekanallara müsahibəsində demişdi ki, bir çox özbaşınalıqlar, neqativ hallar barədə mətbuatdan xəbər tutur. Ona görə biz də mətbuat vasitəsi ilə bir daha dövlət rəhbərliyinə, baş prokurora üz tuturuq, yardım istəyirik. Bu şirkət rəhbəri həbs edilməlidir, bizim pullar qaytarılmalıdır. Ortalıqda böyük cinayət, mənimsəmə, dələduzluq faktı var. Amma səlahiyyətli orqanlar susurlar. Halbuki bu günədək bir çox belə fırıldaqçı şirkətlər cəzalandırılıb, sahibləri həbs olunub, bizə gəldikdə isə bu addım atılmır. Bu şirkətə pul ödəyən hər kəs sevinmişdi ki, kirayələrdən xilas olur, bir isti yuvaya sahiblənir, amma Taleh Allahverdiyev bu qədər insanın haqqını yeyib, aradan çıxıb, qəbuluna düşə bilmirik. Cənab Kamran Əliyevdən böyük gözləntimiz var ki, bu məsələyə reaksiya verib araşdırılmasını tapşıracaq. Əfsus ki, şirkətin sahibi nə tikintini başa çatdırır, nə evləri əsl sahiblərinə qaytarır, nə də eyni mənzili satdığı adamların pulunu verir. Bu adama qarşı dövlət orqanlarının susqun qalması başadüşülən deyil". Müraciətdə əlavə edilir ki, şirkətin vergidən yayınması, müqavilənin bağlanmasından sonra sazişləri pozub mənzillərin kvadratının qiymətini qaldırması haqda dəfələrlə məlumat verilib: "Amma bizə məlum olur ki, 2018-ci ildən bəri tikintini başa çatdırmayan şirkətin dərdi bu deyilmiş, demə, eyni mənzilləri bir neçə adama satıbmışlar. Biz istintaq aparılmasını və təcili cinayət işi açılmasını istəyirik. Necə ki digərləri həbs edilib, bu şəxs də eyni cəzanı almalıdır. Ümid edirik ki, dövlət və prokurorluq səsimizə səs verəcək. Ümumiyyətlə, Baş Prokurorluq aydınlıq gətirməlidir ki, nə üçün sözügedən şirkətlə bağlı araşdırma aparılmır, nə üçün sahibi dindirilərək sərbəst buraxılıb?! Görünür, onu qoruyan himayədarları var və prokurorluq orqanları addım atmaq istəmir. Lakin ortada cinayət əməli var, dələduzluğa yol verilib, Prezident baş prokurora böyük etimad göstərib, o da ictimailəşən məsələ barəsində göstəriş verməlidir. Biz pandemiya səbəbindən toplaşmırıq, qanunlara riayət edir, artan yoluxmaya əsasən yığışmırıq, amma bu gedişat bizi məcbur edir ki, tədbir görülməsə, haqqımızı tələb edək. Bununla belə, Taleh Allahverdiyevin fırıldaq əməlini qısa zamanda təftiş edib üzə çıxarmaq mümkündür. Bizim tək istəyimiz qanuni çərçivədə iş aparılsın, günankarlar cəzalansın, bizim pullarımız qaytarılsın, mənzillərin verilməsi ədalətli həllini tapsın. Necə olur ki, bir mənzil 5 adama satılır, ölkədə bu miqyasda dələduzluq var, amma prokurorluq göz yumur? Maraq nədir? Bəs, biz hara, hansı ölkəyə şikayət edək? Ayrı vaxt birinin dükanından 1 manat oğurlananda dərhal tuturlar, bizim isə mənzillər üçün verdiyimiz böyük pullar gedib, hərəkət yoxdur. Bu cəzasızlıq mühiti belə şirkət rəhbərlərini arxayın salır. Ona görə çox xahiş edirik ki, bizim dərdimizə çarə qılın, ümidimizi qırmayın".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru