Füzuli Ələkbərova yeni vəzifə verilə bilər – Onun icra başçısı təyin olunacağı xəbəri yayıldı
Tarix: 22-01-2014, 09:23 | Çap et
 DİA.AZ: - Suraxanı RİH-in rəhbəri İlqar Abbasov vəzifədə son günlərini yaşayır. DİA.AZ bildirir ki, bur barədə “Gündəlik Bakı” qəzetində məlumat yer alıb. Və xəbərdə qeyd olunur ki, onun yerinə maraqlı bir isim – keçən ilin 22 oktyabr tarixinə qədər əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Füzuli Ələkbərovun gətirilməsi gözlənilir.
Yayılan məlumatlarda yerli icra hakimiyyəti orqanlarında çalışan rəhbər şəxslərin işlərini itirəcəyi iddia olunur. Etibarlı mənbələrdən redaksiyamıza daxil olan informasiyalara əsasən, paytaxt və kənd rayonlarının bir neçəsinin icra başçısı tezliklə dəyişdiriləcək: «İcra hakimiyyətlərində kadr islahatlarına start veriləcək. Vəzifəsini itirməyə ən real namizədlərdən biri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur.
Qeyd edək ki, İlqar Abbasov 2005-ci ildən Suraxanı rayonuna rəhbərlik edir. Onun rayona başçılıq etdiyi 9 il ərzində elə də ciddi uğurlar əldə olunmayıb. Etiraf etmək lazımdır ki, Suraxanı bu gün digər paytaxt rayonları ilə müqayisədə inkişafdan xeyli geri qalıb. Rayonun bəzi qəsəbədaxili yolları istifadəyə yararsız haldadır. Paytaxt qəsəbələrinin abadlaşdırılması ilə bağlı dövlət tərəfindən təsdiq olunan proqram rayon rəhbərliyi tərəfindən lazımınca icra olunmur. İlqar Abbasov Suraxanıya başçı gələnə qədər rayon ərazisində yaşıllıq sahələri göz oxşayırdı.
Amma son illər ərzində ağaclara qarşı amansız münasibət göstərilir. Hansısa iş adamlarının və RİH-də çalışan yetkili şəxslərin maraqları naminə minlərlə ağac qurban verilib. Yaşıllıqları məhv edib yerində müxtəlif ticarət obyektləri inşa ediblər. Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri torpaq satışının onların sərəncamında olmadığını bildirir. Bütün günahı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun üzərinə atırlar. Guya qeyri-qanuni tikinti işlərinin aparılmasına mer icazə verir. Əslində isə rayonun hüdudları daxilində görülən qanunsuz tikinti işlərinin arxasında RİH-in bəzi nümayəndələri dayanır. Qeyd edim ki, ölkə rəhbərliyi tərəfindən İlqar Abbasovun fəaliyyəti müsbət qiymətləndirilmir. Prezident Suraxanı rayonunda yeni tikilən, eyni zamanda təmirdən çıxan idarə və müəssisələrin açılışında çox vaxt iştirak etmir. Bu günlərdə Hövsan qəsəbəsində Fövqəlada Hallar Nazirliyinin akademiyası istifadəyə verildi. Deyilənə görə, ölkə başçısı açılışdan və qəsəbədə aparılan işlərdən razı qalmayıb».

Mənbəmiz vurğulayır ki, son 9 il ərzində Suraxanı RİH-ə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi təyinatdan kənar məqsədlər üçün istifadə edilib: «İlqar Abbasovun böyük biznes şəbəkəsinə malik olması çoxlarına sirr deyil. Bu şəxs icra hakimi qoyulmamışdan əvvəl uzun müddət bizneslə məşğul olub. Tikinti sektorunda və digər sahibkarlıq sahələrində fəaliyyət göstərib. İcra başçısı vəzifəsinə keçəndən sonra isə rayona ayrılan maliyyə vəsaitləri hesabına biznes əlaqələrini daha da genişləndirib. Başçının nəyi yoxdur ki. Hazırda onun vəzifədən uzaqlaşdırılması ilə bağlı yuxarı dairələrdə müzakirələr gedir. Çox güman ki, icra hakimi tutduğu postdan kənarlaşdırılacaq». Ehtimal olunan kadr dəyişikliyinin reallaşacağı təqdirdə İlqar Abbasovun yerinə kimin təyin olunacağı məsələsinə gəlincə mənbə qeyd etdi ki, bu heç kimin ağlına gəlməyən biridir: «Keçən ilin oktyabr ayında prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov işdən çıxarıldı. Bir neçə aydır işsiz qalan sabiq nazirin yenidən vəzifəyə gətirilməsi gözlənilir. Dolaşan söz-söhbətlərə inansaq, İlqar Abbasovu Füzuli Ələkbərov əvəzləyə bilər».
Xatırladaq ki, hələ bir müddət əvvəl keçmiş nazirin yenidən hansısa posta təyin olunacağı ilə bağlı xəbərlər yayılmışdı. Nəzərə alsaq ki, sabiq məmur 56 yaşındadır, deməli təqaüd yaşına qədər vəzifədə işləyə bilər. Bizim üçün Suraxanı rayonuna kimin başçı təyin olunmasının o qədər də önəmi yoxdur. Əsas vətəndaşların mənafeyinin yaxşılaşdırılmasıdır. Ki, İlqar Abbasov bu vaxta kimi bunu bacarmayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|