Nazir Milli Parkın ərazisini GENERALA PEŞKƏŞ EDİB... - Prezidentə müraciət olundu
Tarix: 24-07-2023, 08:53 | Çap et
 DİA.AZ: - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin Milli Parkın 500 hektar ərazisini general Ceyhun Həsənova satmaqda ittiham olunur. DİA.AZ bildirir ki, bu səbəbdən "Ecofront" təşkilatı Prezident İlham Əliyevə Şirvan Milli Parkı ilə bağlı müraciət edib.
DİA.AZ müraciəti olduğu kimi təqdim edir:
"Cənab Prezident,
Son baş verən hadisələr fonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi və yarıtmazlığı cəmiyyətdə bu quruma olan etimadsızlığı və ikrah hissini daha da artırıb amma bu sadəcə cəmiyyətin gördüyü nəticələrdir.
ETSN naziri Muxtar Babayev optimallaşdırma adı ilə nazirliyin bütün infrastrukturunu və təbiət resurslarını hər fürsətdə satmağa davam edir. Bu işlərin ictimai nəzarətdən kənar baş verməsi və vəzifəli şəxslərin iştirakını nəzərə aldıqda bu alverin qanunsuz sövdələşmələrlə müşayət edilmədiyinə inanmaq sadəlövlük olardı.
Belə dağıdıcı fəaliyyətlərdən biri də Milli Parkların, qoruqların, meşə fondu torpaqlarının ayrı-ayrı şəxslərə təyinatından kənar icarəyə verilməsi və satılması üçün ən çirkin ssenarilərə əl atılmasıdır.
Növbəti belə bir hal Şirvan Milli Parkında yaranıb. Şirvan Milli Parkının 500 hektardan çox ərazisinin penitensiar xidmətin keçmiş generalı Ceyhun Həsənova satılması üçün nazirlik dəridən qabıqdan çıxır. Əkinə yararlı bu torpaq sahəsinin Milli Parkın var olması, maddi təminatı üçün nə qədər vacib bir ərazi olduğunu bilə-bilə ərazini sataraq parkı müflisləşdirməkdə Muxtar Babayevin canfəşanlığının səbəbi nədir?
Ərazini əkinə yararsız deqradasiyaya uğramış torpaqlarla əvəz edib Ceyhun Həsənova satışını təşkil etmək üçün Nazirlik aidiyyatı qurumlara müraciətlər edir. Daha öncə belə bir cəhdi ictimailəşdirdikdən sonra yuxarı instansiyaların müdaxiləsindən sonra bu niyyətin qarşısı alınmışdı. Amma görünən odur ki, ya Muxtar Babayev yenidən iştaha gəlib ya da kiminsə qarşısında özünü borclu hesab edir.
Bu vaxta qədər sözügedən torpaqlar Ceyhun Həsənova icarə verilmiş və ərazinin təyinatına zidd pambıq əkinləri aparılmışdır.
Elə bir nazir təsəvvür etmək çətindir ki, öz nəzarətində olan ərazini daha yararsız ərazi ilə dəyişmək üçün bu qədər səy göstərsin, öz qurumunun dayanıqlı maliyyə mənbələrindən birini itirmək üçün bu qədər can yandırsın. Öz qurumunun maraqlarını qorumağa çalışmayan, tam tərsinə maraqlarına zidd addımlar atan bir nazirin fəaliyyəti cavabı çətin olamayan suallar doğurur.
Xahiş edirik bu məsələni yenidən nəzarətinizə götürəsiniz və
– Şirvan Milli Parkının torpaqlarının özgəninkiləşdirilməsinin qarşısını alasınız – Şirvan Milli Parkının təsərrüfat ərazilərinin təyinatından kənar istifadəsinin dayandırılmasına göstəriş verəsiniz – və digər Milli Parklarda bu halların baş verib vermədiyinin araşdırılmasına göstəriş verəsiniz".
Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|