"Ölümdən dönmüşəm, amma şirkət mənə vurduğu ziyanı ödəmir..." - GİLEY
Tarix: 22-11-2023, 08:07 | Çap et
 Hurriyyet.az-a müraciət edən paytaxtın Nərimanov rayon sakini Hilal Adil oğlu Bağırov fevral ayının 17-də "Neapol" dairəsində 81 nömrəli avtobusun sürücüsünün onu vurduğunu və heç nə olmamış kimi çıxıb getdiyini bildirib.
Hilal Bağırovun sözlərinə görə, avtobus onu vurduqda huşunu itirib, komaya düşüb və 8 ay müddətinə yataqda qalıb: "Həmin tarixdə mən "Neapol" dairəsinə ət almağa getmişdim. Lakin 81 nömrəli avtobus sürücü məni vurdu və sonra çıxıb getdi. Qəssabların köməyi ilə təcili tibbi yardım çağırılıb və məni xəstəxanaya aparıblar. Aldığım zərbədən komaya düşmüşəm, 8 ay yataqda qalmışam. Ayağım 7 yerdən qırılıb, başımdan ağır travma almışım, gözlərim görməyib. Şükürlər olsun ki, müalicə nəticəsində bu gün gözlərim görür, ancaq hələ də sərbəst hərəkət edə bilmirəm, həsa ilə yeriyirəm. Çünki ayağımı yerə tam qoya bilmirəm".
Şikayətçi qeyd edib ki, hadisədən sonra nə 81 nömrəli avtobus sürücüsü, nə də marşrut xəttinin sahibi olan şirkət rəsmilərindən ona baş çəkən, səhhəti ilə maraqlanan olub: "Deyirlər ki, 81 nömrəli marşrut xəttinin sahibi sabiq nazirlərdən birinin qardaşı oğludur və hazırda polis orqanlarında çalışır. Buna görə də ona "gözün üstə qaşın var" deyən yoxdur. Nəzərinizə çatdırım ki, komada olduğum, 8 ay xəstəxanada qaldığım müddət ərzində, borc-xərc tapıb müalicəmə ümumilikdə 10 min manatdan artıq pul xərcləmişəm. Yəni, bu məbləğ 81 nömrəli marşrutun sahibi olan şirkətin mənə vurduğu maddi ziyandır. Təbii ki, məsələnin mənəvi tərəfi də var. Lakin onlar komada olduğum, müalicə aldığım müddətdə bir dəfə də olsun mənə baş çəkməyib, vəziyyətimlə maraqlanmayıblar. Artıq 2 aydır ki, xəstəxanadan çıxmışam, evdə müalicəm davam edir. Onu da qeyd edim ki, müvafiq qurumlara müraciət etdikdən, həmçinin məsələni mətbuat vasitəsiylə ictimailəşdirəcəyimi bildirdikdən sonra şirkətin Vidadi adlı nümayəndəsi gəlib dedi ki, kimə, hara müraciət edirsənsə et, bizim sənə nəsə verəcək, kömək edəcək halımız yoxdur. Sonra dedilər ki, avtobus sürücüsünün 2 aylıq maaşını veririk sənə və bu işi bağlayırıq. Bildirdim ki, ölümdən dönmüşəm, xəstəxanada 10 min manatdan artıq xərcim çıxıb. Şirkət nümayəndələri ikinci dəfə gələn isə "rəhbərlik deyib ki, 1000 manatla bu işin başını balayın", deyə bildirdilər. Razılıq vermədikdə gediblər və hələ də mənə dəymiş ziyan ödənilməyib. Daha sonra öyrəndim ki, avtobusun icbari sığortası olmayıb. Eyni zamanda, onu da öyrəndim ki, guya mən xəstəxanada olarkən şirkətdən mənə yardım olunub. Halbuki, heç kimdən yardım almamışam. Bu, onu deməyə əsas verir ki, şirkət rəhbərinin başıma açılan oyundan xəbəri yoxdur, ya da onu aldadıb yalan məlumat veriblər. Buna görə də ümid edirəm ki, şirkət rəhbəri hadisənin əsl mahiyyətindən xəbər tutduqdan sonra mənə dəymiş ziyanın ödənilməsini, zərərimin qarşılanmasını təmin edəcək".
Beləliklə, Hilal Bağırov Hurriyyet.az vasitəsiylə müvafiq qurumlara müraciət edir, onlardan pozulmuş hüquqlarının bərpa olunmasında, 81 nömrəli marşrutun sahibi olan şirkət tərəfindən ona dəymiş ziyanın ödənilməsində yardım etmələrini xahiş edir.
Qeyd: Apardığımız kiçik araşdırma nəticəsində 81 nömrəli marşrut xəttinin "Çinar Trans" MMC-nin istismarında olduğu aydınlaşdı. Odur ki, həm sözügedən şirkət, həm də onun sahibi olduğu deyilən sabiq nazirin qardaşı oğlu haqda ətraflı bilgi əldə etməyə çalışacağıq.
Mənbə: Hurriyyet.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
|