“Həyat yoldaşıma niyə şəhidlik statusu verilmir?” – Şəhid xanımı soruşur
Tarix: 29-08-2024, 08:47 | Çap et
 Azərbaycan Ordusunda cəbhə bölgəsində hərbi xidmət borcunu yerinə yetirərkən həyatını itirənlər şəhid sayıldığı hada, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda bu status almaq üçün əlavə xüsusiyyətlər tələb olunur. Ən önəmli fərqləndirici xüsusiyyət isə şəhidin maddi imkanları ilə bağlıdır: hərbçi əgər kasıbdırsa, hərbi xidmət borcunu yerinə yetirərkən həyatını itirərsə, o, şəhid sayılmırmış. Onun şəhid sayılması üçün gərək maddi imkanı da pis olmaya. Hər halda Əlahiddə Ümumqoşun Ordunun manqa komandiri olmuş mərhum Əliyev Qulaməli Müzəffər oğlunun həyat yoldaşı Əliyeva Nəsibə Əzim qızının redaksiyamıza ünvanladığı məktubdan belə anlaşılır.
Əlavə şərhə yol vermədən Ovqat.com redaksiyasına göndərilmiş şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Hörmətli Heydər müəllim, xahiş edirəm mənim yazdıqlarımı paylaşasınız, lazım olan yerlərə göndərəsiniz. Həyat yoldaşım Əliyev Qulaməli Müzəffər oğlu hərbi hissədə işləyirdi. Onun ölümü də elə orda olub. Maşın qəzasına düşdü, sağ qurtulmadı. Təzə rəhmətə gedəndə işlədiyi hərbi hissəyə getdik ki, haqqı olan şəhidliyi versinlər. Vermədilər. Min cür bəhanə gətirdilər. Verdikləri beş- üç manat pulla başımızı aldatdılar. Mən savadsız adamam, kim nə deyir inanıram. Amma bəzi eşitdiklərim mənim ürəyimi ağrıdır. Əgər bizim qanunlara əsasən, mənim həyat yoldaşım şəhiddirsə, niyə ona bu statusu vermirlər? Suda boğulan, dumanda itkin düşüb ölənələr şəhid adlanır, döyüş bölgəsinə silah- sursat daşıyan əsgər həmin maşında qəzaya düşürsə, şəhid sayılmır? Niyə kasıbın haqqı tapdanır? Başda oturanlar niyə bu işə başısoyuq yanaşır? Mən tələb eləyirəm ki, mənim həyat yoldaşıma haqqı olan şəhidlik adını versinlər. Prezidentimizdən xahiş eləyirəm ki, işini bilməyən vəzifə adamları haqqında tədbir görsün. Əliyeva Nəsibə Əzim qızı Şəhid Əliyev Qulaməli Müzəffər oğlunun həyat yoldaşı
ƏLİYEV QULAMƏLİ Müzəffər oğlu haqqında qısa arayış

Yazaraq sizə bildirirəm ki, 07.10.1960- cı il təvəllüdlü mərhum Əliyev Qulaməli Müzəffər oğlu 27.04.1979-cu il tarixdən 22.05. 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı qüvvələrində müddətli hərbi xidmət keçmişdir. 09.04.2007-ci il tarixdən 29.12.2001- ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sürücü, 29.12.2001- ci il tarixdən 21.10.2006-cı ilədək isə manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət keçmişdir.
N saylı hərbi hissədən daxil olmuş 21.10.2006- cı il tarixli 1№- li 135-li bildirişə əsasən, həmin hissənin avtomobil bölüyünün avtomobil taqımının (döyüş sursatı daşıyan) taqım komandirinin müavinin manqa komandiri əsgər Əliyev Qulaməli Müzəffər oğlu hərbi xidmət vaxtı yol nəqliyyatı zamanı əzilmiş döş qəfəsi xəsarəti nəticəsində 21.10.2006- cı il tarixdə Ordubad rayonunun Gənzə kəndində vəfat etmişdir.
Mərhum əsgər Əliyev Qulaməli oğlunun şəxsi işində onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167- ci maddəsinə müvafiq olaraq (vəfat etdiyinə görə) 21.10.2006- cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları heyətinin siyahısından çıxarıldığı, ölümünün hərbi xidməti vəzifəsinin icrası ilə bağlı olduğu qeyd edilmişdir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
|