Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                 

“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Tarix: 5-11-2023, 11:01 | Çap et
“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Onunla söhbətimiz çoxşaxəli oldu. Həm sənətdən danışdıq, həm Azərbaycanın qələbəsindən, həm də sənətin o qələbədəki rolundan.

Həmsöhbətimiz Xalq artisti Nurəddin Mehdixanlıdır.

– Bu yaxınlarda doğum gününüz oldu, təbrik edirəm, amma deyəsən qeyd etmədiniz…

– Təşəkkür edirəm. 67 yaşım tamam oldu. Düzünü deyim, doğum günü qeyd etmək, neçə yaşımın olması barədə heç vaxt düşünməmişəm. Ya buna vaxtım olmayıb, ya da maraqlı deyil. Maraqlı olan hər gün hansı işi görməyim, nə qədər faydalı olmağımdır. Bir yaş böyük, bir yaş kiçik olmağın da fərqi yoxdur, insan var ki, gəncliyindən kamildir, insan da var, yaşı çoxdur, amma düşüncəsi az. Yaş artdıqca bir çox mətləblər daha aydın görünməyə başlayır. Həyatı anlayırsan və bacardıqca yaxşılıq etmək, iş görmək, iz qoymaq istəyi də artır. Bir də mütaliə etmək tələbata çevrilir. Oxuduqlarını artıq oxumusan, oxumadıqlarını, bilmədiklərini öyrənmək üçün, bəzən axtardığını tapa bilmirsən. Azərbaycanda 5-6 müəllif var, onları oxuyanda yeni nə isə öyrənmək olur. Məsələn, Qismət, Aqşin Yenisey, Salam… bunları oxumaq çox maraqlı gəlir. Mən artıq səhnədə istədiyi obrazları oynamış bir aktyoram, oynamadıqlarımın axtarışındayam. Onu tapmaq üçün isə hökmən ədəbiyyata, dramaturgiyaya baş vurmaq lazım gəlir. Dramaturgiyada isə bu gün bir boşluq var, süstlük hökm sürür. Məsələn, çox istəyirəm ki, bir vaxtlar Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında oynadığım Vətən kişi kimi bir obraz olsun, amma bu dəfə vətənə qayıdan Vətən. Bu gün mənim gözlərim önündə xaraba qoyulmuş yurd yerləri var, bir də o yurd üçün canlarını verən oğullar. Hərəsi bir ailənin övladı idi, arzuları nakam qaldı. Onların ədəbiyyatda, dramaturgiyada, kinoda, teatr səhnəsində bədiiləşmiş obrazlarını görmək istəyirəm. Yurduna geri qayıdıb tikdiyi evi tapa bilməyən Vətən kişinin obrazını oynamaq istəyirəm. Düzdür, yaralar hələ təzədir, müharibənin səhnələşdirilməsi onu yaşayana inandırıcı olmaya bilər, ona görə də onu oynamaq olmaz, onu yaşamadan oynaya bilməzsən. Qarabağ müharibəsini bu gün səhnədə oynamağın tərəfdarı deyiləm, onu yaşayanların qarşısında oynamaq süni görünür. Ya yaşayaraq oynamalısan, ya da oynamaq olmaz.

– Vətən kişi obrazını xatırlatdınız, Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında məcburi köçkün düşən kişini. Yadımdadır, onun monoloqunu dediyiniz vaxt tamaşa zalından bir kişi səhnəyə çıxıb, sizi qucaqlayıb, ağladı…

– Mən yaşadıqlarımı oynayırdım. Məcburi köçkün düşməmişəm, qarabağlı deyiləm, amma bir qarabağlıdan artıq qarabağlıyam. Mənim doğulduğum ev yerindədir, o evdə atamın, anamın səsi, əl izləri var. Mən ora gedəndə o dünyanın içinə düşürəm, o aləmə qayıdıram, amma o dünyasını itirən minlərlə həmvətənimiz var, onları düşünməmək olmaz. Mənim yurdumda atamın, anamın qoxusu qalır, sənin yurdunda heç nə qalmayıb.

– İndi yarama niyə toxunursunuz?

– Bunu unutmayaq deyə, sağalmasın o yara. Bundan sonda, sadəcə olaraq, yaddaşımızdan muğayat olmalıyıq. Bütün başımıza gələnlərin səbəbi yaddaşsızlığımızdır. Yaddaşımıza sahib çıxaq. Yaddaş qoruyucu zirehdir.

– Yaddaşımız da işğal altında olub, yaddaşımızı silməyə çalışıblar, müəyyən qədər də nail olublar…

– Mən qisasçı deyiləm, amma günahı bağışlamıram. Erməni övladını nifrətlə böyüdür, türkün qatili kimi tərbiyə edir. Biz uşaqlarımızı vətənə sevgi ilə və beynəlmiləl ruhda böyüdürük. Ananı, bacını – vətənini qoru, deyirik. Fərqimiz budur.

– Bu yalnız tərbiyə deyil, genetik faktor da var. Biz öz doğma yurd yerlərimizdən necə çıxarıldıq, onlar indi bizim torpaqlardan necə yola salınırlar…

– Onların etdikləri yalnız günah deyil, cinayətdir. Cinayətin cəzası var. Bu gün onların başına gələnlərin, çöküşlərinin, əzilməklərinin günahkarı özləridir, verdikləri, aldıqları tərbiyədir. Müqəddəs kitabımız deyir ki, səninlə savaşanla savaşacaqsan. Bağışlamaq olar, amma 2+2-nin 4 elədiyini yadında saxlayacaqsan. Biz baş kəsmədik, qocaları, uşaqları qətlə yetirmədik. Biz torpaqlarımız azad etdik və işğalçı bu gün cavab vermək üçün istintaqa cəlb edilir. Mənim doğum günündə ölkəmdə haqq, ədalət qalıb gəlir, bundan böyük təntənə olarmı… Bu təmtəraq kimə qismət olub? Bu təmtərağı, zəfəri, ədalətin bərpasını həmişə görək deyə, böyük, güclü olmalıyıq. Bunun üçün mədəniyyət böyük qüvvədir, teatrın boynuna daha çox məsuliyyət düşür.

– Siz də bir əsgərsiniz, hər zaman əsgərin yanında oldunuz, sənətinizlə səngərlərdə oldunuz. Keçək sənətinizə, bəxti gətirən sənətkarsınız?

– O qədər də yox. Kinoda çox işim olmayıb, əsasən teatrda işləmişəm. Bizə kinoda meydan verilmədi.

– Hər halda, kinoda “Cavad xan” kimi iziniz oldu…

– Yaxşı ki, o filmə çəkilmişəm. Həyatda heç də asan olmadı mənə, harada ağıl lazım idi orda ağılla, harada güc lazım idi, orda yumruqla yol açdım. Haqlı olduğum yerdə heç kimin qabağından çəkilməmişəm. Bizim nəsil sənətdə daha çox iş görə bilərdi…

O vaxtın teatrını çox şişirdirlər, amma suflyor teatrına yaxşı demək olar? Bu gün aktyor səhnədə 60-cı illərin aktyoru kimi danışsa, onu fitə basarlar. Bizim nəsil teatra yeni nəfəs gətirdi. Özümüzdən əvvəlki sənətkarlara aşağıdan yuxarı baxırdıq. Bizim dövrdə meyllər dəyişdi. Diplom tamaşama baxan Tofiq Kazımov məni Milli Dram Teatrına dəvət etdi. Əsgərlikdən qayıdandan sonra ancaq kütləvi səhnələrə çıxırdım. İlk böyük rolum İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında Kamran olub. Tamaşaçı məni bu rolla sevdi. Bu tamaşada 565 dəfə oynamışam. Sənət taleyimə görə müəllimlərimə borcluyam, ilk növbədə Adil İsgəndərova borcluyam. Təkcə öyrətmədi, həm də sənəti sevdirdi o kişi. Deyirdi, qada, böyük sənəti böyük kişilər yarada bilər.

Bu gün deyirlər ki, teatrda tənəzzül var. Məgər başqa sahələrdə elə deyil? Azərbaycan müharibə aparırdı, hər sahədə tənəzzül vardı. Teatr aktyorlarını sənətdə Ulu öndərin təsisi etdiyi mükafatlar saxladı.

– Bu gün teatrın əsas problemi nədir?

– Teatr bu gün də yaşayır və yaşadır. Problem teatrda bir dəfə də olsun olmayanın teatrın olmaması barədə iddialı fikir deməyidir. Bu gün teatr da var, sənətkar da. Aktyor da var, rejissor da. İnkişaf yoluna qədəm qoymuşuq, hər şey yaxşı olacaq. Nə qədər gücüm, bacarığım var, teatr sənətinə xidmət edəcəm. Milli Dram Teatrında yaxşı işlər, gözəl hadisələr olacaq. Teatr çox böyük mədəniyyətdir, onu yüksəldib zirvələrdə saxlaya bilsək, millətin mədəni səviyyəsi də yüksək olar.

– İstədiyimiz budur, zatən, bu ümidlə və arzu ilə sağollaşaq sizinlə.

Ramilə Qurbanlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru