Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                 

“Azərbaycan jurnalistləri Paşinyanın bu cür manipulyativ hərəkətlərinə platforma verməzlər” - Rauf Arifoğlu
Tarix: 2-11-2024, 10:41 | Çap et
 “Azərbaycan jurnalistləri Paşinyanın bu cür manipulyativ hərəkətlərinə platforma verməzlər”
Xəbər verildiyi kimi, Ermənistan Baş nazirinin ofisi “Sülh qovşağı” təşəbbüsünü işıqlandırmaq üçün Türkiyə mediasının nümayəndələrini ölkəyə dəvət edəcək. Bunu baş nazirin aparat rəhbəri Araik Arutyunyan deyib.

Onun sözlərinə görə, yaxın günlərdə iranlı ekspertlərin də 4 gün davam edəcək səfəri planlaşdırılır: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. ”Sülh qovşağı" əsas müzakirə mövzusu olmayacaq, amma yenə də ona toxunulacaq".

Görəsən “sülhpərvər” Paşinyan azərbaycanlı jurnalistləri İrəvana niyə dəvət eləmir? Əgər həqiqətən o, xoş məram güdürsə, onda məntiqlə siyasi-diplomatik əlaqələrin olmadığı Azərbaycanın mediasına da eyni müraciət ünvanlana bilərdi.

Bu detalın özü İrəvanın, konkret olaraq, Nikol Paşinyanın barışıq məsələsində sonadək səmimi olma bilmədiyini bir daha göstərir. Ümumiyyətlə, dəvət olarsa, azərbaycanlı jurnalistlər İrəvana gedərmi?

Musavat.com mövzu ilə bağlı media kapitanlarının fikrini öyrənməyə çalışıb.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirdi ki, Ermənistanın bu cür addımları, xüsusilə baş nazir Nikol Paşinyanın təşəbbüsləri, ölkəsinin və özünün imicini yaxşılaşdırmaq cəhdlərindən başqa bir şey deyil. R. Arifoğlu qeyd etdi ki, Ermənistan hakimiyyəti, o cümlədən Paşinyan yaxşı bilir ki, Türkiyə cəmiyyətində və media sahəsində Ermənistana münasibət qatı dərəcədə mənfidir: “Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın apardığı ədalətli mübarizəyə Türkiyə mediasının böyük dəstək göstərməsi və bu dəstəklə birgə formalaşan ictimai rəy Ermənistanı işğalçı olaraq tanıtdı”.

Rauf Arifoğlu vurğuladı ki, Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, nəticədə 30 mindən çox şəhid verilib, rayonlar, kəndlər və tarixi ərazilər dağıdılıb: “Bu vəziyyətdə Paşinyan və Ermənistan hökuməti öz imicini və Ermənistanın imicini Türkiyə mediasında düzəltmək ehtiyacını hiss edir, lakin bu addım diqqətlə izlənilməlidir. Ermənistan və Paşinyan nə qədər sülhdən danışsalar da, fakt odur ki, hələ də Azərbaycanın və Türkiyənin torpaqlarına olan iddialarını dayandırmayıblar. Ermənistanın konstitusiyasında Türkiyənin altı vilayətinə və Azərbaycanın ərazilərinə qarşı ərazi iddiaları mövcuddur, eyni zamanda, saxta soyqırımı iddiaları da davam edir. Buna görə də Ermənistanı bu məsələdə səmimi hesab etmirik və qardaş ölkə Türkiyənin mediasını və jurnalistlərini ayıq olmağa çağırırıq. Ermənistanın bu oyunlarına platforma verməmələrini tövsiyə edirik”.

Media Qrupunun rəhbəri bildirdi ki, bu cür layihələr Ermənistanın əsl niyyətini ört-basdır etmək məqsədilə həyata keçirilir və Paşinyanın növbəti manipulyasiya hərəkəti kimi dəyərləndirilir: “Lakin qeyd edim ki, Azərbaycanlı jurnalistlər bu cür tədbirlərə dəvət edilsələr və Paşinyan açıq müstəvidə onlarla görüşməyə razılıq versə, biz həmin tədbirə qatılmağa hazırıq və lazımi fikirlərimizi ifadə edərik. Ancaq Ermənistanın Azərbaycan jurnalistlərini dəvət etmədiyi və etməyəcəyi aydındır. Çünki onlar bilirlər ki, Azərbaycan jurnalistlərini manipulyasiya etmək mümkün deyil və Azərbaycan jurnalistləri Paşinyanın bu cür manipulyativ hərəkətlərinə platforma verməzlər”.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, əlbəttə ki, Azərbaycan jurnalistlərini belə təqdimatlara çağırmazlar: “Onlar yaxşı bilir ki, ” Sülh kəsişməsinin" bir layihə olaraq mahiyyətini Azərbaycan jurnalistləri Paşinyanın özündən yaxşı bilirlər. Azərbaycanlı jurnalistlərlə mifik “Sülh kəsişməsi” barədə dialoq Paşinyana sərf etməz.

Ancaq Türkiyə jurnalistlərinin də bu dəvətdən imtina etməli olduqlarını düşünürəm. Bu ən doğru yanaşma olardı. Mən Türk jurnalistlərin “Sülh qovşağı”nın təqdimatında iştiraklarını rəva görməzdim. Bildiyim qədər, Paşinyan “Sülh qovşağı”nın kitabça variantını Ərdoğana təqdim edib. Yəni Türkiyə cəmiyyəti də bu layihədən məlumatlıdır. Belə olan halda Paşinyanın mifik layihəsini türk jurnalistlərinə ayrıca təqdim etməyə nə ehtiyac var?!

Paşinyan bu anda öz layihəsini belə təqdimatlarla sanballı görkəmə salmaq istəyir. Türk jurnalistlər ona bu fürsəti gərək verməsinlər.

Sual olunmalıdır ki, Paşinyan ilk növbədə Azərbaycanla münasibətlərə dəxli olan layihəni nə yaxşı əvvəlcə Azərbaycanlı jurnalistlərlə yox, başqaları ilə müzakirə edir?!".

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, belə təşəbbüslər əvvəllər də olub. “Ankarada, İrəvanda Türkiyə-Azərbaycan-Ermənistan jurnalistlərinin iştirakıyla tədbirlərin keçirildiyini xatırlayıram. Jurnalistlərin, QHT nümayəndələrinin görüşlərinin keçirilməsi mümkündür. Sülh müqaviləsinin imzalanması üçün ictimai rəyin hazırlanması baxımından da belə səfərlərin əhəmiyyəti var. Görünür, Ermənistan hökuməti və ictimaiyyəti hələ Azərbaycanlı jurnalistlərin İrəvana səfərinə hazır deyil. Revanşist qüvvələrin belə səfərlərə qarşı olacağı da gözləniləndir. İndi Azərbaycan qalib ölkədir və jurnalistlərimizin İrəvana səfərlərinin mümkünlüyü də istisna deyil. Eləcə də erməni jurnalistlərin Bakıya səfəri mümkündür. Gəlib müasir Bakını görən ermənilərin düşüncələrində təbəddülatlar yaranacağına əminəm”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru