“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Tarix: 21-02-2025, 15:47 | Çap et
 “Hava şəraiti ilə əlaqədar olaraq təzyiqim qalxmır. Təzyiqim də qalxmayanda, təngənəfəs oluram. Ona görə də televiziyalara çağıranda gedə bilmirəm, telefonla danışıb müsahibə verə bilirəm. Xahiş edirəm ki, məni görüntülü göstərməsinlər. Mən aparıcılardan, jurnalistlərdən çox razıyam. Hamısı məni yada salır” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. O daha sonra əlavə edib: “Bir dəfə Nisə Qasımova haqqında danışdım, peşman oldum. Bir də görürsünüz ki, adamın öz doğma övladı onu yada salmır. Həyatın yazılmış qanunlarıdır. Yada salan da sağ olsun, yada salmayan da. Yada salmır da, mən nə edim? Onu gərək heç deməzdim. Sadəcə olaraq mənə sual ünvanlandı, mən də cavab verdim. Yada salınanda əlbəttə ki, mənə də xoş gələr. Mənə pul vermirlər, hədiyyə gətirmirlər. Heç bir müğənnidən bunları görməmişəm, görmək də istəmirəm. Mən onları öz balalarım sayıram. Sənət fədaisiyəm, evsiz-eşiksiz olmuşam, amma sənətsiz olmamışam. Bir neçə gün öncə Firuzə İbadovanın doğum günü idi. Onu efir vasitəsilə təbrik etdim. Onun üçün də çox zəhmət çəkmişəm. Hamısı fəxri adlara layiq görülüb. Bu mənim zəhmətimin bəhrəsidir. Firuzə xanım məni harada görür, az qalır ki, gəlib əllərimdən, ayağımdan öpsün. Deyir ki, can, qurban olum. Mən onların anaları olmuşam, rəfiqəlik etmişəm. Bu qədər söz-söhbətdən sonra Nisə Qasımova bir dəfə də mənə zəng etmədi. Müğənnilərin içərisində ən çox istədiyim, sevdiyim Nisə olub. Bunu mən deyəndə bir çoxları qısqanclıqla qəbul edirdilər. Onu həddindən artıq çox istəmişəm. Bir tikəmi ondan ayrı yeməmişəm. Ələkbər Tağıyevin yanına da onu mən aparmışam. Zeynəb Xanlarova da mənim qabağımda tələbə olub. O da heç yada salmır. Amma ondan incimirəm. Amma Nisədən inciyirəm. Gül-çiçəklə qapıma gəlsə onu qucaqlayıb öpərəm. Nisənin ixtiyarı yoxdur ki, mənə qarşı pis olsun. Nəinki o, heç kim. Nisəni dünyalar qədər istəyirdim. O bilir ki, mənim yaşım 90-nı keçib, xəstəyəm, vəziyyətim ağırlaşır. Bir dəfə də olsa mənə zəng etməli idi. Nə qədər ki, gözüm görür gəlsin. Onsuz da bilirəm ki, sabah ölsəm dəfnə gələcək. Yasa hamı gəlir. Bu həyatın qanunudur. Bəlkə də gəlməyəcək, amma sağ ikən gəlsin. Gözüm onu görsün, qucaqlayıb öpüm. Nisəyə can sağlığı arzu edirəm” deyə sənətkar bildirib. Ceyran Haşımova Mədəniyyət Nazirliyinin onunla maraqlanmadığını bildirib: “Mədəniyyət Nazirliyi mənimlə qətiyyən maraqlanmır. Mən dəfələrlə məktub yazmışam, sözümü demişəm, amma eşitməyiblər. İndi müğənniyə də “Şöhrət” ordeni verirlər. Müğənni gedib toylara, pul qazanıb cibinə qoyub. O nə edib ki? Mənim kimi nəsə yaratmayıb ki?! Axı mən zəhmət çəkmişəm. Dərs demişəm, “Lalə qızlar” ansamblı yaratmışam. İndi nə var ki, qastrol səfərlərinə getmək? Tövlədə, palto-paltarla yatırdıq. İndiki kimi otellər var idi ki? Mədəniyyət Nazirliyinə məktub yazmışam, deyirlər ki, baxılacaq. Bəlkə sabah öldüm? Nəyə baxılacaq? Bu orden mənim haqqımdır. Axı mən zəhmət çəkmişəm. Ana bir qızını saxlaya bilmir, mən o qədər qızları görün necə əziyyətlərlə yetişdirmişəm. Bu cür insanı unutmaq olar? Təəssüf ki, nazirlik məni unudub. İndiyə qədər aldığım fəxri adlar zəhmətimin, alın tərimin bəhrəsidir. Mən nə etməli idim ki, “Şöhrət” ordeni almalı idim? Çox stress yaşayıram. Bu orden mənim yaşama stimulum olmalıdır” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|