“Cahangiri odun-alovun içinə atıb bədbəxt etməyin” - xalq artistindən REAKSİYA
Tarix: 16-04-2025, 09:41 | Çap et
 “Cahangir bizim dostumuzdur, həmkarımızdır. Sözsüz ki, istedadlı adamdır. Amma Azərbaycanın elmini, mədəniyyətini ancaq dövlət xilas edə bilər. Bu tək Cahangirlə olmaz ki.. Bir nəfər cin deyil ki, butulkadan çıxıb hər şeyi düzətsin. Bir nəfərin bu işi görəcəyi imkanı yoxdur. Bir nəfər öz əxlaqı, təcrübəsi ilə imkan daxilində müəyyən işlər görə bilər. Bu işlərə təyin olunan səlahiyyətli insanlar xalqın içindən seçilib vəzifəyə qoyulmalıdır. Şəxsi “kruq”-lar yaradan, şəxsi intriqalara maraq göstərən və öz ətrafını özünə münasib adamlarla dolduran insanlar nə qədər ki, var kimi gətirirsən gətir heç bir şey edə bilməyəcək” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra əlavə edib: “Yeni bir xilaskar qrupu yaradılmalıdır. Çünki Azərbaycan teatrı da, kinosu da, mədəniyyəti də, təhsili də pis gündədir. Biz niyə bunu gizlədirik ki? Niyə etiraz etmirik? Niyə görə həqiqəti demirik? Gözümüz görə-görə kinomuz, teatrımız pis günə qalıb, bərbad günə salınıb. Bütün bu problemlər Cahangir Novruzovun imkanları xaricindədir. Ona görə də bu problemlər kompleks həll olunmalıdır. Cahangiri gətirib odun-alovun içinə atmasınlar. Onu bədbəxt etməsinlər. Təkbaşına heç nə edə bilməz. İnsanları kresloya oturzdurmaq yox, onlara həm də səlahiyyət vermək lazımdır, kənar müdaxilələrdən qorumaq lazımdır” deyə sənətkar bildirib.
Xalq artisti deyir ki, televiziya insanların mənəviyyatını bilərəkdən pozur. “Cinayət məcəlləsində qoyun oğrusuna, telefon oğrusuna, ev oğrusuna aid min dənə bölmələr var. Bəs əxlaqımızı, mədəniyyətimizi, mənəviyyatımızı, idealogiyamızı pis günə qoyanlar haqqında niyə bir cəza nəzərdə tutulmur? Niyə? Bunlar hamısı kompleks şəkildə həll olunmalıdır. Televiziyalar səhərdən axşama qədər insanların əxlaqını pozur. O şəxslərə ən yüksək cəza verilsin” deyə o bildirib. Əbdül Mahmudbəyov sağlam təhsilin üstünlüyündən də danışıb: “Əvvəla hər şeyi kadr həll edir. Bu gün “Azərbaycanfilm” kinostudiyası ağzıbağlı qalıb orada. Özü də pis gündə.. Az-çox peşəkar insanlar barmaqhesabı qalıb. “Kino Agentliyi” gücü çatan qədər iş görür. Mən orada iştirak edirəm, görürəm ki, necə biyabırçı rejissorlar gəlirlər, biyabırçı, pis gündə ssenarilər gətirirlər. Görünür ki, onlar kinodan uzaqdırlar. Elm, təhsil sistemi bərpa olunmalıdır. Milli kadrlar, kinoakademiya yaradılmalıdır. İncəsənət universiteti bağlanılmalı, yalnız teatr və kino universiteti kimi fəaliyyət göstərməlidir. Orada əlavə-zurnaçalan, nağaraçalan, klarnetçalan fakültələri olmalı deyil. Bunun üçün konservatoriya var da. Bu gün teatr fakültəsini bitirənlər teatrın qapısını tanımır. Müəllimin oxuduğu leksiya ilə adam kinoartist olur bəyəm?” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Dünən, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Dünən, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Dünən, 07:21 |
|
|
|
|