
QYİB-DƏN BEYLƏQANA İSMARIC
DİA.AZ: - “Təmiz Dünya ” Qadınlara Yardım İctimai Birliyindən redaksiyamıza məlumat daxil olub.
DİA.AZ-a ötürülən xəbərdə qeyd olunur ki, qurum Beyləqan 1 saylı tam orta məktəbin direktoru cənab Vüqar Abbasova, sosial problemlər, xüsusi ilə də insan alveri mövzusunda keçirilən tədbirlərdə müəllim, şagird və valideynlərin iştirakını təmin etməsinə, o cümlədən, bu mövzuya xüsusi həssas yanaşmanı nümayiş etdirdiyinə görə dərin təşəkkürünü bildirir.