“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                 

İSA QƏMBƏR GÜLƏR ƏHMƏDOVADAN DANIŞDI
Tarix: 6-10-2012, 14:51 | Çap et
İSA QƏMBƏR GÜLƏR ƏHMƏDOVADAN DANIŞDI
“MİLYONLARLA PUL YIĞIRLAR BU BİZNESDƏN”

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Elşad Abdullayevlə Gülər Əhmədova arasındakı video qalmaqalından danışıb.

Sual: Azərbaycanda son olaylara münasibətiniz necədir? Yəni Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasındakı video qalmaqalına münasibətiniz necədir?

Cavab: Bu hadisə Azərbaycandakı hakim rejimin ifşasıdır. Yəni, bu bir seçki korrupsiyasıdır, siyasi korrupsiyadır, Əliyev rejiminin Azərbaycana gətirdiyi dəyərlər sisteminin ifşasıdır. Buna sadəcə Elşad Abdullayevlə Gülər Əhmədova müstəvisində baxılmamalıdır. O başqa söhbətdir.

Deputat kürsüsünün alveri gedib və tərəflərdən biri özündə cəsarət tapıb uzun müddət hakimiyyətə xəbərdarlıq etdikdən sonra hadisə ilə bağlı videonu ictimailəşdirib.
İndi hakimiyyət buna aydınlıq gətirməlidir ki, necə olur ki bir deputat deputat olmaq istəyən başqa bir şəxsə deyir ki, bu qədər pul versən sən deputat ola bilərsən. “Mən prezidentin siyahısını pozduran adamam, lazım gəlsə başqa köməklər də edə bilərəm”. Bu necə olur? Buna hakimiyyət aydınlıq gətirməlidir.

Dövlətə, konstitusiyaya qarşı bir cinayət faktıdır. Bu sadəcə prokurorluğun başlatdığı dələduzluq hadisəsi deyil, konstitusional cinayətdir. Çünki konstitusiyada birmənalı göstərilib ki, hakimiyyət xalqa aiddir. Xalqın hakimiyyət hüququnu oğurlayıb parlamenti formalaşdıran adamlar buna cavab verməlidir. Ona görə də Müsavat Partiyası olaraq biz, buna çox sərt münasibət bildirdik, İctimai Palatanın da mövqeyi bəyan edildi. Bu mövzuda dinləmə keçirdik. Yaxın günlərdə isə parlamentin buraxılması tələbi ilə yürüş keçirmək fikrindəyik.

Sual: Yürüşlər, etirazlar yolu ilə parlamentin buraxılmasına nail ola biləcəksinizmi? Bu yürüşlər, etirazlar nə qədər davam edəcək?

Cavab: Demokratiyanın məşhur yazılmamış qaydalarından biri budur ki, sən nəyi düzgün hesab edirsənsə, onu et. Biz düzgün hesab edirik ki, bu hakimiyyət parlamenti buraxmalıdır, əslinə qalsa hakimiyyətin özü də getməlidir. Bu istiqamətdə çalışırıq, cəmiyyəti, dünyanı bilgiləndiririk, ictimai müqaviməti, kütləvi etirazlar təşkil etmək istəyirik. Bu istiqamətdə addımlar atırıq. İnanıram ki, yekunda Azərbaycan xalqı istəyinə nail olacaq və bu məmləkətdə, gözəl Azərbaycanımızda demokratik bir cəmiyyət qurulacaq. Ona görə də bu səylərimizi dostlarımızla, silahdaşlarımızla, bütün cəmiyyətimizlə birgə davam etdiririk və sonda qələbəyə inanırıq.

Konkret olaraq, bu hakimiyyət ağlını başına yığıb parlamenti buraxacaq, buraxmayacaq? Onu da zamanında görəcəyik. Etməyəcəksə, mənə elə gəlir ki ərəb ölkələrində, digər ölkələrdə olan öz diktator həmkarlarının taleyindən də hər kəs nəticə çıxarmağı bacarmalıdır.

Sual: Bir qədər öncə hakimiyyət rəsmiləri müxalifətlə dialoqdan bəhs etdi. İctimai Palata isə hökumətə demokratiyaya yumşaq keçidlə bağlı konsepsiya təqdim edib. Bununla bağlı müzakirələr mümkündürmü, təkliflər alıbsınızmı? Münasibətiniz necədir?

Cavab: Bir ildən çoxdur ki, İctimai Palatanın avtoritarizmdən demokratiyaya keçidlə bağlı yol xəritəsi cəmiyyətə təqdim olunub, hökumətə isə rəsmən göndərilib. Hakimiyyət məsləyə heç bir rəsmi cavab verməyib. Ayrı-ayrı funksionerlər, məmurlar qeyri- ciddi cavablar verib. Əslinə qalsa bizi o cavablar ilgiləndirmir, maraqlandırmır. Eyni zamanda, hakimiyyət öz təklifini də verməyib, müzakirəlik heç bir məsələ ortaya çıxarmayıb. Buna görə də məsələ açıq qalmaqda davam edir.

Hakimiyyət bizim dəfələrlə dediyimiz kimi dialoqa hazır deyil, dialoqdan qorxur. Çünki bilirlər ki, dialoqda qaldırılan istənilən məsələ bizim haqlı, onların haqsız olduğunu göstərəcək. Razılaşacağıqsa, hakimiyyət qanunçuluğun gücləndirilməsi, rüşvətin aradan qaldırılması, haqqın-ədalətin bərqərar olması istiqamətində addım atmağa məcbur olacaq. Razılaşmayacağıqsa xalq görəcək ki, müxalifət xalq üçün nə isə təklif edir hakimiyyət isə buna qarşı çıxır. Ona görə də hakimiyyət hələ ki, dialoqa hazır deyil. Nə zaman hazır olsalar, yəqin ki, bizə də xəbər edəcəklər.

Sual: Yeri gəlmişkən, Elşad Abdullayev prezidentə müraciətində bildirir ki, hakimiyyətdə vəzifəli şəxslərdən ibarət Hacı Məmmədovdan da dəhşətli bir oğru qrup var. Yəni insan oğurluğu ilə məşğul olan qruplar var. O qardaşının tapılması üçün ümumilikdə indiyədək 9 milyon dollardan çox rüşvət verdiyini bildirir. Münasibətiniz?

Cavab: Hacı Məmmədov hadisəsi zamanında Azərbaycan cəmiyyətində bomba kimi partlamışdı. Uzun illər hüquq mühafizə orqanlarında belə cinayətkar qrupların mövcud olması, onların faktiki olaraq ən yüksək vəzifəli şəxslər tərəfindən himayə edilməsi, ölkədə saysız-hesabsız cinayətlərin məhz bu qrupla bağlı olması cəmiyyətdə doğrudan da şok effekti yaratmışdı. O zaman bu qrupu lokallaşdırıb həbslərə atdırdılar. Təbii ki, həmin adamlar öz cəzasını çəkməlidir.

Amma, bu qrupun arxasında dayanan, bu qrupu yaradan, bu qrupun mövcud olmasına imkan verən heç bir insan cəzalandırılmadı. Həmin şəxslər nəinki cəzalandırılmadı, hətta vəzifələrindədir, daha yüksək vəzifələrdədir. Bununla da o tendensiya aradan qalxmamış oldu. Ola bilər ki, daha ehtiyatla işləyirlər, çox sensasion hadisələrin baş verməməsinə çalışırlar. Amma hər şey onu göstərir ki, bu tendensiya davam edir. Zaman-zaman adam itkisi, adam oğurluğu ilə bağlı məlumatlar mediada da olur. Bunların müəyyən qisminin bu cür cinayətlərə aid olduğu heç kimdə şübhə doğurmur.

Bu hakimiyyət yalan və zorakılıq üzərində qurulmuş bir hakimiyyətdir. Bu hakimiyyət pul, sərvət toplamaq üzərində hədəfini seçmiş bir hakimiyyətdir. Təbii ki, belə bir hakimiyyət üçün adam oğurlamaq həm sərfəli bir biznesdir, milyonlarla pul yığırlar bu biznesdən. Həm də ki, cəmiyyəti qorxutmaq, insanları öz iradəsinə tabe etmək, susdurmaq, sındırmaq üçün bir repressiya vasitəsidir.

Müəllifdən: Azərbaycan iqtidarı hakimiyyətin azad, demokratik və şəffaf seçkilər yolu formalaşdığını bəyan edir. Azərbaycan prezidenti dəfələrlə çıxışlarında hökumətin xalq tərəfindən formalaşdırıldığını və xalqın iradəsinə tabe olduğunu deyib. Onun sözlərinə görə, xalq hazırkı iqtidarı dəstəkləməkdə davam edir.
Dövlət başçısı qurduğu hökumətin xalqa uğurla xidmət etdiyini və dünyada analoqu olmayan inkişafa nail olduğunu bəyan edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru