"Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                 

Müştərilərini itirən “Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
Tarix: 13-12-2024, 15:14 | Çap et
Müştərilərini itirən “Yelo Bank”ın kredit oyunu
2023-cü ildə maliyyə sektorunda məcmu kapital artımı və kredit aktivliyi müşahidə olunsa da bir sıra banklar 2024-cü ili zərərlə başa vurmaq üzrədirlər. Söhbət 30 ildir fəaliyyət göstərən “Yelo Bank”dan gedir. Həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərən maliyyə qurumunun bu ilin doqquz ayında cəmi öhdəliklər və kapital portfelində, aktivlərində, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində, banklar və digər maliyyə institutlarındakı depozitlərində, qiymətli kağızlar üzrə faiz gəlirlərində ciddi azalmalar baş verib. Əvəzində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri artıb.

Bankın aktivlərində ciddi azalma

Teleqraf.com
xəbər verir ki, ilin doqquz ayı, konkretləşdirsək, üçüncü rüb “Yelo Bank” üçün ürəkaçan keçməyib. Bank 30%-ə yaxın kiçilib. Belə ki, bankın aktivləri 388,7 milyon manat azalaraq 1 milyard 177 milyon manat təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2023-cü ilin sonuna bu rəqəm 1 milyard 566 milyon 452 min manat idi.

Diqqəti çəkən bankın aktivlərinin 80 faizinin müştərilərə verilən kreditlərin təşkil etməsidir. Son 3 ildə əsas gücünü kredit bazarına yönəldən bankın 1 milyard 177 milyon manat aktivinin 897,898 milyon manatını müştərilərə verilən kreditlər təşkil edir. Qurum istər istehlak, istərsə də biznes kreditləşməsini artırıb. Bunun hesabına faiz gəlirlərini də yüksəldib. İlin üçüncü rübündə bankın xalis faiz gəliri 2023-cü ilin sonundakı 48,6 mln manatdan 70,7 mln manata çatıb. Valyuta mübadiləsi, eləcə də komissiya haqqlarından yığılan vəsaitlərin daxil olduğu, bir sözlə banklar üçün rahat qazanc mənbəyi olan qeyri-faiz gəlirlərini isə 7,174 milyon manatdan 24,395 milyon manata yüksəlib. Göründüyü kimi, “Yelo Bank” depozit portfelində itirdiyi gəlirləri sözdə aşağı faizlə kredit təklif edərək, yüksək komissiya haqqları almaqla kompensasiya edib.

Şirkətlər pullarını bankdan geri çəkir

Acınacaqlı vəziyyət bankın depozit portfeli ilə bağlıdır. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkirlər. Yanvar-sentyabr aylarında bankdakı depozitlərin həcmi 841,526 milyon manat olub. Halbuki bank 2023-cü ili 1 milyard 292 milyon manatla başa vurmuşdu.

Cari ilin doqquz ayında hüquqi şəxslər - şirkətlər 516.500 milyon manatdan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindəki 720,590 milyon manatdan 204,029 milyon manata düşüb. Bu da 3,5 dəfə azalma deməkdir. Bankın depozitlərinin kəskin azalması nəticəsində maliyyə qurumunun nağd pul vəsaitləri də 4 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 687 milyon manatdan 182 milyon manata düşüb.

Bankın maliyyə vəziyyəti ilə bağlı diqqəti çəkən daha bir məqam, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin artmasıdır. Bu yöndə öhdəlikləri 91 milyon manatdan 107 milyon manata yüksəlib. Eləcə də bankın banklar və digər maliyyə institutlarındakı depozitlərinin, ticarət və investisiya qiymətli kağızlarının həcmi azalıb.

Sözdə "sərfəli" kredit təklifi

Bu gün “Yelo Bank” 8 növ kredit təklif edir. Doğrusu, rəsmi maaşınız varsa, kredit tarixçəniz tələblərə cavab verirsə, bu bankdan borc vəsait almaq asan və sürətlidir. Lakin şərtlər göründüyü qədər asan deyil. “Yelo Bank” əməkdaşlarının müştərilərə göndərdikləri şirnikləndirici mesajlarda, eləcə də zənglərdə irəli sürdükləri 11,7 faizlə kredit təklifi reallıqdan tamamilə uzaqdır. Müştərinin xəyalları bankın qapısında puç olur. Məsələn, 6 aydan 59 aya qədər təklif edilən istehlak kreditlərində faktiki illik faiz dərəcələri 23%-ə qədər yüksəlir. Məbləği 1000-20 000 manat təşkil edilən qızıl təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi isə minimum 24,3%, maksimum 28,5% -dir. Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü də göstərir ki, “Yelo Bank” ötən dövrdə daha çox istehlak və ipoteka krediti verib. Bu portfel 341,128 milyon manat təşkil edib. Hamıya aydın şəkildə bəllidir ki, bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu növ kreditlərin daha çox qazanc gətirməsidir. Bir zamanlar belə bir təcrübə bank kartları vasitəsilə ölkə əhalisinin yarıdan çoxunu borca salan “Bank of Baku” kimi bankların fonunda yaşanıb.

Məsələnin başqa tərəfi depozit portfeli azalan bir bankın kreditləşməni artırmasıdır. Nəzərə alsaq ki, kreditlər cəlb olunmuş vəsaitlərdir, yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. “Yelo Bank”ın kredit bazarında yerini qoruyub saxlaması suallar doğurur.

Ödəniş cədvəllərindəki qarışıqlıq

“Yelo Bank” Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi ikinci bankdır və 2,58 indeksi ilə qırmızı zonaya düşüb. Müştərilərin şikayətləri isə əsasən ödəniş cədvəllərində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salınması, göstərilməyən xidmətlərə görə vətəndaşdan haqq tələb edilməsi, kredit müqavilələrindəki uyğunsuzluqlarla bağlıdır. Xüsusilə istehlak kreditlərində müqavilədən kənar ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Yəni bank kredit üzrə hesabladığı faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışır. Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışır. Lakin bankın bu siyasəti müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və ədalətli bölgüsünə imkan yaratmır. “Yelo Bank” borc bazarında qazanmaq naminə özünü risklərdən elə sığortalayıb ki, verilən 897,8 milyon manat kreditə qarşı təminatsız kreditlərin payı cəmi 192,9 milyon manat təşkil edir.

Onu da xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru