Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                 

“ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb - İcazə verin şübhələnək...
Tarix: 17-12-2024, 10:59 | Çap et
“ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Yuxarı Şirvan suvarma kanalı yenidən qurulması haqqında Sərəncam Prezident İlham Əliyev tərəfindən 08 aprel 2024-cü ildə verilib. Aprelin 16-da isə Prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

Hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirləri davam etdirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (IV mərhələ) üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi tendeirin qalibini elan edib. Qalib “ELİT-S” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər 119.000.000 milyon manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, 119.000.000 milyon manat dəyərində tender udan MMC qanunvericiliyin tələbinə uyğun olaraq şərtlər toplusunda müəyyən edilmiş miqdar dəyərində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə müqavilə təqdim etməli, eyni zamanda, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı şərtlər toplusunun tələbinə əsasən təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30%-i həcmindən çox olmayaraq, yəni 35.000.000 manat maddi vəsaitə çıxışının olması barədə bank təminatı verməlidir.

İndi gəlin MMC-nin oxşar xidmətlər üzrə fəaliyyətinə diqqət yetirək. “ELİT-S” MMC daha əvvəllər, hazırda Dövlət Su Ehtiyatları Agentliyinə tabeli Regional Su Meliorasiya Xidmətindən əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin regionlarda yerləşən bir neçə idarəsinin keçirdiyi tenderlərin qalibi olub. Həmin tendrləri diqqətinizə çatdırırıq.

Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən Əlabbas kanalı üzərindəki Bəddərə akvedukunun əsaslı təmiri üzrə keçirilmiş tenderədə 460.000 manat məbləğində müqavilə 12.12.2023-cü ildə elan edilib.

Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Yeniarx kanalının təmiri (PK00+00-PK22+00; L=2,2) (PK27+00-PK45+00;L=1,8 km) üzrə keçirilmiş tenderədə 208.000 manat məbləğində müqavilə 11.12.2023-cü ildə elan edilib.

Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən cari təmir işləri üzrə suvarma kanallarının lildən təmizlənməsi və çay məcrasının təmizlənməsi işlərinin satın alınması üzrə keçirilmiş tenderədə 1.063.537,49 manat məbləğində müqavilə 11.07.2023-cü ildə elan edilib.

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən bir mənbə üsulu ilə Yuxarı Şirvan Kanalının Kürdəmir rayonu ərazisində yerləşən Girdimançay dükkerinin sutullayıcı ilə birlikdə əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderədə 244.998 manat məbləğində müqavilə 06.11.2023-cü ildə elan edilib.

Göründüyü kimi, “ELİT-S” MMC o qədər də böyük həcmi olmayan, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli bir neçə idarənin ümumi dəyəri iki milyon manata yaxın olan işlərin icrasını həyata keçirib. Bəs görəsən MMC 119 milyon manat dəyəri olan dövlət sifarışini həyata keçirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “ELİT-S” (VÖEN : 1600024541) MMC-nin 09.06.2004-cü ildə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. İlk hüquqi ünvanı Nizami rayonu ev 13, mən 41 (küçəsi yoxdu) olan MMC-nin son ünvanı Füzuli rayonun Aybasanlı ərazi vahidliyi qeyd olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Elmidar Eldar oğludur. MMC-nin təsisçisi Səlimov Hüseyin Məhəmməd oğludur. MMC-yə İbrahimov Fuad İbrahim oğlu, İmanov Müşfiq Nəriman oğlu da rəhbərlik edib.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-352/2019 nömrəli 25.09.2019-cu il tarixli qərarı ilə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə lisenziya alması barədə məlumat var. Lisenziyada fəaliyyətin həyata keçirildiyi obyektlərin ünvanı kimi Quba rayonunun ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağı göstərilir.

Müəmmalı məsələlər də elə bundan sonra başlayır. Dağ-mədən işləri üzrə lisenziyası olan, qum-çınqıl yatağı istismar edən bir MMC suvarma kanalının yenidən qurulması işlərinı necə həyata keçirəcək? Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin Satınalma komissiyası Nazirlər Kabinetinin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən, müvafiq sahədə peşəkarlığını və təcrübəsini qiymətləndiribmi? MMC-dən 80 faiz oxşar xüsusiyyətli 3 sayda müqavilə tələb edilibmi? MMC-nin bu oxşar xüsusiyyətli işləri harada görüb? Axı, Şirvan suvarma kanalının yenidən qurulması işləri Qəbələdə suvarma kanallarının lildən təmizlənməsi, Bəddərə akvedukunun əsaslı təmiri demək deyil.

İnternet axtaış sistemləri üzərindən apardığımız araşdırmada “ELİT-S” MMC-nin “İnstaqram” və “facebook”sosial şəbəkələrindəki hesabında ünvanı Binəqədi r-nu, Rəsulzadə qəs., Baksol 15 G göstərilir. Sözügedən ünvanda hazırda beton zavodu fəaliyyət göstərir və yeni tikilən binaları beton qarışığı ilə təmin edir. Apardığımız araşdırmalar zamanı 119 milyon manatlıq tender udan “ELİT-S” MMC haqqında bundan artıq məlumat tapa bilmədik. Güman ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov MMC haqqında daha çox bilgilərə sahibdi.

Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə MMC-ni rəsmi olaraq Elmidar Əliyev idarə etsə də qeyri rəsmi sahibi başqa şəxslərdir. Həmin şəxsin MMC-nin qanuni təmsilçilərindən biri olmuş İmanov Müşfiq Nəriman oğlu olduğu da bildirilir. Hətta qeyd edilir ki, Müşfiq İmanov tikinti sektorunda özünə yer tutan, kifayət qədər geniş əlaqələri olan bir biznesmendir. Çox güman ki, o əlaqələrdən bir ucu da Dövlət Su Ehtiyatları Agentliyinə, onun tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə də gedib çatır.

Aktualinf.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru