Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                 

“bp DEYƏCƏK Kİ, VERDİYİM MALİYYƏ GÖZÜNÜZDƏN GƏLSİN"
Tarix: 17-10-2012, 11:32 | Çap et
“bp DEYƏCƏK Kİ, VERDİYİM MALİYYƏ GÖZÜNÜZDƏN GƏLSİN"
YP SƏDRİNDƏN REAKSİYA GƏLDİ

Bp şirkəti ilə bağlı ölkə başçısının məlum çıxışından sonra Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev bp-nin Azərbaycana gətirilməsi ilə bağlı bir neçə QHT və QHT sədrini ciddi şəkildə tənqid etmişdi. O, xüsusilə AXCP-nin sədr müavini Razi Nurullayevin bu məsələlərdə daha yaxından iştirak etdiyini söyləmişdi. Razi Nurullayevin cavabı isə çox gecikmədi. AXCP funksioneri Mayis Güləliyevin fikirlərini absurd adlandırıb və 280 QHT-ilə birgə bp-ilə bağlı hansısa sənədə imza atdığını xatırlamadığını bildirib. Eyni halda Razi bəy onu da bildirib ki, müxalifət liderləri olan İsa Qəmbər və Əli Kərimlinin Mayis Güləliyevlə Azərbaycanın taleyini müzakirə etdiyinə inanmıram. Məgər, o bu qədər gücə malikdirmi ki, onunla hesablaşsınlar?

Razi bəyin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən Mayis bəy, maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, Razi Nurullayev bu ifadələri işlətməklə Mayis Güləliyevin düz dediyini bir daha təsdiq etmiş oldu: “Belə bir şeyi absurd adlandırmağın özü absurd sözünün mənasını bilməməzlikdən irəli gəlir. Əgər o, deyirsə həmin sənədə imza atıb-atmamağım yadıma gəlmir, onda mənim ifadələrimin absurd olmasını təsdiq edə bilməz. İmza atmağından mahiyyəti bp-ni müdafiə etməkdən ibarət idi. Razi bəy imza atmasını yadına sala bilmirsə və müsahibənin sonunda bp-ni müdafiəsinə görə fəxr hissini keçirdiyini bildirirsə, deməli bir daha təsdiq etmiş olur ki, imza atıb-atmamasından asılı olmayaraq bəyanatın mahiyyətini təsdiqləyir. Deməli Mayis Güləliyeyin dediyində hər hansı bir absurd yoxdur və o Mayis Güləliyevin dediyini bir daha təsdiq etmiş olur. ”

Razi bəyin “müxalifət liderləri olan İsa Qəmbər və Əli Kərimlinin Mayis Güləliyevlə Azərbaycanın taleyini müzakirə etdiyinə inanmıram. Məgər, o bu qədər gücə malikdirmi ki, onunla hesablaşsınlar? ”, - fikirlərinə də münasibət bildirən Mayis bəy bunları qeyd etdi: “ 2003-cü ilin may ayında müxalifətin koordonasiya mərkəzinin iclasında müxalifət partiyalarına üz tutaraq xahiş etdim ki, bp-nin fəaliyyətə başlamasına etirazlarını bildirsinlər. Həmin günə qədər Avropa İnkişaf bankının 17 direktoru ilə görüşərək bildirmişəm ki, Bakı-Tbilis Ceyhan kəməri çəkilərsə və eyni halda bp-nin Azərbaycanda fəaliyyəti genişlənərsə Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli mümkün olmayacaq. Eyni halda bildirdim ki, Azərbaycanın Rusiyadan asılılığı güclənəcək və bu asılılığı gələcəkdə azaltmaq olmayacaq. Gələcəkdə neft hasilatının azaldıldığı bir dövrdə Azərbaycanın iqtisadi sabitliyini və makroiqtisadi göstəricilərinin tarazlığını saxlamaq mümkün olmayacaq. Bu amilləri əsas gətirərək xahiş etmişəm ki, Bakı-Tbilis Ceyhan kəmərinin çəkilişinə icazə verməsinlər bp-nin fəaliyyətinin genişlənməsinə mane olsunlar. Müxalifətin həmin iclasında və avqust ayında köhnə “İnturist” mehmanxanasıda keçirilən iclasında da bu amilləri əsas gətirərək müxalifətdən bp-nin fəaliyyətini dayandırması ilə bağlı dəstək vermələrini xahiş etmişəm. Mənim təklifimdən müxalifət liderləri hiyləgərcəsinə gülümsəyərək “ siz siyasətdə təzəsiz” ifadəsi işlətdilər və mənə dəstək vermədilər. Bundan sonra isə avqust ayının axırında Əli Kərimli və İsa Qəmbərlə ayrı-ayrı görüşərək bu məsələni yenidən xahiş etmişəm. Razi bəyin dediyi kimi biz ölkənin taleyi ilə bağlı hər hansı bir müzakirə aparmamışıq. Mən bu şəxslərin yanına xahiş üçün getmişdim. Avropa İnkişaf bankının 17 direktoru ilə görüşərkən onlar mənə bildirdilər ki, Azərbaycanda sizdən başqa bu məsələyə narazılığını bildirən yoxdur. Belə ki, Azərbaycan cəmiyyəti müxalifətin, ziyalıların və QHT-lərin şəxsində Bakı-Tbilis Ceyhan kəmərinin çəkilməsini və bp-nin fəaliyyətinin genişlənməsini dəstəkləyirlər. Belə olan halda tək sizə görə maliyyə məsələsini gecikdirə bilmərik. Bu faktları nəzərə alaraq mən müxalifət liderlərinin yanına getmişdim ki, Azərbaycanın gələcəyi və Qarabağ münaqişəsinin həlli sual altındadır. Hətta bildirmişdim ki, yaxın 20-25 il ərzində Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli nəyinki mümkün olmayacaq, ümumiyyətlə münaqişə tamamilə dondurulacaq. Hətta mümkündür ki, bundan sonra Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmasın. Ölkə iqtisadiyyatı ciddi çətinliklər qarşısında qalacaq. Bu problemləri nəzərə alaraq hakimiyyətə iddialı olan müxalifət partiyalarının yanına məktub aparmışdım ki, Azərbaycanda demokratik seçkilər keçirilənə və demokratik mühit yaradılana qədər bp-nin fəaliyyətini dəstəkləməyəcəklərinə dair imza atsınlar. Bunlar isə hiyləgərcəsinə gülümsəyərək bildirdilər ki, bp oktyabr ayının 15-də keçiriləcək seçkilərdə hakimiyyətə gələcəyimizə dəstək verəcək. Onlar buna əminliklərini bildirirdilər. Mən həmin şəxslərə bildirdim ki, siz 2023-cü ilə qədər hakimiyyətdə qətiyyən təmsil olunmayacaqsınız. Çünki bp ölkə müxalifətindən Azərbaycan hakimiyyətinə təsir vasitəsi kimi istifadə edir və bundan sonra da edəcək. Öz məqsədinə çatandan sonra isə hamını atacaq kənara.”

“Ölkədə fəaliyyət göstərən bəzi QHT-lərin nəyə görə bp-nin tənqidindən bu qədər narahatdırlar ”, - sualını da cavablandıran Mayis bəy bunları söylədi: “Həmin QHT-lər bp-nin İctimaiyyətlə Əlaqədar Departamenti vasitəsilə çalışırlar ki, QHT-ləri həmişə nəzarətdə saxlasınlar. Qrant, sosial təminatların həyata keçirilməsi vasitəsilə QHT-lərlə əlaqə quraraq onları maliyyələşdirilər ki, onlarda bp-nin ətrafında normal bir ictimai rəy yaratsınlar. Bu məsələ bp-nin fəaliyyət göstərdiyi ölkələrdə ən mühüm əhəmiyyət daşıyan siyasətidir. Belə ki, müxalifət partiyalarını, QHT-ləri və ziyalıların biri qismini öz ətrafında cəmləşdirir və lazım olanda onlardan hökumətə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə edir. Məhz bu gün həmin prosedur hiss edilir. Prezidentin bp-ilə bağlı dediyi tənqidi fikirlər boş yerə deyilməyib. Bu tənqid 3-4 ilin müxtəlif araşdırmalarından və diskussiyalarından sonra gündəmə gətirilib. Çünki bu adi bir çıxış deyildi. Hökumət nə qədər məcbur olub ki, bu məsələni ictimaiyyətə çıxartsın. Deyilənlər çox ciddi məsələdir. Beləliklə bp öz ətrafında ictimai rəy yaradaraq lazım olanda hökumətə təzyiqlər edir ki, hökumət onun böyük miqdarda gəlir və mənfəət götürməsinə mane ola bilməsin. Hətta bəzi vaxtlar bu cür təzyiqlərlə kontrakta daxil olan müddəaları dəyişdirə bilirlər. Kontraktın nə vaxt bağlanmasından asılı olmayaraq müəyyən müddətdən sonra bp-nin əgər gəlirləri azalarsa onlar ətrafında cəmləşdirdiyi müxalifət və QHT-lər vasitəsilə hakimiyyətə təzyiq göstərərək ya hakimiyyəti dəyişməyini nail olurlar, ya da ki, hakimiyyəti məcbur edirlər müqaviləyə daxil edilən müddəalarını dəyişdirsin ki, mənfəəti azalmasın. Bp- yerli hökumətləri həvəsləndirmək üçün müəyyən müddətdən sonra hökumətin faizlərinin artdığını bildirir və gəlir matriççasını hökumətə təqdim edirlər. Hökumətdə fikirləşir ki, bp bir neçə ilə böyük miqdarda gəlir götürsün və sonra isə 10-15 il müddətində özüm gəlir götürərəm. Hökumət bu cür arxayınlaşır. Lakin düşünmürlər ki, müəyyən müddətdən sonra bp gizli şəkildə müxalifəti və QHT-ləri dəstəkləməklə ətrafında ciddi ictimai qüvvə yığır və sonra isə hakimiyyətə bunun vasitəsilə təzyiq edərək öz gəlirlərini artırmaq istəyir. Hazırda həmin dövr gəlib çıxıb. Maraqlıdır ki, ölkəyə bu qədər ziyan dəyməsinə baxmayaraq müxalifət dinlənmir. Azərbaycan prezidenti ölkəyə dəymiş ziyanı cəmiyyətə açıqlayır, müxalifət və QHT-lər isə susur. Bəs harada qaldı sizin vətənpərvərliyiniz və xalqı müdafiə etməyiniz? Axı siz xalqdan danışırdız. Niyə xalq dəymiş ziyanla bağlı səsiniz çıxarmırsınız? Susmaqları ilə sanki bp-ni müdafiə edirlər. Hətta bəzi vaxtlar qıraq bucaqda müxalifətin əl altıları birbaşa olmasa da dolayı yolla bp-ni müdafiə edirlər. Lakin bu günə qədər müxalifət partiyaları bununla bağlı hər hansı bir mövqe sərgiləməyiblər. Əgər hər hansı bir mövqe sərgiləsələr, bp deyəcək ki, gözünüzdən gəlsin verdiyim maliyyə. Bundan sonra bp onlara gizli şəkildə dəstək verməyə bilər. Artıq hakimiyyət bu gizli dəstəyi aşkar edib. Bp müxalifətdən prezident seçkisi öncəsi hakimiyyətə qarşı istifadə edə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru