Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Tarix: 24-10-2024, 12:43 | Çap et
 Ağdaş rayon İcra Hakimiyyəti Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində yol kənarında aparılacaq abadlıq işlərinin satınalınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderdə “Simmetriya” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 29.08.2024-cü ildə 602.988,26 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Ağdaş rayon İcra Hakimiyyətinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Ağdaş rayon İcra Hakimiyyəti analoji işlərinaparılmasında heç bir xüsusi hüquqlara malik olmayan MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır. Şübhələrə keçməzdən əvvəl qeyd edək ki, “SİMMETRİYA” (VÖEN 8500147721) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 39439.00 manat olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər ştq-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xaqani oğludur. “”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
Bəs Ağdaş rayon İcra Hakimiyyətini lisenziyası barədə, satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki baza, işçi qüvvəsi meyarları ilə bağlı tələblərə uyğun olmayan “Simmetriya” MMC ilə bir mənbədən satınalma müqaviləsi bağlamağa nə vadar edib?
Qeyd edək ki, Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üzrə keçirdiyi tenderdə də “Simmetriya” MMC-ni qalib seçib. Bu satınalma müqaviləsi 07.10.2020-ci ildə bağlanılıb. Dəyəri isə 2.340.195,12 manat təşkil edib.
Elektron mediada 9 Oktyabr 2023-cü ildə yayılan xəbərdə Ağdaş rayon İcra Hakimiyyətinin məhkəməyə verildiyi bildirilir. Məlumata görə, iş adamı Ağayev Ağa Xəqani oğlu tərəfindən yerli icra hakimimiyyəti orqanı barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət olunub. RİH-in barəsində məhkəməyə müraciət edilməsi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr ilə bağlı olduğu bildirilir. Məhkəmə işinə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmənin kimi xeyrinə qərar çıxarması barədə məlumat yoxdu.
Bu məlumatlarda adı keçən Ağa Ağayev “Simmetriya” MMC-nin qanuni təmsilçisidir. Şirkətin indiyə qədər Ağdaş RİH-in elan etdiyi milyonluq tenderlərin dəfələrlə qalibi olması bardə elektron mediada məlumatlar var. Amma sonradan rayon rəhbərliyi ilə aralarında mübahisələr yaranıb.
Bu müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən sonra “Simmetriya” MMC -nin bir daha Ağdaş rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olması şübhə doğurmurmu? Göründüyü kimi müqavilə birbaşa, bir mənbədən satınalma adı altında bağlanıb. Əslində isə İcra Hakimiyyəti 602 min manat dəyəri olan açıq tenderi “Simmetriya” MMC-yə verməklə mübahisələri sonlandırmış olub.
Xatırladaq ki, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov olub. O, 12 ilə yaxın bu rayonun başçısı vəzifəsində çalışıb. Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Hazırda rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə müvəqqəti icra edir.
Aktualinfo.org


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|