“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                 

“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR... - CƏZASI OLMALIDIR!
Tarix: 19-02-2025, 12:59 | Çap et
“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR...
Aylardır "Yelo Bank" Mərkəzi Bankın açıqladığı hesabatda müştərilərin ən çox şikayət etdiyi bank statusunu qoruyub saxlayır. Kommersiya qurumu siyahıda daim ilk üçlükdə yer alaraq “qırmızı zonaya” düşür.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, aktivləri azalan, depozit portfeli kiçilən bankdan əsasən kredit götürən müştərilər şikayət edir.

Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13,8%-dən, maksimum 34,7%-ə qədər kredit təklif edən bank az qala 1 milyard manata yaxin borc verib. Bunun 42 milyon 178 min manatı dollarladır. “Yelo Bank”ın açıqladığı son rüblük hesabata nəzər salsaq aydın olur ki, müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləri 134,5 milyon manata çatıb. Bank təkcə kreditlər üzrə faiz gəlirlərindən deyil, girovların satışından da qazanır. Hətta kommersiya qurumu bəzən bağlanan kredit borcunu yeniləyərək, illər əvvəl ipotek edilən əmlaka da iddia edir.

Məsələn, “Yelo Bank” 2008-ci ildə manatla verdiyi krediti müştərisindən dollarla tələb edir. Borcalanın dediyinə görə, 33 540 manat kredit rəsmiləşdirilərkən o zaman hüquqi statusu "Nikoyl Bank" olan qurum öz təklifi ilə formal ipoteka rəsmiləşdirib. Müştəri faizlər də daxil olmaqla, banka ümumilikdə 58 355 manat qaytarıb. Və borcunu bağlayıb. Maraqlıdır ki, kredit müqaviləsi manatla olsa da, sonradan bank yeni cədvəl tərtib edərək müştəridən 40 min dollar tələb edib.

Borcalan iddia edir ki, bankın tərtib etdiyi ödəniş tapşırığı manatla idi. Pul ona milli valyutada təqdim olunmuşdu.

“Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə dəyişibsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib”.

Qeyd edək ki, "Yelo Bank" müştərinin evinin əlindən alınması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank "dirəniş" göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

Hətta hakim apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəldib".

Yeri gəlmişkən, sabah saat 12:40-da Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə müştərinin apellyasiya şikayətinə baxılacaq.

Apellyasiya məhkəməsi mərhələsində yenə "Yelo Bankın" vəsatəti əsasında iş Auditorlar Palatasına göndərilib.

Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl "Nikoil Bank” kimi fəaliyyət göstərən "Yelo Bank”ın adı bu günə qədər bir çox qalmaqallarda hallanıb. Bankın talan olunması hələ 2005-ci ildən başlayıb. "Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunub. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş Xamaza Azərbaycanı tərk etsə də, 2018-ci ilin sentyabrında Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

2020-ci ilə qədər bankın idarə heyətinin sədri olan Nikoloz Şurqaianın rəhbərliyi dövründə isə nə təsdiqlənən yeni inkişaf strategiyası, nə də rebrending qurumu zərərdən xilas edə bilib. Əksinə, bankın yığılmış zərəri 320 milyon 241 min manata çatıb. 2019-cu ildə bu rəqəm 276 milyon 556 min manat idi. Müşahidə Şurası Şurqaianı yola salaraq, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənovu “Yelo Bank”a yeni rəhbər təyin edib. Bununla belə, 2021-ci ildə bankın yığılmış zərəri 311 milyon 777 min manat, 2022-ci ildə 306 milyon 155 min manat, 2023-cü ildə 292 milyon 138 min manat təşkil edib. Göründüyü kimi, bankın zərəri 2020-ci ilin əvvəlindəki səviyyədən hələ də yüksəkdir. Həmin ilin yanvarın 1-i tarixinə “Yelo Bank”ın zərəri 276 milyon 556 min manat idi.

Bankın ötən il üzrə maliyyə göstəriciləri ilə bağlı müstəqil auditorun rəyi hazır olmadığından, hələlik ancaq rüblük hesabatlar əsasında 2024-cü maliyyə ilinin necə keçdiyini söyləmək mümkündür. Beləliklə, ötən il bankın aktivləri 2024-cü ilin əvvəlindəki 1 milyard 566 milyon 452,89 min manatdan ilin sonuna 1 milyard 279 milyon 637,84 min manata düşüb.

“Yelo Bank”ın öhdəlikləri isə 1 milyard 467 milyon 384,41 min manatdan 1 milyard 135 milyon 645,42 min manata qədər azalıb.

Xüsusi azalma əmanətlərin həcmində qeydə alınıb. Bankdakı depozitlər 1 milyard 292 milyon manatdan 928 milyon 774,35 min manata düşüb. Bu portfeldə ən çox kiçilmə hüquqi şəxslərin əmanətlərində baş verib. Şirkətlər son bir ildə yarım milyard manatdan çox vəsaiti bankdan geri çəkiblər. Nəticədə, hüquqi şəxslərin bankdakı 720 milyon 595,32 min manat əmanəti 197 milyon 822,07 min manata qədər azalıb.

Bankın nağd pul vəsaitləri də əriyib. 2023-cü ilin sonundakı 687 milyon 293,65 min manatdan 229 milyon 962,93 min manata düşüb.

Hesabat dövründə “Yelo Bank" gəlirlərini əsasən müştərilərə verilən kreditlərdən əldə edib. Kredit portfeli 22% artımla 935 milyon manata çatıb. Verilən kreditlərdən 134,5 milyon manat faiz gəlir götürülüb.

Paralel olaraq, bankın müştərilərə verdiyi pulları geri qaytarmaqda da problemləri artıb. İl üzrə verilən kreditlərin 13 milyon 236,63 min manatının gecikdirilmə müddəti 1 ildən çoxdur. Ümumilikdə, vaxtı keçmiş kreditlərin həcmi 28 milyon 621,96 min manat təşkil edib. 2024-cü ilin əvvəlində bu rəqəm 24 milyon 531 min manat olub. Vaxtı keçmiş kreditlərin portfeldə payı isə 3%-ə yüksəlib.

Ekspertlər bildirir ki, vaxtı ilə "Nikoyl Bank" kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə qarşı soyğunçu münasibəti dəyişməyib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Teleqraf-a bildirib ki, bank kredit müqaviləsini bir valyutada bağlamalıdır:

“Əgər iki müqavilə varsa, bu zaman məhkəmə milli valyutada olan müqaviləni rəhbər tutmalıdır. Çünki bu Mülki Məcəllədən irəli gələn bir prinsipdir. Əgər hər hansı bir ziddiyət və ya şübhə varsa, bu istehlakçının xeyrinə həll olunmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru