"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Tarix: 4-03-2025, 10:38 | Çap et
 Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə tələbələri "Gündəlik Naxçıvan" vasitəsilə ictimaiyyətə müraciət ediblər. Onların əsas narazılığı tibb fakültəsində yer çatışmazlığı bəhanəsi ilə dərslərinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinə köçürülməsidir. Tələbələr bildirirlər ki, bu qərar onları normal təhsil üçün vacib olan laboratoriya və avadanlıqlardan məhrum edib. Son günlərdə isə Əczaçılıq və Biokimya kafedrasının da həmin fakültəyə köçürülməsi vəziyyəti daha da ağırlaşdırıb. Tibb fakültəsində boş otaqlar olduğu halda, əczaçılıq tələbələrinin başqa fakültəyə yönləndirilməsi onları narazı salıb. Halbuki, həmin fakültədə tibb sahəsinə aid olmayan ixtisasların dərsləri keçirilir: "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır? Biz tibb fakültəsinin tələbələriyiksə, dərsimiz də burada keçirilməlidir. Amma indi elə vəziyyət yaranıb ki, öz fakültəmizdə bizə yer yoxdur, məcburən kənd təsərrüfatı fakültəsinə göndərilmişik. Bu, açıq-aşkar haqsızlıqdır." Əczaçılıq ixtisasının tələbələri laboratoriya və praktik məşğələlər olmadan keyfiyyətli təhsil ala bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, kimya, biokimya və farmakologiya sahəsində ixtisaslaşmaq üçün müasir avadanlıq və laboratoriya şəraiti vacibdir: "Əczaçılıq praktik bilik tələb edən bir sahədir. Yeni dərman maddələrinin hazırlanması, keyfiyyətinin yoxlanması və farmakoloji təsirinin tədqiqi laboratoriya avadanlıqları olmadan mümkün deyil. Amma biz adi sinif otaqlarında, praktik təhsildən tamamilə uzaq şəkildə oxuyuruq. Üstəlik, kənd təsərrüfatı fakültəsində laboratoriya imkanları bizim ixtisasa uyğun deyil. Bu şəkildə gələcəyin mütəxəssisləri necə yetişə bilər?" Tələbələr qeyd edirlər ki, təhsilin keyfiyyətsiz olması təkcə onları deyil, universitetin beynəlxalq imicini də riskə atır. Xüsusilə, xarici tələbələr aldıqları təhsilin beynəlxalq standartlara uyğun olmamasından narahatdırlar: "Bizimlə birlikdə oxuyan xarici tələbələr də narazıdırlar. Onlar deyirlər ki, burada aldıqları təhsil beynəlxalq standartlara uyğun gəlmir və bu, onların diplomlarını təsdiqlətmək üçün böyük problemlər yarada bilər. Yəni, illərlə universitetə ödəniş edirlər, amma sonda diplomları etibarsız ola bilər. Bu, həm tələbələr, həm də universitetin nüfuzu üçün ciddi problemdir." Tələbələr bildirir ki, bu məsələ ilə bağlı universitet rəhbərliyinə dəfələrlə müraciət etsələr də, şikayətlər ya cavabsız qalır, ya da tələbələrə təzyiq göstərilir: "Biz dəfələrlə məsələni qaldırmışıq, amma universitet rəhbərliyi ya susur, ya da bizi təzyiqlə susdurmağa çalışır. Elə tələbələr var ki, sadəcə şikayət etdiyinə görə töhmət alıb. Hətta bəzi müəllimlərin də bu məsələyə etiraz etdiyi üçün işdən çıxarıldığı deyilir. Bu cür yanaşma tələbələri qorxudur və haqsızlıq qarşısında susmağa məcbur edir." Tələbələr universitet rəhbərliyindən dərslərinin yenidən tibb fakültəsinə qaytarılmasını, lazımi avadanlıqlarla təmin olunmalarını və bu sahədəki problemlərin həllini tələb edirlər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
|