Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                 

“Qaçqınkom”da Səbuhi Əhmədovdan hamı narazıdır, AMMA... - İLGİNC İDDİALAR
Tarix: 5-03-2025, 12:37 | Çap et
“Qaçqınkom”da Səbuhi Əhmədovdan hamı narazıdır, AMMA...
Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin edilməsinin yeddinci ili aprel ayında başa çatacaq. Onun bu vəzifəyə təyinatından sonra məcburi köçkünlər Komitədə illərlə yığılıb qalan problemlərin nəhayət öz həllini tapacağını düşünürdü. Lakin ən böyük problemi Elə Prezident İlham Əliyev özü 44 günlük Vətən müharibəsində həll etdi. Artıq 30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin yurd-yuvalarına qayıdışına başlanılıb.

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ən başlıca funksiyası doğma torpaqlarını tərk etmiş məcburi köçkünlərin ata-baba yurduna qaytarılmasını təşkil etməkdir. Bununla belə müxtəlif bölgələrə səpələnmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam edir. Bu işlərə əsas cavabdeh qurum Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentidir. Sözügedən bu qurumda vaxtı ilə çox ciddi qanun pozuntularına yol verilməsi barədə sosial şəbəkələrdə və elektron mediada kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, millət vəkili Rövşən Rzayevin 2018-ci ilin aprel ayında sözügedən quruma rəhbər təyin edilməsindən sonra burada köklü dəyişikliklərin olacağı gözlənilsə də, bu baş vermədi.

Əksinə Rövşən Rzayevin Departamentə direktor təyin etdiyi Səbuhi Əhmədov narazılıqları daha da artırdı. Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Rövşən Rzayevin Dövlət Komitəsinə sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi uzun müddətdir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayrılıb. Yeni mənzillərin tikintisindən tutmuş, fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsaitlərin məbləğini rəsmi dövlət qurumlarından başqa kimsə bilməz. Səbuhi Əhmədov isə oturduğu kreslodan və sədrin ona etibarından sui-istifadə edərək ayrılan bu dövlət vəsaitlərindən şəxsi məqsədləri üçün istifadə etməyə başlayıb. Ortada, yəni Komitədə, Rövşən Rzayevin digər kadrları arasında narazılıq da bundan sonra başlayıb.

Əldə etdiyimiz məlumatlara görə hazırda Səbuhi Əhmədovun kreslosu silkələnir. Yəni Dövlət Komitəsinin digər şöbə və departament rəhbərləri Səbuhi Əhmədovun atdığı hər addımı dərhal Rövşən Rzayevə çatdırırlar. Bu da təbii ki, Komitə sədrinin xoşuna gəlmir və Səbuhi Əhmədovun işini xeyli çətinləşdirir. Bəs bu narazılıqlar haradan qaynaqlanır?

Məlum olduğu kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır. Səbuhi Əhmədovun rəhbərlik etdiyi qurum isə fərdi yaşayış evlərinin təmirinə, yolların təmirinə və digər məqsədlər üçün ayrılan vəsaitin çoxunu şişirdilmiş qiymətlərlə özünə yaxın şirkətlər vasitəsi ilə “həyata keçirir”. Bu zaman onun əldə etdiklərini Komitənin digər şöbə və departament rəhbərləri həzm edə bilmirlər və onun yerini tutmağa çalışırlar. Sözügedən Departament tərəfindən son illər keçirilmiş tenderlər ətrafında apardığımız araşdırmalar burada hər şeyin heç də şəffaf olmadığını göstərir və mövzuya yaxın günlərdə ayrıca qayıdacağıq.

Rəhbərlik etdiyi Departamentdə satınalmalardan qazandığı azmış kimi, Səbuhi Əhmədov köçkünlərin hesabına daha çox qazanmaq üçün müxtəlif yollara da baş vurur. Belə ki, Bakı şəhərində məcburi köçkünlər üçün tikilən çoxmənzilli binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə tanışlarının əli ilə satır. Yəni ticarət obyekti kimi işlətmək üçün saxta sənədlərlə kənar şəxslərə verir. Məlumatlara görə Səbuhi Əhmədov və adamları artıq boşaldılan həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala blməyən vətəndaşın şikayəti də buna bir misaldır. Məlumatlara görə Səbuhi Əhmədov hətta qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.

Butün bu kimi hallar isə Komitənin digər şöbə və departament rəhbərlərinin gözündən qaçmır və dərhal Rövşən Rzayevə çatdırılır. Odur ki, “Qaçqınkom”da Komitə sədrinin sadiq kadrı Səbuhi Əhmədov haqqında verəcəyi son qərarı gözləyənlər çoxdur.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru