
52 YAŞLI KİŞİ İŞ YERİNDƏ CANINA QIYDI
Bakıda çay evində intihar faktı qeydə alınıb.
Binəqədi rayon prokurorluğundan Trend-ə bildiriblər ki, 1960-cı il təvəllüdlü Bayram Vəli oğlu Muxtarov noyabrın 19-u saat 20:00 radələrində müqavilə əsasında işlədiyi "8-ci mikrorayon" ərazisindəki "Basfor" çay evində özünü iplə asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.