
29 YAŞLI GƏNC YÜKSƏKLİKDƏN YIXILDI
Bakıda tikintidə ölüm hadisəsi baş verib. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Padamdar qəsəbəsində qeydə alınıb. Tikintidə fəhlə işləyən, Bakı şəhər sakini, 29 yaşlı Pərviz İsmayılov yüksəklikdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.