
TÜRKİYƏLİ TƏLƏBƏ CANINA QIYDI
Türkiyə vətəndaşı Azərbaycanda intihar edib.
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, akademiyanın tələbəsi Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye özünü asıb.
Faktla bağlı araşdırma aparılır.