
ONU XİLAS ETMƏK OLUB
Bakının Suraxanı rayonunda gənc qız özünü öldürmək istəyib.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Əmircan qəsəbəsində yaşayan 20 yaşlı Ə.B. intihara cəhd edib.
Qız bir neçə qutu dərman içib. Dərhal hadisə yerinə həkim çağrılıb və qızın həyatı xilas edilib.