“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                 

"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
Tarix: 28-02-2013, 09:42 | Çap et
"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
"ƏVƏZİNDƏ ÖZÜMƏ KARYERA QURUM"

Tanınmış teleaparıcı Elnarə Təhməzovanın Milli.Az-a müsahibəsi.

- Rejissorluq fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, rejissor yox, məhz aparıcı oldunuz?

- Mən universitetdə oxuyarkən xalam məni Nərgiz Cəlilova ilə tanış etdi. O da mənə bu sahədə dəstək olacağını dedi. 2001-ci ildə “Space” telekanalında işə düzəldim. Bir müddət orada çalışdıqdan sonra “Lider” kanalının əməkdaşı oldum. Daha sonra dörd ay Türkiyənin “Kanal D” televiziyasında veriliş apardım. Bakıya qayıdandan sonra ANS telekanalından dəvət aldım və indiyə kimi də bu kanalın əməkdaşıyam. Mən əslində ixtisasım üzrə işləmək üçün televiziya kanallarına müraciət etmişdim, lakin məni aparıcılığa uyğun bildilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim.

- Bildiyimə görə, seriallardan təklif almısınız. Razılaşmamağınızın səbəbi nə olub?

- Mənə olunan təklifləri dəyərləndirəndə həmişə atamdan məsləhət alıram. O mənim serialda çəkilməyimə razı olmadı. Onun sözündən çıxmadım.

- Bəs əlavə gəlir yeriniz var?

- Əlavə gəlirim tədbirlərdən olur. Apardığım tədbirlərin müqabilində məni qane edən məbləğdə qonorar alıram. El şənliklərinə aparıcı kimi çox dəvət alıram, ancaq getmirəm.

- Sevdiyiniz insan olub?

- Bəli, olub. Sevgi hissi mənə tanış bir hissdir. Qısqanclıq da həmçinin.

- Bəs niyə həmin insanla ailə həyatı qurmadınız?

- Mənim fikrimcə, təkcə sevmək kifayət etmir. Xasiyyətimiz tutmadı. Ona görə də yollarımızı ayırdıq.

- Romantik insansınız?

- Çox romantikəm. Yağışı çox sevirəm. Hər dəfə yağış yağanda pəncərədən çölə baxmaq mənə xüsusi zövq verir. Düşüncələrə dala-dala aforizmlər yazıram. Qismət olsa, həmin aforizmləri bir kitab şəklində çap etdirəcəm.

- Axırıncı dəfə qapınızı nə vaxt elçi döyüb?

- Mənə elçi düşənlərin sayı çox olub. İndi də var. Elə bir ay bundan öncə qohumlarımızdan biri anamdan söz yollamışdı. Mən oğlanı tanımırdım. Lakin qətiyyətlə “yox” dedim. Heç onunla görüşüb söhbətləşməyə də razı olmadım. Nəinki ona, indiyə qədər mənim üçün gələn bütün elçilərə tərəddüd etmədən, qəti bir şəkildə “yox” sözünü demişəm.

- Bu yaşa qədər ailə qurmamağınızın səbəbi nədir?

- Ümumiyyətlə, hələ ki, ailə qurmaq barədə fikirləşmirəm. Əslində hər bir qızın ağlında geyinəcəyi gəlinlik libası, toy mərasimi və s. mövzularda öz fikri, öz xəyalları olur. Amma inanın ki, mən bu şeylər haqqında heç bir zaman düşünməmişəm. Təsəvvürümdə nəsə canlandırmamışam. Mən ərə getmək, ana olmaq xatirinə ailə qurmaq istəmirəm. İstəmərəm ki, ailə həyatım tez dağılsın. Bilirsiniz, efirdə olan insanlar üçün bu əməlli-başlı problem olur. Həyatdır, evlilik alınmayanda deyirlər ki, filankəs elə-belə ailə qurmuşdu, boşanacağı məlum idi və s. Buna görə də mən bu məsələdə tələsmirəm. Hər şeyin incəliklərinə gedib dərin-dərin fikirləşirəm. Götür-qoy edirəm. Yenə də deyirəm, həyatın işini bilmək olmur. Ola bilər ki, ailə qurum və çox xoşbəxt olum. Ola bilər ki, müəyyən müddətdən sonra ayrılım. Ola bilər ki, səhv həyat yoldaşımda olsun, yaxud da əksinə, mən səhv edim.

- Ola bilər ki, heç ailə qurmayasınız?

- Niyə olmur? Ola bilər ki, ailə qurmayım və yalnız özümə karyera qurum. Bu hal istisna deyil. Amma indidən heç nə deyə bilmərəm.

- Ailə quracağınız insan efirlərdən uzaqlaşmağınızı tələb etsə, yerinə yetirəcəksiniz?

- İşimi çox sevirəm. Amma gələcəkdə ailə qurduğum insan məndən bunu istəsə, efirə çıxmamağa hazıram. Onunla bu məsələdə razılaşaram. Ən uzağı, kadrarxası bir işlə məşğul olaram.

- İçinizdəki bütün hissləri asanlıqla dilinizə gətirməyi bacarırsınız?

- Çox rahat bacarıram. Demək istədiyim sözü yerində və vaxtında deyirəm. Heç vaxt ürəyimdə heç nəyi saxlamıram. Çəkinmədən, qorxmadan fikirlərimi ifadə edə bilirəm.

- Gününüzün çox hissəsini nə barədə düşünməklə keçirirsiniz?

- Yalnız və yalnız istirahət, bir də ki, alış-veriş etmək barədə.

- Hazırda çəkiniz nə qədərdir?

- İndi 56 kiloqramam. Yeməyimə fikir verməklə və idmanla məşğul olmaqla çəkimin bir o qədər də artmasına imkan vermirəm. Belə desək, özüm-özümü tənzimləyirəm.

- Sərtliyiniz var?

- Bəzən olur. O da yerinə və zamanına baxır.

- Sizi çox vaxt qısa paltarlarda görürük. Bu özünüzə diqqət çəkmək üçündür, yoxsa?

- Xeyr, kiminsə diqqətini çəkmək üçün belə geyinmirəm. Əgər belə olsa idi, hər gün makiyaj edib, bəzənib-düzənərdim. Qısa paltarlar geyindiyimə görə evdə də məni qınayırlar. Ancaq mən düşünürəm ki, belə geyim tərzi mənə yaraşır.

- Plastik əməliyyatdan istifadə etmisinizmi?

- Bəli, burnumu plastik əməliyyat etdirmişəm. Əslində buna bir əsas yox idi. Məndə kompleks yaratmırdı, görünüşü də normal idi. Sadəcə olaraq dəyişiklik üçün etdim. Öz pulum var idi. Lotereya oynamışdım. Evdə anama deyəndə əvvəlcə narazılığını bildirdi. Lakin onu birtəhər razı salıb əməliyyata girdim. Bundan başqa dodağıma gel vurdurmuşdum. Ancaq sonra götürtdüm.

- Bədəninizin hansı yerindən narazısınız?

- Heç bir yerindən narazı deyiləm. Amma istərdim ki, boyum bir qədər də hündür olsun. O zaman modellik edərdim. Çox istərdim ki, model olum.

- Saçınızın rəngini neçə dəfə dəyişmisiniz?

- Hər həftə dəyişirəm. Ona görə də sayını itirmişəm (gülür).

- Dualarınızda ən çox nə istəyirsiniz?

- Ən çox özümə səbir diləyirəm. Düşünürəm ki, səbrim çox olsa, gördüyüm işlərin nəticəsi də yaxşı olar. Bir də hamı kimi mən də xoşbəxt olmaq, evimin xanımı və gözəl ana olmaq istəyirəm.

- Ev işlərini yaxşı bacarırsınız?

- Evdə təmizlik işlərində aktivəm. Məsələn, yaxşı paltar ütüləməyim var. Amma ütüləyəndən sonra paltarları yerbəyer etmək mənlik deyil. Çünki ərinirəm (gülür). O ki qaldı yemək bişirməyə, bacarıram, amma mən evə gələndə xörək artıq hazır olur. Mənim hazırlamağıma ehtiyac olmur. Ən uzağı, səhərlər özümə yumurta bişirirəm, vəssalam.

- Keçmişinizi bir film kimi təsəvvür edin. Həmin filmə baxanda məhz hansı “kadr”ın üstündə dayanardınız?

- Hansı məqamlarda ki qətiyyətlə “yox” sözünü deyə bilməmişəm, bax həmin “kadr”lara təkrar-təkrar baxardım. Buraxdığım səhvlərə nəzər yetirərdim. Çox vaxt deyirlər ki, dünyaya bir daha gəlsəydim, filan səhvi bir də təkrar etməzdim. Ancaq məncə, insan etdiyi səhvlərin nəticəsində kamilləşir. Öz eyiblərini görə-görə özünü islah edir. Mənim də lazım olan məqamlarda “yox” sözünü qəti bir şəkildə deyə bilməməyim mənim səhvlər etməyimə gəlib çıxarıb. Bu mənim eyiblərimdən biridir.

- İçinizdə bir sıxıntı var sanki. Bu nə ilə əlaqədardır?

- Bəli, içimdə bir sıxıntı var. Amma özüm də bilmirəm niyə. Zamanla keçib gedər, inşallah.

- Sirlərinizi kimlərlə bölüşürsünüz?

- İnanın, elə sirrim olur ki, anama deyirəm, bacım bilir, elə sirr olur ki, bacıma demirəm, anam bilir (gülür). Ümumiyyətlə, mən istəmirəm ki, mənim problemlərimi, sirrimi ətrafımdakı insanlar bilsinlər. Mənim göz yaşlarımı görsünlər. Atam çox vaxt Azərbaycanda olmur. Avropa ölkələrində olur. Amma onu görən kimi içimdəki sözləri ona rahatlıqla deyə bilirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru