Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                 

75 YAŞLI “BOZ KARDİNAL”IN QÜRUB ANLARI
Tarix: 5-03-2013, 09:48 | Çap et
75 YAŞLI “BOZ KARDİNAL”IN QÜRUB ANLARI
BÜTÜN BAŞ VERƏNLƏR RAMİZ MEHDİYEVİN GEDİŞİNİ DİQTƏ ETMƏKDƏDİR

DİA.AZ: - Dünəndən etibarən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı cəmiyyətin böyük kəsiminin bilmədiyi faktları açıqlamağa start vermişik. DİA.AZ olaraq bu gün də həmin faktların ikinci bölümünü diqqətinizə təqdim edirik:

Heydər Əliyev nəyə görə Ramiz Mehdiyevi “vurmadı”?

Heydər Əliyev zamanında daha çox regional mafiya babası obrazında olan Ramiz Mehdiyev bəzi niyyətlərini gerçəkləşdirə bilsə də, bəzi arzularını nəinki həyata keçirə bilir, əksinə üzə çıxarmağa ehtiyat edirdi. Çünki heç nəyi unutmayan Heydər Əliyev Mehdiyevin də keçmiş xəyanətlərini yaddan çıxarmırdı. Və Mehdiyev üçün cızdığı sərhədi keçməyə ona imkan vermirdi. Tavət o vaxta qədər ki, Heydər Əliyevin səhhətində problemlər yarandı və bu da Ramiz Mehdiyevin xeyirinə işləməyə başladı.

Eyni zamanda 90-cı illərin sonunda Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıtması ilə müxalifətin dirçəlməsi və eyni zamanda Rəsul Quliyevin ADP-yə həmsədr keçməsi Ramiz Mehdiyev üçün manevr etmək və ekstremal vəziyyətlərdə intqiralardan doğan gedişlər həyata keçirməkdən ötrü münbit şərait yaratdı. Daha çox səhhətindəki problemlərlə məşğul olan Heydər Əliyev istəməsə də, məcbur qaldı ki, dövlət naminə Ramiz Mehdiyev üçün cızdığı sərhədləri bir qədər genişləndirsin. Ramiz Mehdiyev isə qarşıya qoyulan vəzifələri yerinə yetirməklə yanaşı özü üçün də lazım olan işləri görməyə başladı.

İfrat dərəcədə regionçu mafiya babası olan Ramiz Mehdiyevin qarşısındakı ən böyük maneə əlbəttə ki, hakimiyyətdə təmsil olan Qərbi Azərbaycanlılar və Yeni Azərbaycan Partiyasını yaradan – Əli İnsanov, Sirus Təbrizli, Rafael Allahverdiyev, Əli Nagıyev, Murtuz Ələsgərov və onlarla bu kimi insanlar idi. Qərbi Azərbaycanlılara pataloji nifrət edən və klassik YAP-çılara qısqanclıqla yanaşan Mehdiyev o qədər də çox olmayan zaman kəsiyində xeyli opponentini neytrallaşdıra bildi. Heydər Əliyev nə qədər səhhətində problemlər olsa da, balansı saxlamağa müvəffəq olurdu. Heydər Əliyev Ramiz Mehdiyevin tam sürətlə irəlilədiyini görürdü və onun xəyanətlərini də unutmamışdı. Sadəcə olaraq postəliyev dövrü və İlham Əliyevin hakimiyyətdə duruş gətirməsi üçün müəyyən mərhələdə Ramiz Mehdiyevin xidmətlərindən faydalanmaqdan başqa çarənin olmadığını da gözəl anlayırdı. Yəni Napaleon ücün Taleyran kim idisə Heydər Əliyev üçün də Ramiz Mehdiyev o idi.

Ramiz Mehdiyev siyasətə küçə qaydaları gətirdi

Və günlərin birində Heydər Əliyev dünyadan köçdü, Ramiz Mehdiyev üçün sözün əsl mənasında meydan açıldı. Artıq dost-düşməni müyyənləşdirmək anı yetişmişdi. Ölkənin isə dörd ən güclü oliqarxı – Ramiz Mehdiyev, Əli İnsanov, Kəmaləddin Heydərov və Fərhad Əliyev siyasi nüfuz uğrunda bir-birləri ilə ölüm-dirim savaşına çıxmışdılar. Son anda Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov birləşə bildi. Nəticədə, birincilər istəklərinə nail oldular. Ramiz Mehdiyev öz qarşısında ən böyük maneə olan Əli İnsanovu və müttəfiqi Ramil Usubovun düşməni saylan Əli İnsanovun qudası Məhərrəm Əliyevi sıradan çıxardı. Hakimiyyət daxilindəki böyük baryerlər aradan qaldırıldıqdan sonra Ramiz Mehdiyevin konsepsiyası əsasında ölkədə müxalifət məhvə məkum edildi.

Əgər Heydər Əliyev kimi nəhəng bir siyasətçi müxalifətin ayaqda qalmasına və onlardan çəkinməyib əksinə bundan faydalanaraq öz komandasını kompakt şəkildə birləşdirmək siyasətini tuturdusa, Ramiz Mehdiyev qorxaq yol seçdi. Sözsüz ki, Ramiz Mehdiyev Heydər Əliyev kimi güclü və xarizmatik fiqur deyildi, buna görə də müxalifətin bütün maliyyə imkanlarını sıxdı. Eyni zamanda siyasətə küçə qaydalırı gətirdi. Kimsə Heydər Əliyevin zamanında «Lider» telekalandıkı «Kuklalar» verlişi və ya Hafiz Hacıyevin cinsi azlıqlar ittihamları kimi qara piyardan istifadə etməyin şahidi olmamışdı. Ramiz Mehdiyev isə bütün bunlara getdi və ölkədə siyasi gündəmdə idarə olunan təkhakimiyyətliyə yiyələndi.

Digər tərəfdən müstəqil media orqanları kütləvi şəkildə sındırılaraq pulla ələ alındı. Məhz Ramiz Mehdiyevin bu uğursuz siyasi taktikası nəticəsində aktiv elektorat müxalifətə tərəf deyil, başqa qüvvələrə meyilləndi. Yəni müxalifətin boşalmış yerini dini sektalar tutdu. Başqa sözlə ölkədə təsirsiz müxalifət və ələbaxan mətbuat olduğundan məmurlar azğınlaşdı və bu günkü vəziyyət yarandı. Artıq ölkədə sözün əsl mənasında Leninin ortaya qoyduğu inqilabi prinsipərdən doğan vəziyyət yaşanır. Yəni aşağılar köhnə qayda ilə idarə olunmaq istəmir, yuxarılar isə yeni qayda ilə idarə edə bilmir. Bıçağın sümüyə dirəndiyini isə artıq ölkənin birinci şəxsi və onun sadiq tərəfdarları aydın şəkildə görməkdədirlər.

Ramız Mehdiyevi neytrallaşdırmaq mexanizmi necə həyata keçirilir?

Əslində, vəziyyətin Ramiz Mehdiyevin nəzarətindən çıxarılmasının və onun neytrallaşdırmağın vaxtının çatdığı barədə xeyli müddətdir ki, qənaət hasil olub. Lakin Ramiz Mehdiyev hakimiyyətin bütün təbəqələrinə elə şaxəli kök salıb ki, ondan can qurtarmaq xeyli müşkül məsələdir. Amma buna baxmayaraq Qərb və Azərbaycan dövləti Mehdiyevin yola salınmasında israrlıdır. Hələ xeyli müddət əvvəldən başlayaraq bu prosesə mərhələli şəkildə start verilib. Bu prosesin ilk işartısı Ramiz Mehdiyevin inhisarında olan ATV kanalının onun əlindən alınması ilə başladı. Bununla da Ramiz Mehdiyev və onun adamları olan Əli Həsənovla Nazim İbrahimovun səhmləri cəmləşdiyi telekanal əllərindən alındı.

Bir müddət sonra isə Ramiz Mehdiyevin Prezident Admistrasiyasındakı mütləqhakimiyətliyinə son qoyuldu. Daha dəqiqi admistrasiya rəhbərinə 4 müavin təyin edildi – Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev. Bu müavinlərdən Vahid Əliyevlə Novruz Məmmədov daxili siyasətə bağlı sahəyə aid adam olmadıqlarından sözsüz ki, digər iki təyinat - Zeynal Nağdəliyevlə Əli Əsədov daha qabarıq formada gözə girir.

Məsələ burasındadır ki, həm Əli Əsədov, həm də Zeynal Nağdəliyev Ramiz Mehdiyevə qarşı olan sırada yer alanlardandırlar. Bu isə o deməkdir ki, Ramiz Mehdiyevin siyasi və iqtisadi səlahiyyətləri bölüşdürüldü. Başqa maraqlı məqam isə bundan ibarətdir ki, birbaşa admistrasiyanın ictimai-siyasi məsələləri ilə məşğul olan və Ramiz Mehdiyevin bir nömrəli adamı sayılan Əli Həsənov ofsaytda saxlanıldı. Yəni Əli Həsənovla dünənə qədər bir dəhlizdə yeriyən digər şöbə müdirləri müavin statusu aldı, lakin ona etimad göstərilmədi. Bundan əlavə həmin təyinatlarla eyni gündə Ramiz Mehdiyevə müxalifət olan Məhərrəm Əliyev də admistrasiyaya vəzifəyə gətirildi. Bütün bunlar artıq Ramiz Mehdiyevə siyasi cəhətdən şillə vurmaq idi.

Rusiya Ermənistan hakimiyyətini necə qoruyursa, Ramiz Mehdiyevi də elə qoruyur

Bununla paralel olaraq Azərbaycanın «vikileksi» saylılan Elşad Abdullayevin videoları da meydan sulamaqdadır. Hədəf isə bəllidir. Ramiz Mehdiyev. Avropanın qucağında oturan Elşad Abdullayevin hər şeyi göz önünə alıb bunu özbaşına etdiyini düşünmək sözsüz ki, sadəlövlük olardı. Məhz bu səbəbdən də Rusiya prosesə seyrçi qalmadı və “milyarderlər ittifaqı”nı yaratmaqla öz oyununa başladı. Əslində milyarderlər ittifaqının yaranması və onun siyasi gedişləri ölkədə Rusiyameyilli siyasəti genişləndirməyə və qorumağa yönəlib. Bir qədər də açıq desək, rəsmi Moskva Ramiz Mehdiyevi qorumaq və öz maraqlarını həyata keçirmək üçün “milyarderlər ittifaqı” vasitəsi ilə Azərbaycan dövlətinin barmağını qapı arasında sıxmaq siyasəti həyata keçirir. Moskva tərəfindən Ramiz Mehdiyevin nədən qorunması təsadüfi deyil. Elə səbəblər var ki, onu dilə gətirmək düzgün deyil. Bir sözlə Rusiya Ermənistan hakimiyyətini necə qoruyursa Ramiz Mehdiyevi də elə qoruyur.

Ramiz Mehdiyevin əks hücumları

Öz növbəsində Ramiz Mehdiyev də fəaliyyətsiz dayanmır və siyasi proseslərə ciddi şəkildə müdaxilə edir. 12 yanvar əsgər ölümləri ilə bağlı aksiya, və İsmayıllı hadisələri də bunun bariz nümunəsidir. Hamıya gün kimi aydındır ki, heç bir qruplaşmaya qatılmayan və yalnız prezidentə tabe olan Səfər Əbiyevə, eyni zamanda Paşayevlərin adamı sayılan Füzuli Ələkbərova qarşı aparılan kampaniyanın arxasında dayanan məhz Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevin hər iki aksiyada kifayət qədər böyük maraqları vardı.

Əvvəla Mehdiyev bununla onu sıxışdıranlara mesaj verir ki, mən ölkəni bir-birinə qata bilərəm və ya aksiyaları yatırmaq üçün texnoloq yalnız və yalnız mənəm. Digər tərəfdən Mehdyev Elşad Abdullayevlə bağlı gündəmi dəyişmək üçün aranı qarışdırır. Nəhayət, boz kardinal onunla hesablaşmayanlardan qisas almaq istəyir. Sözsüz ki, bu gedişləri prezident də anlamamış deyil. Elə 12 yanvar aksiyasından sonra keçirdiyi müşavirədə ordunun fəaliyyətindən razı olduğunu nümayişkaranə şəkildə deməsi və aksiya təşkilatçılarını «antimilli ünsürlər» adlandırması gizli mətləbləri üzə cıxardı.

Ramiz Mehdiyev «epoxası» üzü aşağı istiqamət alıb

Bu yerdə prezidentin regionların sosial iqtisadi inkişafı ilə bağlı son məşhur müşavirədə etdiyi çıxışı və açıq jestini də vurğulamaq təsdiq edir ki, Ramiz Mehdiyev «epoxası» üzü aşağı istiqamət alıb. Təsəvvür edin prezident icra başçılarını yığaraq müşavirə keçirir və prezidentin icra aparatının rəhbəri həmin iclasda olmur. Digər tərəfdən nə həmin müşavirədə, nə də 12 yanvar aksiyasından sonra keçirilən müşavirədə Ramiz Mehdiyevin sağ qolu olan Əli Həsənovun iştirak etməməsi də altından qırmızı xətlə çəkilməli olan bir məsələdir. Ələxsus prezident son müşavirədə məşhur irad və tənqidlərindən sonra bir cümləni xüsusi vurğu ilə bildirir. «Sizi işə mən təyin etmişəm, mən də çıxaracam». Bu isə artıq o deməkdir ki, sizi vəzifəyə Ramiz Mehdiyev deyil, mən təyin etmişəm və mənə işləməlisiniz, artiq onun dövrü bitib.

Son

Göründüyü kimi 75 yaşlı ən böyük partokrat siyasi kariyerasının sonuna dirənib. Bəlli olan odur ki, Ramiz Mehdiyev üzüsulu getməyi tərciyə etmədi və opponentlərini onu sıradan çıxarmaq üçün əziyyətə saldı. Belə vəziyyətdə isə Ramiz Mehdiyev ya gedəcək, ya da gedəcək. Guya o olmayacağı təqdirdə ölkəni idarə etmək va ya hakimiyyəti saxlamaq mümkün olmayacagı barədə yaradılmış süni fona baxmayaraq. Bir də ki, Heydər Əliyev kimi nəhəng getdi, məgər dövlət ayaqda qalmadı?! Axı Ramiz Mehdiyev Heydər Əliyevdən böyük fiqur deyil. Heydər Əliyev birinci olmaq ücün yaradılmışdı. Ramiz Mehdiyev ikinci yerində olub birincilik etməyə calışmaq ücün. Onların arasındakı ən böyük fərq ondan ibarətdir ki, Allahın verdiyi qabiliyyətlərə görə Heydər Əliyevi hakimiyyətdən yalnız ölüm ala bilərdi, Ramiz Mehdiyevi isə sag ikən göndərmək mümkündür. Buna tələsmək lazımdır. O qaldıqca vurdugu ziyanlar daha dərin yaralar aca bilər. Moskvanın da istəyi budur.

Nurulla ƏSƏDULLAYEV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru