
SƏRNİŞİNLƏRƏ ERMƏNİ QƏZETİ TƏQDİM OLUNUR
Türkiyənin aviaşirkətlərindən olan “Türk Hava Yolları” (THY) erməni qəzeti olan “Agos”u sərnişinlərinə pulsuz paylamağa başlayıb. Məlumata görə, İstanbul “Atatürk” hava limanı Beynəlxalq uçuşlar terminalındakı pulsuz qəzet stendinə “Agos” da qoyulub. THY - “Agos” əməkdaşlığının beynəlxalq uçuşları da əhatə edə biləcəyi qeyd edilib.
Xatırladaq ki, 2007-ci ildə öldürülən erməni jurnalist Hrant Dinkin təsis etdiyi “Agos” qəzeti Türkiyədə yaşayan etnik ermənilərin mətbu orqanıdır.