Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

"ÖZÜMÜ ELÇİBƏYİN OĞLU KİMİ TƏQDİM ETMƏYƏ ÇƏKİNMİŞƏM"
Tarix: 6-04-2013, 13:12 | Çap et
"ÖZÜMÜ ELÇİBƏYİN OĞLU KİMİ TƏQDİM ETMƏYƏ ÇƏKİNMİŞƏM"
DİA.AZ Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin APA-ya müsahibəsini təqdim edir...

- Ərturqut, nə işlə məşğulsan?

- Bir işim yoxdur.

- Niyə?

- Əslində işimin olmasını istəyirəm və şəxsi biznesimi qurmaq fikrim var. Amma indiyə qədər işlə bağlı kiməsə müraciət etməmişəm. Allahın köməyi ilə bu məsələ də öz həllini tapar.

- Niyə məhz bizneslə məşğul olmaq istəyirsən?

- Rahat işləyə biləcəyim sahə ticarətdir. Hərdən bəzi adamların “Ərturqut mənə müraciət etsə, tapşıraram, onu işlə təmin edərlər” dediyini eşidirəm. İndiyə qədər mən bunu istəməmişəm. Çünki özümü anlayandan çalışmışam ki, öz adımdan danışım, hər getdiyim yerdə Əbülfəz Elçibəyin oğlu olduğumun bilinməsinə, onun adından istifadə etməyə qarşıyam. O adamların müraciəti atamın qohumu, dostu olduqları üçün dinlənilib baxılacaq. Məncə, Elçibəyin adından müraciət etməyə, onun adı ilə danışmağa, xahiş eləməyə ən çox haqqı çatan adam mənəm. Xahiş eləmək lazım olsa, Elçibəyin oğlu kimi bunu özüm eləyərəm. Sadəcə, işlə bağlı belə bir xahişim olmayıb.

- Amma bir fakt da var ki, ailəsindən başqa Əbülfəz Elçibəyə cismən və mənən yaxın olan bir çoxları bu addan istifadə edib və edir...

- Bunu bilirəm.

- Bu fakt sənə necə təsir edir?

- Yaxşı təsir etmir. Hətta deyərdim ki, bəzən pis təsir edir. Düzü, kiminsə atamın adından istifadə etməsini istəmirəm. Yaxşı olar ki, öz adlarından danışsınlar. Məncə, oğlu da daxil olmaqla, bütün yaxınları öz adlarından istifadə etsələr, daha yaxşı olar.

- Varis olaraq Elçibəyin adından, bu adın verdiyi imtiyazlardan istifadə etmək haqqı səndədir axı...

- Yox, mən belə düşünmürəm. Hətta özüm də atamın adından istifadə edib pul qazanmaq istəmirəm.

- İş üçün hansısa dövlət qurumuna rəsmi müraciət etmisən?

- Xeyr.

- Bəs Türkiyədə işlə bağlı cəhdin olub?

- Türkiyəyə işləmək üçün getməmişdim. Ali təhsilimi davam etdirmək, magistraturaya qəbul olmaq niyyətim var idi. Sadəcə, müvəqqəti qeydiyyat müddətim bitdi və geri qayıtmalı oldum.

- Siyasətlə məşğul olmaq niyyətin varmı?

- Belə bir istəyim olmayıb. Ailə tərəfindən də heç bir məhdudiyyətlə qarşılaşmıram. Uşaq vaxtı atama bir sual verdim. Soruşdum ki, ata, siyasət nə olan şeydir? Bir sözü oldu ki, çalış, siyasətlə məşğul olma. Bu məsələdə atamın məsləhəti ilə yaşayıram. Hərənin öz fikri və amalı var. Mənim də öz həyatım var, bu həyatı yaşamaq istəyirəm. Atam zabit olmağımı istəyirdi, bunu özüm də istəyirdim. Amma səhhətim imkan vermədi, gözümdə müəyyən problemlər var. Sıradan biri kimi sadə insan həyatı yaşamaq istəyirəm. Bu da mənim seçimimdi.

- Ali təhsilini harada aldın?

- Bakıda Kooperasiya Universitetində təhsil aldım. Türkiyəyə isə təhsilimi davam etdirmək üçün getmişdim.

- Hərbi xidmətini harada keçirmisən?

- Gəncə şəhərində yerləşən hərbi hissələrin birində.

- Əsgər yoldaşların sənin Elçibəyin oğlu olduğunu bildirdilər?

- Hərbi xidmətdə olduğum vaxt Bakıda atamın doğum günü keçirilirdi. Bu zamana qədər əsgər yoldaşlarımdan heç kim bilmirdi. Yəni 11 ay kimsəyə deməmişdim. Doğum günündə ANS telekanalına müsahibə verdim, bundan sonra mənim Elçibəyin oğlu olduğumu bildilər.

- Maraqlıdır, 11 ay ölkə prezidenti olmuş bir şəxsin oğlu olduğunu necə saxlaya bildin?

- İnanın, bu yaşıma qədər Elçibəyin oğlu kimi özümü təqdim etməkdən çəkinmişəm və deməmişəm. Tanışlarımın bir çoxu da məni Ərturqut kimi tanıyır. Bəlkə də bu, kimin övladı olduğumu daha yaxşı dərk elədiyim üçündür.

- Bu gün də sənin Elçibəyin oğlu olduğunu bilməyən dostların var?

- Əlbəttə, var.

- Bəs bu müsahibədən sonra səni tanıyıb zəng etsələr, nə olacaq? Onlara nə deyəcəksən?

- Məncə, fərqi yoxdur. Mən həmin adamam. Dostlarım xarakterimi bilirlər.

- Əsgərlikdə olduğun dövrdə hərbi hissə komandirləri də sənin kimin övladı olduğunu bilmirdilər?

- Bilirdilər.

- Münasibətləri necə idi?

- Normal. Pənah Hüseynin oğlu Vaqif həmin vaxt mən olduğum hərbi hissədə xidmət edirdi. Mənim bölük komandirim idi.

- Səninlə necə davranırdı?

- Mülki həyatda necə olur, o cür də münasibətimiz var idi. Açığı, əsgərliyə qədər onu tanımamışam. Sakit təbiətli insandır. Atası kimi...

- Pənah Hüseyn sakit təbiətlidir?

- Mən siyasi mübahisələr zamanı yox, adi münasibətlər kontekstində Pənah bəyin davranışını nəzərdə tuturam.

- Kiminlə və harda yaşayırsan?

- Atamın evində, anamla...

- Yəqin söhbətləriniz çox olur?

- Yox.

- Niyə?

- Uzun-uzadı ediləsi söhbətimiz az olur.

- Ananızın atanızla bağlı söhbətləri olurmu?

- Olur, amma çox yox.

- Əbülfəz Elçibəyin vəfatından sonra bir neçə dəfə bacınız Çilənay xanım ailə adından danışdı. Sonradan Çilənay xanım da bu məsələdən çəkildi. Niyə həmişə sizin ailənin adından varis olmayanlar danışır? Bunu necə qəbul edirsən?

- Əvvəllər yaşım az idi və bu təbii görünə bilərdi. İndi 26 yaşım var. Artıq həm özümün, həm də ailəmin adından danışa bilərəm. Böyüklərimizə hörmət edirəm. Amma yaxın qohumlarımın belə Elçibəy ailəsinin adından danışmalarını istəmirəm. Mən burdayam, ailəm adından danışmaq haqqı mənə məxsusdur. Kimin nə sualı və ya sözü varsa, mənimlə əlaqə saxlaya bilər.

- Yəqin ki, Elçibəyin vəfatı ilə bağlı cinayət işindən xəbərdarsan. Hafiz Hacıyevi, Adil Minbaşını tanıyırsan?

- Xeyr. Ancaq mətbuatda şəkillərini görmüşəm.

- Elçibəyin vəfatından sonra evinizə gəlib-gediblərmi?

- Bilmirəm. Məlumatım olmayıb.

- Amma onlar atanızla yaxın dost olduqlarını və ən çətin günlərində yanında olduğunu söyləyirlər...

- Açığı, görməmişəm və söhbətimiz də olmayıb.

- Bəs atanın zəhərlənməsi ilə bağlı cinayət işinin başlanmasına necə baxırsan?

- Hesab edirəm ki, bu məsələnin 13 il sonra araşdırılmasına ehtiyac yoxdur. Bu məsələ vəfatı zamanı araşdırılmalı, təhqiqat aparılmalı idi. O zaman buna aydınlıq gətirilsəydi, yaxşı olardı. Amma indi istəmirəm, çünki mənasızdır.

- Atanın zəhərlənməsi ilə bağlı fakt olsa belə, doğrudanmı üzə çıxmasını istəmirsən?

- Məncə, 13 il sonra lazım deyil.

- Deməli, məsələyə olan-olub kimi yanaşaq?

- Sadəcə, bu qədər vaxt sonra nəsə olubsa belə, bunun kimin tərəfindən edildiyinin üzə çıxarılması mümkün deyil. Ona görə deyirəm ki, ehtiyac yoxdur.

- Yəni əgər bu baş veribsə, həmin adamın aşkarlanıb cəzalandırılması kimi istəyin yoxdur?

- Bunu etmək lazım idisə, vaxtında edilməli idi.

- Zəhərlənmə məsələsi ilə bağlı mətbuatda əminiz Almurad bəyin fikirləri tez-tez yer alır. Bu haqda söhbətin olubmu onunla?

- İki ildir əmimi görmürəm.

- Atanın səhhətində problem yarandığı vaxtları xatırlayırsanmı və özü ilə söhbətlərin yadındadırmı? Yəni yanında nə isə deyirdimi?

- Elə bir söz deməyib. Vəfat etməmişdən bir ay əvvələ qədər gördüm. Türkiyəyə getdikdən sonra görüşə bilmədik.

- Elçibəy vəfat edəndə neçə yaşın var idi?

- 13.

- Elçibəyin vəfatından sonra evinizə kimlər gəlib gedirdi?

- Atamın köhnə dostları.

- Məsələn...

- Abbas Musayev, Həsən Basqal və başqa 3-4 tanıdığım şəxslər.

- Siyasətçi kimi tanınmışlardan kimlər ailəyə davamlı baş çəkdilər?

- Novella Cəfəroğlu və arada bir, bayramlarda partiyadaşlarından gələnlər olub. Bəziləri bir neçə il gəlib-gediblər, ailəyə baş çəkiblər.

- “Eks-prezidentlərin statusu haqqında” Konstitusiya Qanunundan istifadə edirsinizmi?

- Qanundan istifadə edirik deyəndə ki, bu qanundan bizə şamil olunan hissə yalnız anama verilən pensiya və diplomatik pasportdur. Anam eks-prezidentin xanımı kimi təqaüd alır, pasport üçün də müraciət etmişik, veriləcək. Sadəcə, hələlik, dövlətin bu cibindən pulu alıb, o biri cibinə veririk. Pulların böyük hissəsi 13 ilin yığılıb qalmış kommunal borclarının ödənilməsinə, özümüzün illərdir ertələdiyimiz tibbi və digər problemlərin həllinə sərf olunur.

- Hansı evin kommunal xərclərindən söhbət gedir?

- Bakının Rəsulzadə qəsəbəsindəki evimizin xərcləri barədə danışıram.

- Nə qədər kommunal borcunuz var ki?

- 4-5 min manat olardı, indi bir az azalıb.

- Mətbuatdan bəllidir ki, atandan sonrakı illər ərzində ailəniz müxtəlif sosial çətinliklərlə qarşılaşdı. Amma heç səsiniz çıxmadı...

- Çıxmalıydı ki?

- Məsələn, sosial və kommunal problemlərlə bağlı etiraz edə bilərdiniz...

- Yəqin xarakterimizə uyğun deyil. Məsələn, hazırda evimizə qaz gəlmir. Bayır evdən istidir. Qaza görə 1600 manat borcumuz var və anam da Türkiyədədir. Gələndən sonra smart-kartı almaq üçün müraciət edəcək. Amma kartı almaq üçün də borcun ən azı yarısı ödənilməlidir.

- Belə hadisələr sənə pis təsir eləmir?

- Elçibəy prezident olduqdan sonra yaşadığı evi görmüsünüz? Bunu görənlər bilərlər ki, mən nə fikirləşirəm. Qanuna əsasən, anam sabiq prezidentin xanımı kimi ayda 3750 manat təqaüd alır. Yəni həyatda olan sabiq prezident fəaliyyətdə olan prezidentin maaşının 50%-i qədər – 7500 manat, biz isə bu məbləğin yarısını alırıq. Üstəlik, bizim ailəyə avtomobil və mühafizə də ayrılmayıb. Açığı, mühafizə ayrılsa da, imtina etmək fikrimiz vardı, ehtiyac görmürdük.

- Maşının necə, varmı?

- Şəxsi maşınım yoxdur. Amma atamın avtomobili qarajdadır.

- Sürürsən hərdən?

- Xeyr, çünki sürücülük vəsiqəm yoxdur.

- Olsa, sürərsən?

- Sürərəm, amma o maşının həm də müəyyən xatirəsi var axı. Ona görə də hara gəldi, ondan istifadə eləmək olmaz, öz maşınım olsa, daha yaxşı olar. Çünki ailəyə maşın lazım olur.

- Dost əhatən kimlərdir?

- Məhəllədən, məktəbdən, universitetdən və əsgərlikdən tanıdığım insanlar. Onlarla daim əlaqə saxlayırıq.

- Evlənmək niyyətin varmı?

- Bu məsələyə hələ var.

- Nə qədər var? Atanın rekordunu təzələmək niyyətindəsən?

- Yox, o qədər də yox. Hələ bir-iki il var.

- Mütaliə ilə aran necədir?

- Yaxşıdır. Hazırda bir türk yazarının “İsrailin şifrəsi” adlı əsərinin yeni çap olunmuş hissəsini oxuyuram.

- Bəs deyirdin siyasət marağımda deyil?

- Siyasətlə məşğul olmaq niyyəti ilə deyil, sadəcə, maraq kəsb etdiyindən bu kitabı oxuyuram.

- Yeri gəlmişkən, Elçibəy haqqında yazılan bütün kitabları oxumusan?

- Xeyr, hamısını oxuya bilməmişəm. “Elçi düşüncələri”ni və bir də atamın müəllifi olduğu “Bütöv Azərbaycan Yolunda” kitabını oxumuşam.

- Kələkiyə gedirsiniz?

- Üç gün olar Kələkidən gəlmişəm.

- Sənin üçün ora rahatdır, yoxsa Bakı?

- Kələki.

- Niyə?

- Orda hamı doğmadır, uşaqlıq dostlarım var. Mənim üçün Kələki daha rahat gəlir.

- Getdin Kələkiyə, nə edirsən?

- Heç nə. Kim dəvət etsə, həyətyanı işlərində kömək edirəm. Adı kənd uşaqları kimi... Hamı ilə münasibətim yaxşıdır.

- Dostlarının arasında tanınmışların övladlarından varmı?

- Xeyr. Təbii ki, dostlarım da mənim kimi olmalıdır. Sadə...

- Özünü sadə insan hesab edirsən?

- Bəli.

- Amma sən müstəqil Azərbaycanın üç keçmiş prezidentindən birinin oğlusan. Sənin cəmiyyətdə tutduğun sosial mövqe özü-özlüyündə sadə deyil axı...

- Qətiyyən belə düşünmürəm. Məni şəhərdə yaxın ətrafımdan başqa heç kim tanımır.

- Bu yaxşı haldır?

- Tanınmağımı istəmirəm. Belə daha yaxşı və rahatdır.

- Sosial şəbəkələrdən istifadə edirsən?

- Bəli, “Facebook” şəbəkəsinə hərdən daxil oluram. Amma aktiv iştirak etmirəm.

- Sənin kim olduğunu bilməyən bir şəxsin Elçibəylə bağlı dediyi kəskin fikrə reaksiyan necə olub?

- Başa salınıb və məsələ keçib gedib. Yeri gəlmişkən, o gün avtobusda bir ortayaşlı kişi söhbət əsnasında dedi ki, Elçibəyin oğlu mənim qucağımda böyüyüb.

- Bəs sən nə dedin?

- Heç nə. Baxdım, tanımadım. Heç nə demədim və düşüb getdim.

- Atanı yuxuda görürsən?

- Bir neçə dəfə olub, amma yadımda qalmır. Son iki ilə yaxındır, ümumiyyətlə, yuxu görmürəm.

- Atanın məzarını tez-tez ziyarət edirsən?

- Bəli, vaxtlı-vaxtında ziyarət edirəm. Bayram günlərində, doğum və ölüm günlərində, 28 mayda Bakıdayamsa, mütləq Fəxri Xiyabana gedirəm.

- Amma Elçibəylə bağlı xüsusi günlərdə məzarı qarşısında keçirilən tədbirlərdə görünmürsən...

- Buna ehtiyac yoxdur. Həmin günlərdə səhər saatlarında gedirəm. Çalışıram ki, tez gedim, hamı gələnə qədər mən qayıdım, belə tədbirlərə qatılmaq istəmirəm.

- Niyə?

- Dedim axı, siyasət mənlik deyil.

- Hansısa dövlət qurumunda özünü Elçibəyin oğlu kimi təqdim edib bir iş görmüsənmi?

- Bəli. Amma bu da diplomatik pasport almaqla bağlı olub. Qanun qəbul olunandan sonra müraciət etmişəm, lakin hələ gedib almamışam.

- Ananız necə, Elçibəyin həyat yoldaşı olması imkanından yararlanıbmı?

- Bir dəfə Türkiyəyə səfər edəndə Atatürkün məzarını ziyarət edən zaman özünü təqdim edib. Ona da orda protokol tətbiq olunub. Yəni zabitlərin müşayiəti ilə Anıt Kabri ziyarət edib.

- Elə bil hamıdan küsmüsən…

- Yox, elə deyil. Problemlərdən çox danışmağı xoşlamıram sadəcə. Özüm problemləri həll etməyə, çıxış yolu tapmağa çalışıram.

- Hansı problemləri?

- Normal məişət qayğılarıdır. Məsələn, atamın müxtəlif vaxtlarda yaşadığı evlərdəki və AXCP-nin “Xaqani-33” ünvanında yerləşmiş köhnə qərargahındakı bütün şəxsi əşyaları, kitabları və əlyazmaları hazırda yaşadığımız evdə toplanıb. Yer çatışmazlığından onları üst-üstə yığmışıq. Bir az da bu vəziyyətdə qalsalar, o sənədlərin hamısı məhv olacaq. Halbuki bunlar tarixi sənədlərdir. Belə demək mümkünsə, biz faktiki olaraq indi Əbülfəz Elçibəyin ev muzeyində yaşayırıq. Kələkidəki evin də eyni problemləri var. Mərdəkandakı bağ isə, ümumiyyətlə, yaşamalı vəziyyətdə deyil. Yəni bu cür problemlər var. Yavaş-yavaş hamısının həlli ilə məşğul olacağam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru