"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                 

MİRŞAHİNDƏN RÜSTƏM İBRAHİMBƏYOVA AĞIR SÖZLƏR
Tarix: 8-04-2013, 09:21 | Çap et
MİRŞAHİNDƏN RÜSTƏM İBRAHİMBƏYOVA AĞIR SÖZLƏR
DİA.AZ: - Dünən ANS-in tanınmış siması Mirşahin Ağayev Rüstəm İbrahimbəyovun Qarabağ münqaişəsilə bağlı sərsəm ifadələrinə kəskin reaksiyası ilə diqqətə gəldi. DİA.AZ olaraq həmin reaksiyanı "anspress" portalına istinadən diqqətinizə təqdim edirik:

"O balaca adam deyil. O sadəcə sıradan bir qələm sahibi deyil. O MDB, Gürcüstan, Latviya , Litva və Estoniyav kinomatoqraf İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Kinomatoqrafları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinomatoqrafik Elm və İncəsənət Akademiyasının üzvü, 40-dan artıq bədii və televiziya filmi ssenarisinin müəllifi Rüstəm İbrahimbəyovun özüdür. Onunla polemikadan sadə azərbaycanlının nəinki qalib çıxması, hətta ümumiyyətlə polemikaya girməsi çox çətin görünür. Ona görə yox ki, o həmişə haqlıdır. Bəlkə daha çox o səbəbdən ki, Rüstəm İbrahimbəyovun nüfuzu onun hətta doğru olmayan mülahizələrinə belə mötəbər forma verir. Yəni Rüstəm İbrahimbəyov hətta ağa qara desə belə, onun Azərbaycandakı opponentləri ağın ağ olduğunu beynəlxalq aləmdə sübut edərkən böyük çətinliklərlə üzləşirlər. Rüstəm İbrahimbəyovun Rusiyanın “Rosbalt” saytına verdiyi son müsahibə Azərbaycanda kinodramaturq üçün yeni irad və ittihamlar dalğası yaradıb. Hiss olunur ki, bu müsahibə şifahi aparılmayıb və dərhal nəzərə çarpır ki, suallar və cavablar üzərində ciddi işlənib. Bu, Rüstəmin sırf konyukturaya hesablanmış səthi, ənənvi diktafon intervülərindən ciddi fərqlənir. Akademik ağırlıqlar, intellekt paradı, masştablı mülahizələr, ümumiləşdirmələrlə zəngin və konkret hədəfə hesablanaraq verilmiş müsahibədən görkəmli Rusiya-Sovet ziyalısı boylanır.

Məhz Rusiya-Sovet ziyalısı. Mən bununla dramaturqu qətiyyən aşağılmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, Rüstəm müəllimin müsahibəsində öz vətənini tərk etmiş SSRİ qaçqınını, öz ana yurdu üçün darıxmış ziyalı didərgini görməmək mümkün deyil. Sovet İttifaqının qeyri-təbii yolla dağıldığını təəssüfdolu xiffətlə qeyd edən yazıçının bu hisslərinin səmimiyyətini şübhə altına almıram. Ola bilsin ki, kinodramaturq doğrudan da Böyük Sovet İttifaqısız qaldığını ağır keçirir. Bir az əvvəl sadaladığım nüfuz rütbələrini ona vermiş dövlət şübhəsiz ki ona çox əzizdir. Və elə buna görə də İbrahimbəyovun Qarabağın kimə məxsusluğu barədə tərəddüdlü mövqeyi anlaşılandır. Vahid dövlətdə ərazi iddialarını öz xeyrinə həll etməyin yalnız arzu edilmək həddində olduğu barədə düşünmək də onun bir sovet ziyalısı olaraq haqqıdır. Elə ədalətin bütün başqa mənəvi dəyərlərdən uca tutulmasını düşünmək də. Təbii ki, bu düşüncələr müstəqil Azərbayacan reallığından çox təhlükəli görünür. Amma hər kəsin öz vətəni var və İbrahimbəyov da öz vətənini qoruyur. Buna baxmayaraq, bəzi detallar da var ki, onlar indiki halında yumşaq desək, təhrifə uğrayır. Məsələn Rüstəm müəllimin xatırladığı vahid dövlətdə Ermənistanın Qarabağa olan ərazi iddiları arzular səviyyəsində proses deyildi. Qarabağ davası elə SSRİ vaxtında İbrahimbəyovun təbirincə desək, bizim vahid dövlətdə yaşadığımız zamanda başlamışdı. Mixail Qorbaçovun hər iki respublikanın xalqına sovet rəhbəri kimi etdiyi müraciətlərin stenoqramını çıxarmaq üçün istənilən kitabxanaya baş çəkmək olar. Elə Bakıda və İrəvanda ilk mitinqlərdə Ermənistan və Azərbaycan ədaləti vahid dövlətin rəhbərindən - SSRİ-nin başçısından gözləyirdi. İlk qurbanları da Azərbaycan elə məhz Sovet İttifaqının tərkib hissəsi olaraq vermişdi. Problemi həll etmək üçün Moskvanın yaratdığı Volski “Triumvirat”ı, Polyaniçkonun “Orqkomitet”i də Kremlin ideyası idi. Elə Rüstəm müəllim üçün nadir olan məntiqi sapma da bunu sübut edir. O özü etiraf edir ki, SSRİ-nin dağılmasına əsas təkanlardan biri Qarabağ hadisələri oldu. Bununla da yazıçı etiraf edir ki, Qarabağ problemi elə Sovet İttifaqının mirasıdır. O zaman Rüstəm müəllimin qapıldığı isti sovet nostalgiyası, vahid sovet dövlətinə olan səmimi oktyabryat etibarı öz əhəmiyyətini itirir.

Amma ən qəribəsi də budur ki, Rüstəm İbrahimbəyov bütün hallarda, hətta tam kapitulyasiya vəziyyətində belə məğlub kimi görünmür. Fərqi yoxdur qaralarla başlasın, ya da ağlarla. Bu məğlubolunmalığın səbəbini anlamaq çətin deyil.

Rüstəm İbrahimbəyov tanınma radiusunun, nüfuzunun ona verdiyi təbii və süni üstünlüklər hesabına uduzmur. Daha doğrusu, ona məğlubiyyət verilmir. Baxmayaraq ki, qarşı tərəfin, yəni Azərbaycanın BMT tərəfindən tanınmış ərazi bütövlüyü, Qarabağın əslində kimə məxsus olduğunu sübut edən etibarlı tarixi məxəzlər və nəhayət, ortada bu boyda Şəhidlər Xiyabanı var. Onda niyə Bakı təbliğatının uğurları yalnız öz meydançasını, öz dəstək qrupunu - Azərbaycanın içində yaşayanları əhatə edir. Əlbəttə, dövlət öz ideoloji xəttini qurmaqda sərbəstdir, bu işlə peşəkarlar məşğul olur. Amma, axı bu da göz qabağındadır ki, Azərbaycan son zamanlar ölkədən kənarda imicinə vurulan zərbələrə nədənsə ölkəda xilində cavab verməklə kifayətlənir, öz həqiqətlərini Allah bilir neçənci dəfə elə özünkülərə, bizim iç azərbaycanlılarımıza inandırmağa çalışır. İstər Əkrəm Əylislinin “Daş Yuxular” romanı, istərsə də Rüstəm İbrahimbəyovun müsahibələrində səslənən sarsıdıcı fikirlərə dərc olunmuş dildə və dərc edilən məkanda cavab verilmir. Əlbəttə mən bu bənzətmə ilə Azərbaycana sədaqət nümunəsi göstərmək fürsətindən bacardığı kimi istifadə edən məhəlli-muxtar ekspertlərin səmimiyyətini şübhə altına almıram. Amma onu da qeyd etmək istəyirəm ki, məsələn son müsahibəyə cavab vermək lazım idisə, Rüstəm İbrahimbəyovun qarşısına ən azı Anar boyda ziyalı ən azı Moskvada və ən azı “Rosbalt”da çıxmalı idi. Özü də plakat janrında deyil, fakt və arqumenlərlə. Qızğın hisslərlə yox, soyuq məntiqlə. Çünki bu gün dünyada əsas məsələ kimin doğru və ya yalan danışmasında deyil, doğrunu və ya yalanı kimin danışmasındadır. Çünki bəzən doğru olmayanı deyən kəsin nüfuzu doğru deyənin nüfuzunu tərksilah etdiyinə görə qarşı tərəfin həqiqəti inandırmır. Rüstəm İbrahimbəyov isə bizi də, bizim bu cənub şəhərimizi də və təbii ki, bu şəhərin sakinlərini də çoxumuzdan yaxşı tanıyır."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru