
5 GÜNDÜR ONDAN XƏBƏR YOXDUR
Gəncədə 19 yaşlı qız beş gündür yoxa çıxıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 46 yaşlı Pərvanə Hüseynov polisə müraciət edərək, qızı, 1994-cü il təvəllüdlü İlahə Hüseynova aprelin 15-də evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.