
PİLLƏKANDAN YIXILANLAR ÖLDÜ
Lənkəranda bir gündə ölümlə nəticələnən iki bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hər iki hadisə eyni motivdə baş verib.
Belə ki, Türkəkəran kənd sakini, 1958-ci il təvəllüdlü Telman Bağırov evin pilləkanından yerə yıxılıb. O, aldığı xəsarətdən ölüb.
Başqa bədbəxt hadisə isə Xarxatan kəndində baş verib. 2001-ci il təvəllüdlü Tacir Hüseynov da evin pilləkəndə yıxılıb. 2 yaşlı uşaq da aldığı xəsarətdən dünyasını dəyişib.