Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                 

RƏSUL QULİYEVİN SİFARİŞLİ QƏHRƏMANLIĞI
Tarix: 8-12-2011, 11:46 | Çap et
RƏSUL QULİYEVİN SİFARİŞLİ QƏHRƏMANLIĞI

EKS-SPİKER HAKİMİYYƏTDAXİLİ RAZBORKALARDA İSTİFADƏ OLUNUR

DİA.AZ: - Ötən ilin əvvəlindən ərəb ölkələrində vüsət almış inqilab ab-havasının Azərbaycanın sərhədlərinə yaxınlaşması hakimiyyət nümayəndələrinin yuxusunu qaçırdığı kimi, bəzi uğursuz siyasətçiləri də rahatsız etməkdədir. Əslində, bu da təbiidir və yaranmış siyasi fürsətdən hər kəs dividentlər götürmək və itmiş nüfuzunu bərpa etməklə mümkün dəyişikliklərdən pay qoparmaq istəyir. Eks-spiker, ADP-nin keçmiş sədri, bir zamanların populyar siyasətçisi olan Rəsul Quliyev kimi...

Rəsul Quliyev taleyin ona bəxş etdiyi və bu zalım dünyada hər kəsə yalnız bir dəfə verilən tarixi şansı lazımınca dəyərləndirə bilmədiyindən 2005-ci ilin mənhus 17 oktyabr rüsvayçılığından keçən 6 ildə siyasi qürubunun ən acınacaqlı epizodlarını yaşamağa məhkum oldu. Bəli, o gələ və gəlişiylə Azərbaycanı bu zalım idarəçiliyin qanlı-neftli caynağından xilas edə, həyata keçirməyə çalışdığı siyasi iddialarının olimpinə qovuşa bilərdi. Həmin tarixi şəraitin bəlli şərtlərini də hamımız birlikdə yaşamış və dəyərləndirmişik. Əgər o, canını dişinə tutaraq Bakıdan onu «gəlsən səni öldürəcəklər» təhdidlərinə əhəmiyyət verməsəydi və məhz həmin gün Azərbaycana gəlsəydi, ən azından bu gün həbsdə və ya azadlıqda olmasından asılı olmayaraq ölkənin bir nömrəli müxalifət lideri və dünyaca məhşur bir siyasətçi idi. Əcəba, Rəsul Quliyev bunu istəmirdimi, yoxsa hazırca kökə sevdasındaydı?

Bu gün Rəsul Quliyev bəlli səbəblərdən yenidən fəallaşıb və vaxtilə bircə yanlış addımla itirdiyi siyasi imicini yenidən körükləmək üçün hərəkətə keçib. Onun bu günlərdə xeyli fəallaşması və yaratdığı, yaxud onun üçün yaradılan bloqunda hakimiyyətlə ultimatum dilində danışmasının ardından Müqavimət Hərəkatı yaratdığını bəyan edərək, yenidən aktiv siyasətə baş vurması xeyli düşündürücüdür. Əsas hədəfinin 2013-cü ildə indiki hakimiyyətin bir daha iqtidarda qalmasını əngəlləmək olduğunu söyləyən keçmiş spiker növbəti prezident seçkilərində saxtakarlığa yol verilməməsi üçün «sizinlə bu işi bir yerdə görməyə hazıram» mesajıyla əslində prezidentlik iddiasından hələ də əl çəkmək fikrində olmadığını ortaya qoyub.

Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun buna konstitusion haqqı çatır və Rəsul Quliyevin 15 illik mühacir həyatı, ölkədən məcburən kənarda yaşaması prezidentlik uğrunda yarışa qatılmasına maneə törədə bilməz. Ancaq yuxarıda da qeyd olunduğu kimi, əlahəzrət fakt ortada və hələ uzun illər bu uğursuzluq bir kal armud kimi eks-spikerin siyasi iddialarının qarşısında sipər olacaq. O, bu gün Müqavimət Hərəkatı yaratdığını bəyan edir və cəmiyyəti müqavimətə kökləyəcəyi vədini verir. Maraqlı sual yaranır, vaxtilə cəmiyyətin güclü müqaviməti olduğu halda niyə üzərinə düşəni etmədin və bu müqaviməti bərpaolunmayacaq qədər sarsıtdın? Kim zəmaənət verə bilər ki, 2005-ci ildəki siyasi situasiya yaranacağı təqdirdə Rəsul Quliyev cənabları ikinci dəfə ona inananları yarı yolda, yəni «açıqlaya bilməyəcəyi min səbəb»lə üz-üzə qoyaraq siyasi səhnədən geri çəkilməyəcək? Axı hamı bilir ki, cəsarət və qəhrəmanlıq qazanılmır, anadangəlmə olur və ya heç yerli-dibli olmur. Rəsul Quliyevinsə bu sarıdan korluq və kasadlıq çəkdiyi artıq təkzibedilməz faktlarla təsdiqini tapıb.

Yeri gəlmişkən, hətta Müqavimət Hərəkatı yaratdığıyla bağlı sonuncu bəyanatından xeyli əvvəl redaksiyamıza belə bir məlumat daxil olmuşdu ki, eks-spikerin yenidən fəallaşması təsadüf deyil və irəlidə onun daha da aktivləşəcəyini gözləmək lazımdır. Bizə məlumatı ötürən mənbə iddia edirdi ki, Rəsul Quliyevin fəallaşması heç də bütövlükdə onun siyasi iradəsindən asılı deyil və hakimiyyətdaxili savaşın tərkib hissəsi olaraq ortaya atılıb. Belə ki, hakimiyyətdəki islahata meylli qanadın üfüqdə görünən hakimiyyətdaxili təmizləmə əməliyyatına müqavimət göstərmək üçün «köhnə qvardiya» məhz Rəsul Quliyev kartından istifadə etmək qərarına gəlib və birincilərin Ayaz Mütəllibovla bağlı gedişinə qarşılıq vermək üçün onun ikinci zühuruna xeyir-dua verilib.

Hər halda hansı ehtimalların həqiqətə daha yaxın olduğunu öyrənmək üçün çox gözləməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycan da inqilabi dəyişikliklərə hamilədir və ən qısa zamanda bütün kartların ortada oynanılacağının şahidi olacağıq. O zaman kimin kim olduğu və hansı havaya oynadığı daha aydın şəkildə üzə çıxacaq...

Amma bu arada eks-spikerin Müqavimət Hərəkatı yaratdığı haqda xəbərə müxalif liderlərdən birinin münasibəti xüsusilə maraqlı oldu: « Rəsul Quliyev öncə liderlik etdiyi partiyaya sədr tapsın, 3-5 nəfəri orada cəmləşdirsin, sonra Müqavimət Hərakatı yaradar...»

DİA.AZ – Ekspert Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru