ƏƏSMN, Nizami RİH və ƏMDX-nın kollektiv mənzil korrupsiyası... - GİLEY
Tarix: 26-11-2020, 15:23 | Çap et
 DİA.AZ: - "Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Qanunun Azərbaycan Respublikasının Konstitusiyasının olduğunu Ana Qanunun 147-ci maddəsi təsbit edir. Yəqin ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN ) də bunu bilməmiş olmazlar. Ən azı, nazir Sahil Babayev hüquq üzrə fəlsəfə doktorudur, neçə il ölkənin qanunverici hakimiyyət orqanında çalışıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildrilir: "Yəni, ƏƏSMN sistemində ALİ QANUNUN və QANUN ALİLİYİNİN hüquqi yöndən hakim olmadığından danışmaq yersizdir. Faktiki olaraq isə ƏƏSMN ayrı-ayrı məmurların şifahi göstərişlərinin “ən yüksək hüquqi qüvvəyə malik olması” ilə ad çıxarmaqdadır. Pensiyaçıların məhkəmə qaydasında müəyyən edilən sosial təminat hüququna audit və daxili nəzarət şöbəsinin müdiri Heybət İmanovun , mənzil təminatı hüququna isə DSMF-in keçmiş sektor müdiri, 3 aydır yeni yaradılan Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin idarə heyətinin sədri təyin olunan Vüqar Behbudovun qadağa qoymasından şikayətlər səngimir. Belə təsəvvür yaranır ki, beynəlxalq hüquq doktoru olan nazirin rəhbəri olduğu qurumda ya QANUN ALİ DEYİL, ALİ QANUN HANSISA MƏMURDUR, ya da rəhbərliyin MƏMURUN QANUN OLMASINDAN XƏBƏRİ YOXDUR. Hər iki variant nazirə və nazirliyə haqq qazandırmasa da, daha çox birinci variantın ƏƏSMN -də hökmranlıq etdiyi qənaətinə gəlmək olar. Bu versiyanı nazirin özünün də vətəndaşların konstitusion müraciət etmək və qəbul olunmaq hüququna qadağa qoyması faktı gücləndirir. Sahil Babayevin nazir kürsüsünə əyləşdirilməsi ilə qəbul otağının qapısına qıfıl vurulmasının 3 ili 5 aydan sonra tamam olur.
Mətləbdən uzaqlaşmayaq və Vüqar Behbudovun Qarabağ qaziləri və şəhid ailələrinin mənzillərlə təmin edilməsində qanunu, prezident fərmanını, məhkəmə qərarını, Konstitusiyanı deyil , öz şəxsi marağını , seçimini üstün tutmasını diqqətə çatdıraq. Bu məmurun (göstərişi, seçimi) dövlətdən , Konstitusiyadan o qədər “üstündür” ki, birinci şəxslərin göstərişlərini saymır. Amma bu saymazlıq nazirə onu Sosial Xidmətlər Agentliyinin sədri təyin etməyə mane olmayıb. Görünür, 1-ci vitse-prezidentin tapşırığına əsasən gözləri görməyən Qarabağ qazisini “görmək”dən imtina edən Vüqar Behbudov naziri yaxşı “görür” . Nizami rayonu, Çobanzadə küçəsində bir ildir təhvil verilən qazi və şəhid ailələrinin evlərinin bölgüsü də qanuna uyğun yox, Vüqar Behbudovun seçiminə uyğun həyata keçirilib. Belə ki, Konstitusiya, qanun, məhkəmə qərarı , fərman qalıb bir yanda, ƏƏSMN, Nizami RİH və keçmiş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin kollektiv korrupsiya əməli ilə saxta mənzil növbəsinə dayananlar seçilib. Yəni, bir neçə mənzili olanları hazırkı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) minlərlə manat qarşılığında adlarına əmlak olmaması haqqında saxta arayışı ilə Nizami RİH minlərlə manat qarşılığında mənzil növbəsinə götürüb və ƏƏSMN yanında DSMF , hazırda Sosial Xidmətlər Agentliyi on minlərlə manat qarşılığında mənzillə təmin edib ! (?) Niyə məhz Nizami RİH -də növbədə dayananlara mənzil verilib? Çünki Vüqar Behbudov belə istəyib, mənzil yiyələrini də özü seçib. Düzdür, bir neçə nəfər nazirin mərhum atasının keçmiş “OVİR”dəki iş yoldaşları, keçmiş -indiki deputatlar da çox güman, nazir tərəfindən “seçilb” , amma “seçim”də baş rolu Vüqar Behbudovun oynaması heç kimə sirr deyil.
Bir ilə yaxındır ki, Vüqar Behbudovun “seçimi”nin Konstitusiyadan da, qanundan da məhkəmə qərarından da üstün olması özbaşınalığına PA, NK, hüquq mühafizə, ədliyyə orqanları , Ombudsman, MHŞ, Milli Məclis , Hesablama Palatası , Konstitusiya Məhkəməsinin özü hüquqi qiymət verilməsini təmin edə bilmir . Ən yaxşı halda, vətəndaşların şikayətləri qanuna zidd olaraq barəsində şikayət edilən Vüqar Behbudovun özünə göndərilir və təbii ki, bu məmurun özbaşınalığı davam edir. Qeyd etdiyimiz kimi, Vüqar Behbudov nəinki cəzalandırılır, əksinə, sektor müdirliyindən Sosial Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyin edilir!
Sahil Babayev belə kadr siyasəti ilə dövlətin və onun başçısının sosial siyasətini gözdən salmasının fərqindədirmi?"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14 |
|
|
|
|