'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                 

«Elə bilirlər milyon qazanırıq, müflis olub getmişik» - Şəmkirdə istixana sahibləri
Tarix: 4-01-2021, 10:25 | Çap et
 «Elə bilirlər milyon qazanırıq, müflis olub getmişik»
Həmişə Yeni il ərəfəsində ənənəvi bahalığa adət edən Bakı sakinləri bu dəfə xoş sürprizlə rastlaşıblar. FED.az xəbər veerir ki, məşhur Şəmkir pomidorları, hansı ki, bayramlarda 2-3 manatdan ucuz olmurdu, bu il 70-80 qəpiyə, bəzi yerlərdə isə ümumiyyətlə 20-30 qəpiyə satılırdı.

Amma bu, ilk baxışdan əhali üçün qışın ortasında Şəmkir pomidorundan dadmaq şansı, əslində sahibkarlar, pomidor becərənlər və istihxana sahibləri üçün əsl faciə idi.
Məsələ bundadır ki, Şəmkirin bütün MDB məkanında ad çıxarmış pomidorunun belə ucuzlaşması Rusiyanın Azərbaycana tətbiq etdiyi pomidor qadağası ilə bağlıdır. Həmin qadağaya görə, guya tərkibində zərərverici tapıldığına görə, Azərbaycan pomidorunun Rusiyaya ixracı qadağan edilib. Sonradan bəzi şirkətlər icazə alsalar da əksəriyyət, xüsusilə də Şəmkirdəki istixana sahibləri pomidoru Rusiyaya ixrac edə bilmirlər və məcbur olub ucuz satırlar.

Bu – vaxtilə mlyonlarla dövriyyəsi olan pomidor biznesi üçün fəlakətli dərəcədə böyük zərərdir.

Şəmkirli sahibkar və istixana sahibi Nəriman Verdiyev baş verənlərdən ən çox zərər çəkənlər arasındadır. 5,5 hektar istixanası olan sahibkarın FED.az-a bildirdiyinə görə, pomidor bəzi yerlərdə 80 qəpik, bəzi yerlərdə isə hətta 30 qəpiyə düşüb.

Amma bu qiymətə də pomidoru satmaq mümkün olmur və pomidoru tullantı kimi tullayanlar da var:

«Biz pomidoru əkdik, Rusiyaya getmədi deyə, indi 20-30 qəpiyə satmalı olmuşuq. Bu heç parnikdə yandırılan qazın pulunun 10-20%-i də eləmir. Amma nə etməli, Rusiya buraxmır, məcburuq aparıb bazarda sataq. Adam tuturuq, günlərlə pomidorun yanında dayanır, yenə də satılmır. Sadə desəm, hesab edin ki, hər gün sahibkarın başına bir daş düşür».

«Keçən ilki vəziyyətlə götürsək, Rusiyaya hər hektardan 6 fura (yük maşını) pomidor göndərirdik. Təkcə bizim təsərrüfat 30-35 fura göndərə bilərdi. Amma göndərə bilmirik. Nəticədə indiyədək, yalan olmasın, 70-80 ton məhsul satılmadığına görə atılıb. Mənim öz təsərrüfatımda 3-4 ton məhsulu atmışıq»-deyə sahibkar məsələnrin ciddi olduğunu bildirir.

Şəmkirli digər sahibkar, 8 hektar parnik sahəsi olan Etibar Əliyev də Rusiya qadağasından sonra iş adamlarının çətin vəziyyətdə qaldığını bildirir: «20 gündür Rusiya bazarı bağlıdır. Qışda pomidorun maya dəyəri 1,5-17 manat arasındadır, indi isə satış qiyməti 30 qəpiyə düşüb, heç 30 qəpiyə də satmaq mümkün deyil. Bu il mən məhsulumun 20 tonunu kənara tullamaqla satışı dayandırdım» - deyə FED.az-a vəziyyəti izah edir.

E.Əliyev deyir ki, problem tezliklə həl edilməsə, iş adamlarının itkiləri artacaq: «Mart ayınadək belə davam etsə biyabırçı vəziyyət olacaq. Mənim kimi Şəmkirdə minlərlə sahibkar var və onlar məhsullarını sata bilmirlər, bu faciədir. Pomidoru 30 qəpiyə satmaq heç işçinin maaşı eləmir. Amma bunun qaz pulu, dərmanı var. Bu 30 qəpik heç əmək haqqını da ödəmir».

Amma sahibkarlarla danışanda məlum olur ki, istixana sahiblərinin problemləri hələ bir neçə il əvəl başlayıb. Rusiyanın qadağası isə bu biznesə vurulan sonuncu zərbə olub.

İstixana sahibləri üçün əsas problem – qaz pulu, yəni qazın həddən artıq baha olmasıdır: «Qaz problemi, qaz pulunun yüksək olması bizə işləməyə imkan vermir».

Etibar Əliyev bildirir ki, 2017-ci ilədək Şəmkirdə istixanaların işləri pis getməyib. Həmin vaxt qazın qiyməti 10 qəpik idi, üstəlik Rusiya ilə təyyarə böhranından sonra Türkiyə pomidorlarının Rusiyaya yolu bağlandı və Azərbaycan pomidoruna tələbat artdı: «Nəticədə böyük qazanc əldə edildi. Şəmkirdə istixanalar 2-3 dəfə artdı və Şəmkir ən böyük pomidor istehsalçısına çevrildi. Amma artıq 3 illdr ki, sahibkarlar qaz pulunun artmasına görə ciddi problemlə üzləşiblər».

Qaz pulunun Şəmkir sahibkarları üçün maraqlı tarixçəsi var, 2017-ci ilədək istixanalara qazın kubmetri 10 qəpiyə satılırdı, sonradan Tarif şurasının qərarı ilə bu məbləğ 20 qəpiyə qaldırıldı. İndi demək çətindir ki, o vaxt bu qərar qəbul ediləndə yeni qiymətin istixanalara təsiri araşdırılıbmı?

Amma fakt odur ki istixanalar bu qərardan ən çox zərər çəkənlər olublar. O vaxtdan bəri bütün sahibkarlar zərərlə işləməyə başlayıblar: «Hesab edin ki, mənim istixanamda kubu 20 qəpikdən olmaqla 300 min manatlıq qaz yandırıram. 10 qəpikdən olsaydı mənim qaz xərcim 150 min manat olardı. Digər 150 min manatı da işçilərin maaşı, təsərrüfat xərclərinə sərf edə bilərdim. Və işləməyə həvəs qalardı. İndi isə tamamilə həvəssizlik, ümidsizlik, gələcəyə heç bir ümid yoxdur».

«Ötən il 230 min manat zərər elədim, qaz pulu ödəyə bilmədik. Son günlər ailəmizin ümumi büdcəsindən maşın, ev satmaqla qaz pulu borcunu birtəhər ödədim»-deyə sahibkar Etibar Əliyev FEd.az-a bildirir.

Qaz pulunun artması nəticəsində şəmkirli sahibkarların xərcləri artmaqla yanaşı, onlar digər rəqiblərinə qiymətdə də uduzmağa başlayıblar. Qazın bahalı olması pomidorun da bahalı olması ilə nəticələnib: «Bununla da bazara ucuz miəhsul çıxara bilmədik».

Şəmkirli sahibkar Nazim İbrahimovun problemi isə başqadır. FED.az-ın məlumatına görə, o qaz pulunu ödəsə də, qazını indiyədək açmayıblar. İş adamı bu halı da sahibkarlar üçün ciddi prbrlem sayır: «Mənim qaz pulu borcum yoxdur, ödəmişəm. Amma ödəniş etməyimə baxmayaraq indiyədək qazımı açmayıblar. Gəlib sayğaclara cərimə yazırdılar, guya müdaxilə olunub. Cəriməni də qat-qat artıq yazırdılar, yəni bizim aylıq istifadə həcmimizdən dəfələrlə artıq idi və ona görə məhkəmə də bu qərarları qəbul etmirdi. Biz də məhkəmədə «Azəriqaz»ı udmuşuq. Amma bunlar məhkəmə qərarına da əməl eləmirlər. Mən ödəniş edəndən sonra xəstələndiyimə görə, parnikə gedə bilməmişdim, ona görə də pulu ödədiymə baxmayaraq sui-istifadə edib qazımı kəsiblər. Qazı açmaq üçün qəsdən süni bəhanələr gətirirlər, guya sənədlər Bakıda təsdiqlənməlidir və sair».

İş adamı Nəriman Verdiyev isə deyir ki, əksəriyyət bu dəqiqə sadəcə adət etdiyindən pomidor əkir, əvvəlki gəlir və qazanc yoxdur: «Vaxtilə bir neçə milyon xərcləyib parnik düzəltmişik, onu əkməyəndə tamamilə məhv olub gedir».

Bir tərəfdən də Rusiya qadağası...

Bu il isə qaz pulu problemlərinin üstünə Rusiya qadağası da gəlib. Əvvəla qeyd edək ki, sahibkarlar Rusiya tərəfinin qadağa üçün gətirdiyi səbəbləri, pomidorun tərkibində zərərvericilərin olduğunu uydurma sayırlar. «Hər il olan pomidoru göndəririk və ən yaxşı pomidoru Rusiyaya satırıq».

Doğrudan da Şəmkir istixanalarının əsas bazarı Rusiyadır. Nəriman Verdiyev deyir ki, yığılan pomidorun ən keyfiyyətli olan 80%-i Rusiyaya gedir: «Cəmi 20% nisbətən aşağı keyfiyyətli pomidor yerli bazarda satılır. Əgər Rusiya qadağası götürürməsə, bu o deməkdir ki, biz tamamilə məhv olduq».

Sahibkarların əsas gəliri də Rusiyaya ixracın hesabına idi. Rusiyaya gedən pomidorun hər kiloqramından sahibkarlar 1,5-2,5 manat, orta hesabla götürəndə 2 manat gəlir əldə edirdilər: «İndi bunu 30 qəpikdən satırıqsa, görün vəziyyət nə hala düşüb. İnanın ki, heç orada işləyən fəhlələrin əmək haqqını verə bilmirik, fəhləyə də borcumuz var».

İş adamları bildirir ki, Rusiya bazarına bağlılıq onlar üçün böyük risk olsa da (hansı ki, indi də bunun nəticələrini grürlər) pomidoru başqa ölkəyə ixrac etmək imkanı yox səviyyəsindədir: «Biz Avropaya çıxa bilmədik, Avropaya mal ixracını bacarmadıq. Eşitmişəm, Bakı ətrafındakı bəzi istixanaların Avropaya çıxışı var, mallarını oraya sata bilərlər. Amma biz çıxa bilmirik, bura (Rusiyaya) da o qədər öyrəşmişik ki, axırda da belə prblemə səbəb olur» - deyə N.Verdiyev təəssüflənir.

İş adamı bildirir ki, pomidoru Orta Asiya respublikalarına da satmaq mümkün deyil: «Onların özündə çox keyfiyyətli və böyük miqdarda pomidor var və Azərbaycan pomidorunun o bazara daxil olması mümkün deyil». Rusiyanın özündə də istixana çoxdur. Hətta onların bir hissəsi azərbaycanlı sahibkarlarındır: «Vaxtilə burada gömrükdə ƏDV ilə bağlı problemlər yarananda bəzi iş adamları sadəcə təsərrüfatlarını burada bağlayıb Rusiyada istixanalar yaratdılar. Amma orada hava soyuq olduğuna görə pomidor gec yetişir, bizim pomidor daha tez yetişdiyindən vaxt məsələsində üstünlüyyə malikik».

"İşi dayandırmalı olacağıq..."

İş adamı bildirir ki, vəziyyət belə davam etsə, istixanalar işini dayandırmalı olacaqlar. Özü də məsələ təkcə Rusiyada deyil: «Qaz puluna görə dövlət tərəfindən dəstək olmasa, bütün istixanalar dayanacaq. Hələ Rusiyanı nəzərə almırıq, Rusiya problemi olmasa da, qaz puluna görə, əvvəl-axır hamı müflis olacaq».

Ötən il Şəmkirdə qaz pulu problemi qabarıq üzə çıxanda iş adamlarının 30%-i bildirmişdi ki, onlar artıq gələn ildən pomidor əkməyəcəklər, bu sadəcə sfrə eləmir. İndi isə iş adamı Nəriman Verdiyev deyir ki, belə iş adamları artıq 60-70%ə qalxıb: «

Baxın, mənim təsərrüfatımın sağında-solunda istixanalar var ki, bu il heç nə əkməyib, elə boş dayanıb».

Etibar Əliyev də istixanasının yalnız yarısını əkib: Mən bu parnikin cəmi 4 hektarını əkmişəm, qalanını icarəyə vermişəm».

Nazim İbrahimov isə bu il ümumiyyətlə pomidor əkməyib: «Bu il əkməmişəm, çünki qaz pulu da bahadır. Bir hektar sahəm vardı, amma əkmədim, 4-5 hektarı olanlar da ötən il 1 hektar əkdi».

«Azəriqaz»la dəfələrlə keçirilən görüşlər də məsələni həll etməyib: «Doğrudur, icra hakimiyyəti çalışır nəsə etsin, adətən vaxt alırıq ki, borcu qaytaraq, amma son illər artıq bu da mümkün olmur. Sadəcə qazı kəsir ki, pulunu gətir, sonra qaz verim».

Qaz pulu artandan sonra bir neçə ildir ki, istixana sahibləri qaz pulu borcunu bu ildən gələn ilə keçirir, pomidoru satıb pulunu verirdilər. N.Verdiyev: «Biz artıq bir neçə ildir ki, keçən mövsümdən qaz puluna görə 150-200 min manat borclu qalırıq. Bilmirik, bu ilki əkinlərlə məşğul olaq, yoxsa keçən ilin borcunu qaytaraq. İri sahibkarlara dəstək çox azdır. Elə bilirlər ki, biz milyon qazanırıq».

Etibarə Əliyev bildirir ki, hazırda iş adamlarının vəziyyəti çıxılmazdır: «İndi nəiknki Şəmkirdə, ümumilikdə Azərbaycanda istixana biznesi son nəfəsini yaşayır. Həm qazın qiymətinin artması, həm də Rusiyanın yolu bağlaması ciddi problemdir».

Şəmkirin pomidor təsərrüfatlarından təkcə sahibkrlar qazanmır, Şəmkirin öz sakinləıri və ətraf rayonlarfın əhalisi də burudakı parniklərdə çalışır. Daşkəsn, Gədəbəy camaatı, Göygöl, hətta Masallı Lənkərandan gəlib kirayədə qalıb işləyənlər də var.

İstixanaların boş dayanması burada çalışanların da işsiz qalmasına səbəb orlub. İş adamı Nəriman Verdiyev: «Hesab eləsək ki, hər boş qalan istixanada bir hektara 7-8 nəfər işhsiz qalır, görün onda vəziyyət nə qədər ağırdır. Burada çalışanlar, əhalinin xeyli hissəsi gündəlik gəlirlərindən məhrum olacaqlar. Elə ailələr var ki, bütün üzvləri pomidor təsərrüfatında işləyib pul qazanırdılar. İstixananın dayanması ilə həmin ailələr işsizə çevriləcəklər. Nəticəsini də bilirsiniz».

Çıxış yolu nədədir?

İş adamları çıxış yolu kimi, hökumətin Rusiya tərəfi ilə danışıqlara başlayıb qadağanı aradan götürməsini göstərirlər. Eləcə də onların fikrincə, qaz pulu, daha dəqiqi, istixanalara verilən qazın qiymətinə hökmən yenidən baxılmalıdır.

«Çıxış yolunu onda görürük pi, qaz ucuzlaşmalıdır, heç olmasa 10 qəpik olsa, biz birtəhər vəziyyyətdən çıxarıq»-deyir N.Verdiyev.

«Rusiya mallarımızı buraxsa da qaz pulu bu səviyyədə qalsa, yenə işləyə bilməyəcəyik. Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, sahibkarı tək buraxmasınlar. Bizim «Azəriqaz»a, Nazirlər Kabinetinə məktublarımız var ki, güzəşt edilsin»-deyir E.Əliyev.

Onun sözlərinə görə, «Hətta 2017-ci ilin həddinə (10 qəpiyə) çatmasa belə, qazın qiymətində heç olmasa 5-7 qəpik güzəşt olsunsa, bu təxminən 30-40 faiz güzəşt deməkdir. Bu addım bizə nəfəs verər».

Digər çıxış yolu hökumətin pomidoru özü almasıdır. İş adamları dəqiq qiymət deməyə çətinlik çəkirlər. N.Verdiyev: «1,5 manatdan satılanda qazın pulu, fəhlələrin maaşı və vurulan dərmanqın pulu edir. Əgər heç olmasa bir manatdan alsalar xərcləri bağlamaq olar. Amma 20-30 qəpikdən satmaq sahibkrın evini yıxır. Hər gün min manatlarla zərərə gedirik. Hətta pomidor 70 qəpiyə də satsaq, gələcəkdə əkmək mümkün olmayacaq».

İstixana sahibləri ən yaxşı yol kimi pomidoru aAvropaya satmağı görürlər. Amma bu arzu olaraq qalır. İş adamları bildirir ki, pomidorun keyfiyyəti qaydasındadır, ona vurulan gübrələrlə bağlı da problem yoxdur, yəni Avropa tələblərinə uyğun gəlir. «Amma bunun üçün müqavilə bağlanmalıdır. İri şirkətlərlə əlaqə yaratmaq lazımdır. Biz bunu edə bilmirik. Gərək bu məsələdə hökumət qabağa düşsün. Bizə yol göstərməlidir ki, biz də o dediyini edib Avropaya, ərəb ölkələrinə və xaricə mal sataq».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru