“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                 

"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..." - NARAZILIQ!
Tarix: 21-04-2021, 09:20 | Çap et
"Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən..."
“İlham Əliyevdən razıyam. Bilirəm ki, onun bölgələrdə məmurların “baş kəsməsi”ndən xəbəri yoxdur. Faktiki birinci qrup əliləm, yataq xəstəsiyəm, amma mənə ikinci qrupun müavinəti verilir. Birinci qrupa dəyişmək üçünsə süründürürlər. Yerimdən qalxacaq durumda deyiləm, onlarsa 50 yerə getməmi tələb edirlər. Bu ölkədə yataq xəstəsinə əlillik təyin etmək üçün bir sistem yoxdur? Gərək onu ora-bura sürüyələr?”

DİA.AZ xəbər verir ki, Qobustanın Nərimankənd kəndinin sakini 59 yaşlı Əzizağa Qurbanov belə deyir. O, Çernobıl əlilidir. Başına gələn xəstəliklərin hamısının Çernobılın fəsadları olduğunu söyləyir. Həmin günləri xatırlayir, ömründəki gözəl günlərin 24 yaşında bitdiyini deyir, gözləri dolur:

“1986-cı ildə 24 yaşım var idi. Səfərbərliklə çağırdılar, dedilər, “Çernobıla getməlisən”. Uşağım körpə idi, 6 aylıq. Onu, ailəmi qoyub getdim. Mən gedəndə 3 ay idi hadisənin baş verdiyi. Ərazi çox təhlükəliydi. Əsgərlikdə də beton tökən olmuşdum, elə ona görə ərazinin betonlanması işinə verildim. 180 gün xidmət edəcəkdim, ancaq 48 günə qayıtdım. Radiasiya öz “işini” görmüşdü, məni məhv etmişdi”.

Əzizağa Qurbanov deyir ki, həmin 48 gündən sonra həyatında heç nə əvvəlki kimi olmur:

“Cavan idim, birinci çox hiss etmədim, yavaş-yavaş anladım ki, əvvəlki adam deyiləm. Yay gəlirdi, kəskin başağrılarım başlayırdı. Dərmanla, iynəylə dolanırdım. Ən pisi gələndən sonra dünyaya gələn iki övladımın da qanında problem çıxdı, onlar da mənimlə eyni dərdi bölüşür. Uzun illər, daha doğrusu, 5 il özhesabıma müalicə aldım. 1991-ci ildə bizə pensiya təyin etdilər. Onunla da iynə-dərmanımı güclə qarşılayırdım. Əvvəlki kimi işləyə bilmədiyim üçün demək olar ki, pensiyayla dolanırdım”.

Əzizağa Qurbanov deyir ki, 2016-cı ilədək birtəhər dolanıb. Ancaq həmin il ciyərində şiş aşkarlanıb. Həkimlər təcili əməliyyat olmasa, həyatını itirə biləcəyini söyləyiblər:

“Odur ki, borc-xərc əməliyyata getdim. Ciyərimin sol payını götürdülər. Bir neçə il sonra isə sağda da şiş əmələ gəldi. Hazırda 5 şiş var, yanında da törəmələri. Bilirəm ki, mənə belə durumda 1-ci qrup əlillik düşür. Ancaq heç kim vermir. Getmədiyim yer qalmayıb, süründürürlər. Yerimdən qalxa bilmirəm. Şərt qoyurlar ki, filan yerə get, ordan da sənəd gətir. Bu yerlər də bir-iki deyil, çoxdur. Mən yataq xəstəsiyəm, ciyərimin yarısı yoxdur, güclə danışıram, o deyilən yerlərə getməyim mümkün deyil”.

Şikayətçi gücünü toplayıb, ötən ay Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) gedib. Deyir, əvvəl pensiyanı ömürlük alırmış, indi müddətli yazıblar:

“Orda durum elədir ki, heç qoymurlar atanın adını deyəsən. 10 nəfər komissiya üzvü var, burdan göndərilən xəstəlik kağızına heç baxmadılar da. Elə “get Ağciyər Xəstəlikləri İnstitutundan sənəd gətir”, “Onkologiyada bir də yoxlan, onunla bağlı da sənəd lazımdır” deyib, yola saldılar. 1 il əvvəl 72 kiloqram idim, indi 52 kiloqram qalmışam. Daha gücüm yoxdur, nəfəsim çatmır qapı-qapı gəzməyə. Komissiyalar, məmurların işi isə süründürməçilikdir, bacara bilmirəm”.

Əzizağa Qurbanov deyir ki, bir neçə gün öncə də zəng edib soruşublar ki, necə oldu, sənədləri toplaya bilibmi:

“İzah edə bilmirəm ki, yoğan-döşəkdəyəm, gedəsi durumda deyiləm. İnanın imkanım olsa, ömrümün son günlərində bu işin arxasınca düşmərəm. Ağrılarım olur, dözə bilmirəm. Dərmanlar, iynələr də baha. Ayda 200-300 manatlıq iynə-dərman alıram. Ağrıkəsicilərlə yaşayıram. Təqaüdüm isə 246 manatdır. İstəyirəm son günlərimi ağrısız yaşayım”.

Qurbanovlar ailəsi 7 nəfərdən ibarətdir. Əzizağa Qurbanovun oğlunun 5 nəfərlik ailəsi, özü və həyat yoldaşı. Deyir, oğlu fəhləlik edir, ailəsini güclə dolandırır, yoldaşı isə işsizdir:

“Mən onlara yük ola bilmərəm, mümkün deyil. Oğlum günəmuzd qapılarda işləyir. Günü 10-15 manat qazanır. O da ayda 100-150 manat edir. Bizim rayon da kasıb, iş-güc yoxdur. Taxıl biçini vaxtı çox qazananda ayda 200 manatı olur. Çətindir, dolana bilmirik. Bir tərəfdən də bu ağrılar, həyatımı zülmə çevirir”.

Əzizağa Qurbanov məhz ağciyərində yaranan şişlərin Çernobılın fəsadları olduğunu düşünür. Deyir, əvvəlcə ona diaqnoz qoymaq çətin olub. Axırda sənədlərini Moskvaya göndərib. Ordan aldığı cavabda C4 xəstəliyi olduğu yazılıb. Bu, nadir tapılan xəstəlikdir və tam müalicəsi yoxdur:

“Deyilənə görə, 4-5 milyon adamdan birində olur. Bəlkə də Azərbaycanda yoxdur, varsa da 1-2 nəfərdir. Dərmanı, müalicəsi yoxdur. Ancaq ağrıkəsicilərlə yaşayıram. İynə vurdurmasam, danışa bilmirəm. Heyvanlarım var idi, qoyunum, malım. Hamısını satıb müalicəyə, iynə-dərmana xərcləmişəm. Yenə dolanırdıq birtəhər”.

Şikayətçi deyir ki, yoldaşı adi süpürgəçilik işini tapa bilmir. Hara yazırlar, cavab gəlir ki, COVID-19 problemi bitsin, sonra baxarıq:

“Bəlkə heç bu xəstəlik bitməyəcək, biz ölməliyik? Heç kim kömək etmək istəmir. Artıq inamım da qalmayıb. Kim deyirsə sənə kömək edəcəm, boş şeydir. Özünün cibində 5 manatın varsa, yaşadın, yoxsa öldün getdin bu məmləkətdə”.

Əzizağa Qurbanov bu yaxınlarda öyrənib ki, xəstəliyinin Türkiyədə çarəsi var:

“İynədir, qiyməti 40 min avro. Vurdurursan, 3 il nomal yaşayırsan, amma sonra yenə vurdurmalısan. O qədər pulu isə ömrümdə bir arada görməmişəm. Hər şeyimi satsam, heç 10 min etməz. Bir ümidim var, heç bilmirəm, bu dediklərimi görər, görməz. Mübariz Mənsimov bilsə, bəlkə mənə kömək edər. Onu da bilmirəm, görərmi, oxuyarmı, kömək etmək istəyərmi. İnsan öz məmləkətindən, məmurlarından, dövlətindən əlini üzəndə möcüzələr axtarır. Mən də şansımı sınamaq istədim”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru