3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                 

Tovuz Rayon Elektrik Şəbəkədə rüşvət oyunları - ŞOK SƏSYAZISI
Tarix: 26-04-2021, 10:06 | Çap et
Tovuz Rayon Elektrik Şəbəkədə rüşvət oyunları
Bugünə kimi ölkəmizdə korrupsiya və hər cür əyintilərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin vəzifə sahibi olan hər kəsə verdiyi tapşırıqlara hələ də dövlət məmurlarından bəziləri ciddi yanaşmırlar. Yəni, yüksək çinli məmurların “arxa-dayaq” olduğu bir çox vəzifə sahibləri, bu gün də xalqın “qanını sormaq”la məşğul olurlar. Əgər bir dövlət məmuru hansısa bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını pozursa, tapdaqlar altına atırsa, get-gələ salırsa, deməli belə bir halların varlığı “RÜŞVƏT” əldə etməyə hesablanmış addımlardır. Belə ki, vətəndaşı aylarla heç bir əsas olmadan süründürürlər ki, sonda vətəndaş bezib qarşı tərəfə “RÜŞVƏT” verməyə məcbur olsun. Vətəndaş öz hüquqlarını qorumaq, bərpa etmək məqsədiilə ölkə Prezidentinə, nazirlərə, aidiyyatı dövlət qurumlarına şikayət məktubları ünvanlasa da, çox zaman həmin məktublara ya cavab verilmir, ya da ki, şikayət ərizələrinin araşdırılması şikayət olunan tərəfin üstünə göndərilir.



Qeyd olunanlara misal olaraq onu bildirmək istəyirəm ki, 05 yanvar 2021-ci il tarixdə Tovuz “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə müraciət edib, QOVLAR şəhəri, “Təzə məhlə” adı ilə tanınan ərazidə Əhmədov.T.V oğlunun adına rəsmiləşdirilmiş, çıxarışı olan yaşayış evinə elektrik sayğacının quraşdırılması və şəbəkəyə qoşulmasını xahiş etdim. Onu da bildirim ki, belə bir problemin həllinə nail olmaq üçün bu ilin 5 yanvarından 7 aprelinə kimi olan müddət ərzində, məhz adı çəkilən bu quruma üç dəfə rəsmi qaydada müraciət etməli oldum. Yuxarıda qeyd etdiyim kimi “RÜŞVƏT” almaq məqsədilə hər üç müraciətimə müxtəlif bəhanələr gətirdilər. İlk əvvəl guya ki, qeyd olunan yaşayış evinin hasarı yoxdur, ona görə də imtina cavabı yazdılar. O halda həmin evə məxsus hasarın olmasını təsdiq edən videoları, şəkilləri “AZƏRİŞIQ”ASC-nə təqdim etdim. Sonuncu cavabda yaşayış evinə məxsus həyətin ortasından 10 kv-luq elektrik xəttinin keçməsini bəhanə edib imtina verdilər. Bu yöndə araşdırma aparılarkən o da məlum oldu ki, 10 kv-luq elektrik dirəyi qeyd olunan yaşayış evindən 30 metr, torpaq sahəsindən isə 3 metr aralı məsafədən keçir. Bu haqqda da video çəkib aidiyyəti üzrə təqdim etdim. Yenə də imtina cavabı verdilər. Bildirirəm ki, Tovuz “ASAN XİDMƏT” mərkəzinə ərizə ilə müraciət etdiyim ilk gündən, artıq bugünə kimi 109 gün keçib.

Digər bir halın varlığını da qeyd edim ki, dəfələrlə “AZƏRİŞIQ” ASC-nin 199 çağrı mərkəzinə də şikayətlər etmişəm. 07.04.2021-ci il tarixdə “ASAN XİDMƏT” mərkəzində 10 kv-luq elektrik dirəyinin həyətin ortasında olmasını bəhanə edib imtina cavabı verdilər. Belə bir cavabın verildiyini eşitdikdə təkrar 199 çağrı mərkəzinə zəng etdim və 10 kv-luq elektrik dirəyinin həyətin ortasında deyil, məhz 30 metr aralı məsafədə yerləşdiyini bildirdim. Həmçinin, bununla bağlı lazımi tədbirlər görmələrini də xahiş etdim. 08.04.2021-ci il tarixdə “AZƏRİŞIQ” ASC-nin 199 çağrı mərkəzindən “SMS” aldım və göndərilmiş “SMS”-də qeyd olunurdu: “Hörmətli T.ƏHMƏDOV SİZİN

61293 NÖMRƏLİ MÜRACİƏTİNİZ İLƏ BAĞLI MƏSƏLƏNİZ HƏLL EDİLDİ”. Belə bir “SMS”-dən sonra, yəni 8 apreldən 21 aprelə kimi bir neçə dəfə Tovuz “ASAN XİDMƏT” mərkəzində olmuşam. Təəccüb doğuran hal odur ki, 199 çağrı mərkəzi 08 apreldə 2021-ci il tarixdə mobil telefonuma “SMS” göndərir və “SMS”-də “Sizin məsələniz öz həllini tapıb” qeyd olunur. “AZƏRİŞIQ” ASC-dən isə, ünvanıma imtina məktubu göndərilir.

Qeyd edim ki, 21 aprel 2021-ci il tarixdə günün səhər saatlarında “ASAN XİDMƏT” mərkəzində oldum və imtina məktubunu vermələrini tələb etdim. O halda adı çəkilən bu qurumun əməkdaşı mənə bir kağız parçası təqdim etdi və bunun imtina məktubu olduğunu qeyd etdi. Kağız parçasında gün, ay və il göstərilməmişdir. Ona görə də tələb etdim ki, imtina məktubunun təqdim olunduğu tarixi də qeyd edin. Bu məsələ ilə bağlı Tovuz “ASAN XİDMƏT” mərkəzinin bir neçə əməkdaşı ilə danışsam da, onların hər biri imtina məktubuna tarix qoyulmasının onların səlahiyəti xaricində olduğunu və “YUXARILAR”-ın göstərişinin olduğunu bildirdilər. Elə ki, 21 aprel 2021-ci il tarixdə günün axşam saatlarında “AZƏRİŞIQ” ASC-nin poçt vasitəsi ilə ünvanıma göndərdiyi imtina məktubunu aldım, o halda məlum oldu ki, “AZƏRİŞIQ” ASC-nin savadsız məmurları bir daha saxtakarlığa yol verməklə məni aldamaq qərarına gəlirlər. Yəni, ünvanıma göndərilmiş imtina məktubu 31.03.2021-ci il tarixdə 02/12-15/l /2365 sayla Daxili Nəzarət İdarəsinin rəis müavini Akif Nəbiyev tərəfindən imzalanmışdır.

Məktubda qeyd olunur;- “ASAN XİDMƏT” mərkəzinə etdiyiniz müraciətiniz əsasında 07.01.2021-ci il tarixdə enerji təchizat müəssisəsinin nümayəndəsi SİZİN iştirakınızla yerində əraziyə baxış keçirmişdir. Baxış zamanı 1974 -cü ildən istismarda olan 10 kv-luq dayağın həyətin ortasında olması və xəttın mühafizə zonasının zəbt edilməsi müəyyən edilmişdir. Bu səbəbdəndə həmin evə elektrik sayğacının quraşdırılmasına və elektrik enerjisinin verilməsinə imtina edilmişdir.

Tovuz Rayon Elektrik Şəbəkədə rüşvət oyunları

Belə olan halda ortaya bir neçə suallar çıxır.

1) Nə üçün yazılmış imtina məktubu 31.03.2021-ci il tarixdə imzalanır, amma ünvanıma 21 aprel 2021-ci il tarixdə çatdırılır? Əgər 07.01.2021-ci il tarixdə “AZƏRİŞIQ” ASC-nin əməkdaşı yerində baxış keçirmişdirsə, nə üçün həmin vaxtlarda mənə cavab vermədilər?

2) Nə üçün qeyd olunan yaşayış evinin hasarı, dörd metr enində dəmir qapısının olduğu halda, 05. 01. 2021-ci il tarixdən 07. 04. 2021-ci il tarixə kimi Tovuz “ASAN XİDMƏT” mərkəzindən üç dəfə imtina cavabı verilir?

3) Nə üçün 07.04. 2021-ci il tarixdə “AZƏRİŞIQ” ASC birdənbirə fikrini dəyişir və 10 kv-luq elektrik dirəyinin həyətin ortasında olmasını iddia etdi? Hansı ki, elektrik dirəyi yaşayış evindən 30 metr, torpaq sahəsindən isə 3 metr aralı məsafədən keçir.

Ümumiyyətlə, bu yöndə suallar olduqca çoxdur, son məqsəd də məlumdur. Vətəndaşları süründürmək, get-gələ salmaq, müxtəlif bəhanələr gətirmək, aylarla problemi həll etməmək və sonda vətəndaş rüşvət verməyə məcbur etmək və s. . . . . .

araz.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru