Mərkəzi Ordu İdman Klubunda dövr edən MİLYONLAR... - İTTİHAM
Tarix: 16-07-2021, 10:05 | Çap et
 Rüşvət və korrupsiya yuvasına bər-bəzəkli ad da tapıblar – Mərkəzi Ordu İdman Klubu. Və burada xeyli sayda Azərbaycan əsgəri vətən qarşısında öz hərbi borcunu yerinə yetirir, yəni hərbi qulluq keçir. Adama deyərlər, paytaxt Bakının göbəyində İdman Klubunda hərbi xidmət keçmək necə olur ? Bəlkə, səhərlər klubun yaşıl meydançasında dombalaq aşmaq, günortalar gərnəşmək, axşamlar əsnəmək hərbi qulluqdur, cənablar ? 30 ildir müharibə gedən, şəhidlər verən ölkədə “dərə xəlvət tülkü bəy” deyib, özünü Mərkəzi İdman Klubunda günə verənlərə nə ad vermək olar ? Bəs kasıb, imkansız ailələrin övladları döyüşdə şəhid olanda, minaya düşəndə siz harada idiniz, ay papasının gül balaları ? Bəli, Mərkəzi İdman Klubu 30 ildir imkanlı, varlı, vəzifəli şəxslərin övladlarını həqiqi hərbi xidmətdən yayındırmaqla məşğuldur. Niyə, məqsəd nədir ? Birincisi, vəzifəli şəxs övladını vətən yolunda ölməyə qoymur, övladını qoruyur. Vətəni yox, övladını. İkincisi, bu haldan istifadə edən Mərkəzi Ordu İdman Klubunun rəsiləri təkcə son 30 ildə milyonlar qazanıblar. Bəli, Müdafiə Nazirliyinin tabeçiliyində olan Mərkəzi Ordu İdman Klubu əsl rüşvət yuvasıdır. Təsəvvür edirsiniz, ordudan, həqiqi hərbi xidmətdən yayınmağın qiyməti 20-30 min, son vaxtlar isə 40-50 min manat olub. Bu yüksək maaş alan məmurun 5-6 illik maaşıdır. Bəs məmur haradan 30-40 min tapıb Mərkəzi Ordu İdman Klubunun rəislərinə verir? Biz şanlı ordumuzun Aprel dötüşünü, 44 günlük müharibədəki möhtəşəm qələbəsini alqışlayırıq, ordumuzla qürur duyuruq. Amma qalib ordunun nüfuzuna kölgə salanlar da az deyil. Bizim də məqsədimiz ordumuzu deyil, problemləri yaradanları ifşa etmək, onlarla bağlı olan neqativ halları işıqlandırmaqdır. Axı, cənab Prezident özü də dəfələrlə media mənsublarına müraciət edib ki, problemləri işıqlandırın, ictimailəşdirin. Bizim də məqsədimiz hərbi səfərbərliyi özünün şəxsi biznesinə çevirən zabitlərə diqqəti yönətməkdir. Bəli, uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubu ( MOİK ) sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvası olub. Yuxarıda dediyimiz kimi, bu hərbi hissədə qulluq etməyin qiyməti ortalama 30- 40 min manatdır. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...Astronomik rəqəm alınır ee. Görün, MOİK-in sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyev kimi zabitlər bu illər ərzində neçə milyonlar qazanıb. Təsəvvür edə bilməzsiniz ki, müharibə gedən ölkədə məmur balaları MOİK-də necə qulluq edirlər. Deməli, məmur övladı öz sürücüsü ilə 200 min dəyəri olan avtomobillə hansısa hərbi hissəyə gedir, orda and içmə mərasimindən sonra MOİK-ə “komandirovat” olunur və Allah qoymasa həqiqi hərbi xidmət başlayır. Bu milyonları Rəşad Quliyev istəsə də təkcə mənimsəyə bilməzdi. Rəşad Quliyevin Müdafiə Nazirliyində şərikləri olmasa, onu çoxdan “gedər-gəlməzə hərbi xidmətə “ yola salmışdılar. Görəsən, bu boyda cinayət əməllərini Müdafiə Nazirliyi, cənab nazir görmür ? Görür, niyə görmür ? Milyonları mənimsəyən həmən Rəşad Quliyevin vəzifəsini bir az da böyüdüblər. O, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır. Yaxşı Rəşad Quliyevin əməllərini müdafiə nazirləri görməyib. Bəs Hərbi Prokuror niyə görməzdən gəlir ? Əgər MOİK-də baş verən cinayət əməllərinə şərik deyilsə, niyə susur, niyə tədbir görmür ? Qoy, bu suallara əlaqədar dövlət qurumları cavab versin. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
|