Məmur dəyişir, beyni dəyişmir: “Yenilər” də “köhnələr”in yolu ilə gedirlər? - Sanki bunlar üçün bir CIĞIR CIZILIB...
Tarix: 15-04-2023, 11:10 | Çap et
 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkən 17 yaşlı Məhəmməd Hacıyevin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi və ictimai təzyiqlərdən sonra evə buraxılması barədə məlumat vermişdik. Uşaq evinin direktoru barədə mətbuatda, sosial mediada kəskin tənqidi məlumatlar yayılsa da, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onu vəzifədən azad etmirdi.
17 yaşlı Məhəmmədin ardınca uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva da işdən azad olundu. Sosial mediada “Qorxuram, bu gedişlə məlum direktora görə Bakı şəhərinin meri Eldar Əzizovu da işdən azad edələr” başlıqlı ironik statuslar paylaşıldı. Nəhayət, aprelin 13-də, kəskin ictimai etirazlardan sonra 3 nömrəli uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı. Onun yerinə isə Gülnarə Şəmiyeva təyin edilib.
Qeyd edək ki, son illər ərzində ölkədə ciddi kadr dəyişiklikləri baş verib, bütün hakimiyyət qolları yenilənib, yüksək çinli məmurlar yola salınıb. İddia olunurdu ki, kadr islahatları idarəetməyə yeni nəfəs gətirəcək və bu sahədə olan nöqsanları aradan qaldıracaq. Ələlxüsus, Qərb təhsilli gənc kadrların yüksək vəzifə təyinatları bu ümidi daha da artırırdı. Lakin görünən odur ki, idarəetmə sistemində keyfiyyət dəyişiklikləri baş vermir.
DİA.AZ-ın məlumatına görə, sabiq Baş nazir, keçmiş deputat Pənah Hüseyn məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, idarəetmədə əhəmiyyətli dəyişikliklərə nail olmaq üçün hüquqi baza yaradılmalıdır: “Azərbaycanda o halda həyata keçirilən islahatlar effektiv ola bilər ki, bunun üçün hüquqi zəmin hazırlansın. Hakimiyyət qolları arasında qarşılıqlı nəzarət sisteminin qurulması, büdcədən maliyyələşən və gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi, idarəetmədə şəffaflığın təmin olunması üçün kompleks tədbirlər həyata keçirilməlidir”.
“Son dövrlər bu istiqamətdə müəyyən addımlar atılır. Uzun illər siyasi hakimiyyətin yuxarı eşelonunda qərar tutan və öz kadrlarını müxtəlif vəzifələrə yerləşdirmiş məmurların vəzifələrdən alınması, gənc kadrların önə çəkilməsi müsbət məqamdır. Misal üçün, İnam Kərimovun Ali Məhkəməyə rəhbər təyinatı təqdirəlayiqdir. Bütün hallarda media azadlığı, vətəndaş cəmiyyəti institutlarının qarşısında dayanan maneələrin aradan qaldırılması, vəzifə təyinatları zamanı dövlət qulluğu imtahanlarının nəticələrinin və fərdi keyfiyyətlərin təhlilinə yönələn meyarların əsas götürülməsi labüddür”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, son dövrlər həyata keçirilən addımlar müəyyən mənada effektiv olsa da, idarəetmədə köklü dəyişikliklərə səbəb olmayıb: “Misal üçün, 3 nömrəli uşaq evinin direktoru barədə dəhşətli faktlar açıqlandı. Bu mövzu ictimailəşdi, kəskin etirazlara səbəb oldu. Amma nədənsə, müvafiq qurumlar həmin direktoru işdən azad etməyə tələsmirdi. Bu, nə vəzifədir ki, onun rəhbərini qorumaq üçün bu qədər çaba sərf olunur?! Bu kimi hallara qarşı amansız olmaq lazımdır”.
“Düzdür, cəzalandırma mexanizmi ilə kompleks islahatlara nail olmaq mümkün deyil. Bunun üçün sistemin daxilində dəyişikliklər həyata keçirilməlidir. Ancaq hansısa məmurun özünü “şah”, “xan” kimi aparması, qanunlara məhələ qoymaması ciddi cəzalandırma tədbiri üçün səbəbdir. Belə çıxır ki, hər hansı məsələ ictimailəşmirsə, mövcud olan problemlər aradan qaldırılmayacaq. Bu, kökündən yanlış yanaşmadır. İdarəetmə islahatları müəyyən mənada aparılsa da, bunun ciddi dəyişikliklərə gətirib çıxardığını söyləmək mümkün deyil”, - deyə Hüseyn vurğulayıb.
DİA.AZ bildirir ki, YAP-çı deputat, professor Kamilə Əliyeva isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, idarəetmə islahatları dövrün tələbinə cavab verir və keyfiyyət dəyişikliyi yaradır: “Bu, keyfiyyyətli yeni mərhələnin başlanğıcıdır. Etiraf etmək lazımdır ki, gənc nəslin yüksək dövlət vəzifələrinə təyinatı, onlara etimad göstərilməsi böyük dəyişikliklərə səbəb olub. Dövlət idarəçiliyində korrupsiya və rüşvətxorluğun miqyası əhəmiyyətli dərəcədə azalıb. Təbii ki, harada iş, fəaliyyət varsa, orada qüsurlar da olacaq. Burada qeyri-adi bir şey yoxdur. Əsas odur ki, ortada ciddi siyasi iradə var”.
“Cənab Prezident İlham Əliyev dəfələrlə məmurlara çağırışlar edib və onları vicdanla çalışmağa dəvət edib. Buna əməl etməyənlərin aqibətini də görmüşük. Hesab edirəm ki, mətbuat orqanları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri mövcud nöqsanların aradan qaldırılması iqtiqamətində səylərini birləşdirməli və Azərbaycan hökumətinə dəstək olmalıdır”, - deyə Əliyeva fikrini yekunlaşdırıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
|