İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                 

Cəlilabad `Hərbi Komissarlığı`nda əməllicə `alver` gedir - İTTİHAM
Tarix: 8-06-2023, 08:33 | Çap et
Cəlilabad `Hərbi Komissarlığı`nda əməllicə `alver` gedir
"Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana".


Dahi şair Nizami Gəncəvinin hələ bir neçə əsrlər əvvəl "Sirlər xəzinəsi"ndə vurğuladığı bu beyt taa o zamandan bu zamana qədərki bütün oxucuları, eləcə də el arasında "məmur tayfası" deyilən bütün səlahiyyət sahibləri üçün örnək olacaq sözlərdir. Çox təəssüflər olsun ki, elə bir zamana gəlmişik ki, əlində kiçik-böyük fərq etmir, hər hansı bir səlahiyyəti olanların çoxlarının ilk ticarəti öz vicdanı olur. Pul qarşılığında insanlığa, vicdana (olan yerdən) sığmayan elə işlərə imza atırlar ki, adamın "əli-ayağı yerdən üzülür".

İnsanların sağlamlığı üzərində alış-veriş edən kim, mənəviyyatı üzərindən edən kim, qul haqqını yeyən kim və sair... Nələr gördük, nələr eşitdik bu balaca ölkədə. Bir "əsgər alveri"ni eşitməmişdik, 2021-ci ildə onu da eşitdik. Amma, deyəsən hələ 2021-ci ildə məlumatını aldığımız SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi (Hazırkı Sabirabad rayon şöbəsinin rəisi) Əlsafa Məmmədov bu biznesdə tək deyilmiş. Biz Beyləqan sakinlərinin redaksiyamıza ünvanladığı məktubu oxuyan zaman həm çox təəssüflənib, həm də çox təəccüblənmişdik. Hansı ki, 2020-ci ildə müharibə ərəfəsində, hər kəsin həssas dönəmində - kiminin balasından, kiminin atasından, kiminin həyat yoldaşından, kiminin nişanlısından, kiminin dostundan nigaran olduğu bir dönəmdə sən demə kimlərsə də insanlığa sığmayan ticarətini düşünürmüş - sözün əsl mənasında "ƏSGƏR ALVERİ".

Biz məlumatı alar-almaz qarşı tərəflə əlaqə saxladıqdan, həmçinin aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də rəsmi sorğu göndərdikdən sonra "DogruXeber.az" informasiya portalında yayımladıq. Yalnız bundan sonra xidmətin o zamankı rəhbəri Arzu Rəhimov qohumu olduğu deyilən Əlsafa Məmmədovu güya işdən çıxardı. Lakin, çox qısa zaman içərisində eyni vəzifə ilə Sabirabad rayonuna göndərdi. Bu isə "gedin sualınızı rəhbərliyə verin" deyən Əlsafa Məmmədovun bu sözü niyə dediyinin, eləcə də rayon sakinlərinin onun Arzu Rəhimovla qohumluğu barəsində dediklərinin həqiqəti əks etdirdiyinin aşkar göstəricisi idi.

Amma, görünür rəhbərinə və rəhbərlikdə çalışan bəzi səlahiyyət sahiblərinə kürəyini söykəyib özünə dövlət xidmətində biznes quran təkcə Əlsafa Məmmədov deyilmiş.

Belə ki, bir neçə gün əvvəl Cəlilabad rayon sakinləri tərəfindən redaksiyamıza daxil olan bir məlumatı yayımlamışdıq. Hansı ki, həmin məlumatda SHXÇDX-nin Cəlilabad rayon şöbəsində çalışan zabit Mahir Əkbərovun əli ilə kimlərinsə hərbidən yayınmasında bəhs edilirdi.
Deyilənə görə Cəlilabad rayonunda Mahir Əkbərovun "xüsusi köməkliyi" ilə hərbidən yayınanların əksəriyyəti "yastıpəncəlilik" diaqnozu ilə yayındırılır.

Bu dəfə isə mövqe öyrənmək istərkən, özündən razı halda yüksək səs tonu ilə - "mənə telefonla niyə zəng etmisiniz?", deyib telefonu söndürən Mahir Əkbərovun bütün bunları kimlərin əli ilə həyata keçirdiyini, eləcə də bizə göndərilən adlardan (hansı ki, deyilənə görə rüşvət müqabilində saxta diaqnozla yayındırılıb) hələlik ikisini sizə təqdim edəcəyik.

İlk əvvəl burdan başlayaq ki, mənbənin redaksiyamıza bildirdiyinə görə Mahir Əkbərovun bütün bu saxta diaqnozları əldə etməsində əsas "tərəf müqabili" hərbi həkim komissiyasının sədri Vüqar Mirzəyevdir.

Məhz Vüqar Mirzəyevin birbaşa yardımı ilə hərbidən yayınmaq istəyən şəxslər üçün müəyyən məbləğ qarşılığında saxta diaqnozlar verilir.

Məsələn, Cəlilabad rayon Buravar kənd sakinləri Abasov Sahib Eyvaz oğlu, Şahmarov Ramil Əlhüseyn oğlu və sair şəxslər bu yolla çağırışdan yayınanlardandır.

Hətta, saxta hərbi bilet verilən şəxslər var ki, heç ümumiyyətlə Azərbaycanda yaşamırlar, amma "möcüzə"yə baxın ki, sərhəddi bəri keçmədən hər dəfə vaxtlı-vaxtında hərbi həkim komissiyasından keçirlər.

Məsələn, Cəlilabad rayon Hamarqışlaq kənd sakini Astanov Mais Əzizağa oğlu özü ölkədə olmadan təkrar tibbi komissiyadan keçib. Eləcə də əldə etdiyimiz məlumata görə Mais Astanov kimiləri Cəlilabad rayonunda yüzlərlədir.

Bundan əlavə əsgərlik yaşına çatmış abituriyentlər var ki, onlar bu səbəbdən ali məktəblərə sənəd verə bilmirlər. Belə olan halda, yenə də onların köməyinə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun da rəhbərliyi ilə Mahir Əkbərov və Vüqar Mirzəyev birliyi çatır. Belə ki, mənbənin redaksiyamıza bildirdiyinə görə, həmin abituriyentlərə 3 aylıq möhlət əldə etmək üçün 1500 (min beş yüz) manat qarşılığında, müxtəlif sağalan xəstəlik diaqnozları verilir, 6 aylıq möhlət üçün isə 2200-2500 manat arası məbləğ tələb olunur. Həmin məbləği ödəyən şəxslər göndəriş əsasında Bakı şəhərinə müəyyən xəstəxanalara göndərilir, güya müayinələrdən keçirilir və lazım olan arayış verilir.

Qeyd edək ki, redaksiyamıza etibarlı mənbələrdən verilən məlumata görə o, abituriyentlərə möhlət hüququnun verilməsi işinidə əsasən komisarlıqda mülki işdə işləyən Ramil Həsənov baxır. Yəni, ortada pul alıb-verən, rayon sakinlərinin özünün dili ilə desək, "makler" Ramil Həsənovdur.

Yeri gəlmişkən, növbəti yazılarımızda qısamüddətli xəstəlik diaqnozları təyin edən həmin xəstəxanaların da adlarını qeyd edəcəyik.

Hə, indi gələk əsas məsələyə. Demək, redaksiyamıza etibarlı mənbədən verilən məlumata görə Mahir Əkbərova "krişalıq" edənlərdən biri Hərbi Prokurorluqda, digəri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində çalışır.

Bu dəfə həmin şəxslərin adlarını çəkmirik. Çünki, redaksiyamız adından SHXÇDX-nə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərmişik. Növbəti yazılarımızda aidiyyatı qurumların məsələyə münasibətini və həmin şəxslərin adlarını qeyd edəcəyik.

P.S: Təəssüf ki, müəyyən səbəblərdən Vüqar Mirzəyev və Ramil Həsənovla əlaqə saxlayıb, məsələyə münasibətlərini öyrənməyimiz mümkün olmadı.
Bütün bu məlumatlarla bağlı adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru