Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                 

İran yenə də Bakı ilə münasibətlərini pozmağa cəhd edir – Azərbaycandakı dindar məhbuslara fars-molla rejimindən dəstək – PUL YIĞIRLAR
Tarix: 19-05-2014, 09:55 | Çap et
İran yenə də Bakı ilə münasibətlərini pozmağa cəhd edir – Azərbaycandakı dindar məhbuslara fars-molla rejimindən dəstək
DİA.AZ: - Son günlər rəsmi Bakı ilə dil tapdığını hiss etdirən İrandakı fars-molla rejiminin əslində Azərbaycan həbsxanalarında saxlanılan dindar məhbuslarla bağlı bir neçə dəfə tələb səsləndirdiklərini bildirmişdik. Onu da bildirək ki, prezident İlham Əliyevin İran səfərində də bu məsələnin müzakirə olunduğu söylənilir. Amma Azərbaycan tərəfi iranlı məhbusları ölkələrinə təhvil versə sə, Azərbaycan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşı olan İran yandaşları ilə bağlı eyni qərarı vermədi.

DİA.AZ bildirir ki, artıq bu səbəbdən rəsmi Tehran bir kampaniyaya da start verib. Bu barədə İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “Arannews” portalında məlumat yer alıb. diaaz.space olaraq həmin xəbəri təqdim edirik: “Müqəddəs Qum şəhərində Azərbaycan Hicab Məhbuslarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan komitənin sədr müavini, Əhli-Beyt (ə) səmasının 7-ci parlaq ulduzu İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə Əsrin İmamı (əc), Cənab Rəhbər, dünya müsəlmanlarına və ədalətsevər insanlara başsağlığı verib. İmam Sadiqin (ə) əziz oğlu İmam Kazimi (ə) Əbu-İbrahim adı ilə də çağırıblar. İmam (ə) hicri 128-ci ildə Məkkə və Mədinə arasındakı Əbvada dünyaya göz açıb, 183-cü ildə Kazimeyndə şəhadətə yetirilib. İmam (ə) həm də İmam Riza (ə) və xanım Məsumənin (sə) atasıdır. Sonra komitə sədri çıxış edib. O, 2008-ci ilin sonunda «Həftə içi» qəzetinə müsahibə verən AİP sədri Mövsüm Səmədovun Qərb, ABŞ, İsrail əleyhinə çıxışlarını, 10 dekabr 2010, 5 oktyabr 2012, 6 may 2014-ci il tarixli hicab aksiyalarını, yada salıb. Komitə sədri 25 may-3 iyun günlərinin İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü kimi qeyd olunmasını təklif edib. Təklif müzakirəyə çıxarılıb və komitə rəhbərliyi, fəalların, tələbələrin yekdil razılığı ilə qəbul edilib. Komitə iclasının gedişində bəyanat hazırlanıb və bu bəyanatla islamçı məhbuslardan dolayı narahatlığı davam edən Azərbaycan dini cameəsinə müraciət edilib. Bəyanatın mətni ilə tanış olun:

İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü ilə bağlı bəyanat

Bismillahir-Rəhmanir-Rəhim

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi İslam tarixində həbs həyatı, işkəncələrlə yadda qalmış İmam Musa Kazimin (ə) şəhadət ildönümü günündən başlayaraq Azərbaycanda İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü keçirilməsinə qərar verib. Bu ongünlüyə dəyərli tarixlər daxildir: 25 rəcəb İmam Musa Kazimin (ə) şəhadət ildönümü, 27 rəcəb Məbəs bayramı, 3 şəban İmam Hüseynin (ə) mövlud ildönümü, 4 şəban həzrət Əbülfəzlin mövlud ildönümü, 5 şəban İmam Səccadın (ə) mövlud ildönümü. HHMMK Azərbaycan dini cameəsinə, bütün ədalətsevər, əhli-beytsevər azərilərə müraciət edərək bu ongünlüyü islamçı məhbusların azadlığı yolunda bir hərəkata çevirməyə çağırır. Bu ongünlükdə konfransalar, seminarlar keçirmək, islamçı məhbuslara və onların ailələrinə baş çəkmək, Azərbaycanın din və vətən yolunda canından keçmiş oğullarının qəbrini ziyarət etmək, broşurlar, kitabçalar, CD-lər hazırlamaqla cəmiyyətimizi onun gələcəyini hədələyən unutqanlıq halından çıxarmaq nəzərdə tutulur. Əziz azərilər! Əziz həmvətənlər! Dini dəyərlər və dini fəalların həbsi ilə barışmaq millətimizə heç bir xoş vəd vermir. Onlar mətbuatda, toplantılarda, meydanlarda “İslama azadlıq”, “Hicaba azadlıq!” deyə fəryad qopardılar və bu fəryadları ilə din düşmənlərinin qəlbinə qorxu saldılar. Bu böyük insanlar çirkin şəkildə şərlənərək sifarişli məhkəmələrin hökmü ilə azadlıqdan məhrum edildilər. Onların müqəddəs işini davam etdirmək biz müsəlmanların borcudur. İslamçı Məhbuslarla Həmrəylik Ongünlüyü dini cameəmizdə dirçəliş, oyanış günləri olacaq. Həmin ongünlükdə ölkə daxilində və xaricdə Azərbaycanın islamçı məhbusları, vicdan məhbusları, siyasi məhbusları xatırlanacaq. Həmin tədbirlər uzun müddətə azadlıqdan məhrum edilmiş Azərbaycan oğulları üçün bir təsəlli olacaq, cəmiyyətimizi durğunluqdan qurtaracaq.

İclasda bu tarixi ongünlük üçün işçi proqram təklif olunub:

1.Məhbusların fəaliyyətlərini dəyərləndirmək məqsədi ilə mərasimlər keçirmək;

2.Bu ongünlükdə müxtəlif münasibətlərlə keçiriləcək tədbirlərdə islamçı məhbusları yada salmaq;

3.Məhbus ailələri ilə görüşlər təşkil etmək;

4.Mətbuatda, xüsusilə İslam mətbuatında ongünlük boyu məhbusların həyat və fəaliyyətlərini işıqlandırmaq; 5.Ongünlüklə bağlı sosial şəbəkələrdə aparılan kampaniyalara qoşulmaq;

6.Məscidlərdə və dini yığıncaqlarda məhbusların azadlığı üçün dua və təvəssül;

7.Məhbusların azadlığı üçün fərdi qaydada dua və zikrlər;

8. “İslamçı Məhbuslara Azadlıq” devizi altında konfrans, seminar, dəyirmi masaların təşkili;

9.Məhbusların həbsxana problemlərinin aradan qaldırılması üçün yardım;

10.Məhbus ailələrinin normal həyat səviyyəsinin təmini üçün yardım, məhbus övladlarına təhsil, iş və ailə qurmaqda yardım;

11.Məhbus ailələri üçün ölkə daxili və xaricdə ziyarət səfərlərinin təşkili;

12.Məhbus ailələri üçün bank hesablarının açılması və azadlıq gününə qədər maddi dəstək;

13.Hazırkı və keçmiş məhbusların ziyarəti, maddi və mənəvi dəstək;

14.Məhbusların azadlığı üçün imza toplamaq, səlahiyyətli orqanlara müraciət etmək;

15.İslamçı məhbusların unudulmaması ilə bağlı Allah-Taala, Əsrin İmamı (əc) ilə əhd-peyman bağlamaq, sədaqət andı içmək. Yaşasın İslam! Yaşasın Ədalət! Yaşasın fədakarlıq və isar! Yaşasın din və ədalət yolunda özünü oda atanlar! O gün uzaqda deyil. Yaxın gələcəkdə biz bütün islamçı məhbusları, vicdan məhbuslarını öz aramızda görəcəyik. Təbii ki ali məqsədimiz yolunda bu ongünlüyün öz sözü olacaq.

Salam olsun Sənə, ey Rəsuləllah! Salam olsun sizə, ey Əhli-Beyt (ə) şəhidləri! Salam olsun Sənə, ey İmam Musa Kazim (ə)! Allahın salam və rəhməti olsun Onun saleh bəndələrinə!

Hicab və Hicab Məhbusları Müdafiə Komitəsinin mətbuat xidməti”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru