Mikayıl Cabbarov Misir Mərdanovdan qalma «pul tələsi»ndən niyə vaz keçə bilmir? - Təhsil sisteminin «iş dəftəri mərəzi»…
Tarix: 17-09-2014, 10:35 | Çap et
 DİA.AZ: - Yeni dərs ili başlayar-başlamaz valideynlərin də qayğıları birə min artıb. Məktəbə tədarük xərcləri təbiidir. Yəni məktəbli forması, dəftər-qələm, çanta və s. Yəni valideynlər bunları almalıdırlar ki, övladları savadlana bilsinlər. Amma görünəni odur ki, onların övladlarını dərsə yollamaları üçün ayırdıqları vəsait tək bununla bitmir. Əsl həngamə övladlarını savad dalınca yolladıqları məktəblərdə başlayır.
Təbii ki, DİA.AZ olaraq toxunduğumuz mövzu yeni deyil və hər kəsə tanışdır. Yəni hər kəs yaxşı bilir ki, möhtərəm Misir Mərdanov cənablarının dönəmindən Azərbaycan məktəbləri əsl alverxanaya çevrilib.
Mikayıl Cabbarov təhsil naziri təyin olunanda isə ümid olundu ki, yeni nazir tədbir görəcək. Misir Mərdanovun «pul tələlərini» ləğv edəcək.
Amma ümidlər özünü doğrultmadı. Yalnız fondpulunu qadağan etdiyini deyən və əslində bu qadağanın icrasına zərrə qədərində belə maraq göstərməyən Mikayıl Cabbarov təhsil sistemindəki dərslik biznesinə də təsir göstərə bilmədi.
Görünəni odur ki, «təsir göstərə bilmədi» yox, məqsədli olaraq təsir göstərmədi. Açıq şəkildə anlaşılır ki, Mikayıl Cabbarov bu biznesdən gələn böyük gəlirlərə tam olaraq şərikdir.
Valideynlərin isə ən ağrılı yerlərindən biri orta mətəblərdə onlara məcburi qaydada aldırılan İŞ DƏFTƏRLƏRİDİR…
DİA.AZ bildirir ki, bu iş dəftərlərinin sovet dönəmlərində anoloqu olmadığından köhnə kişilərə tanış deyil… Bir növ könlərin «sinifdən xaric oxu» ədəbiyyatlarına, ayrıca olaraq məktəblilərə məsləhət görülən (MƏSLƏHƏT, MƏCBURİYYƏT YOX!!! - red.) «Matematika v şkole» jurnalına bənzəyən, amma həmin tərdis vasitələrindən keyfiyyətcə və mahiyyətcə qat-qat aşağı olan bu İŞ DƏFTƏRLƏRİNİN guya ki, şagirdlərə satılması təhsil nazirliyi tərəfindən də məqbul hesab olunmur.
Elə bu tədris ilinin əvvəlində də təhsil nazirliyi belə bir açıqlamada bulundu ki, valideynlərin iş dəftərlərini alması vacib deyil. Bəli, məhz VACİB DEYİL kəlməsini işlətdilər. Bu isə o deməkdir ki, VACİBDİR!!! Mikayıl Cabbarovun nazirliyi Misir Mərdanovun nazir dönəminin bu «pul tələsinin» girovu olduğunu məlum problemə baxışında da ortaya qoymuş oldu.
Çünki iş dəftərləri onsuz da maddi rifah halı problemli olan əksər valideynlərimiz üçün ciddi PROBLEM təşkil etməkdədir.
Diqqət yetirin. Bir şagirdə məsləhət görülən iş dəftərlərinin tamamının alınması üçün 50-60 manat pul lazımdır. İki uşağı məktəbə gedən ailə qeyd olunan məbləğin iki qatını ödəmək zorundadır.
Gələk İŞ DƏFTƏRLƏRİNİN özünə… onlara nəzər yetirdikdə də görünür ki, biri ən yaxşı halda 10 manata satılan bu iş dəftərlərinin nəşri «SİRLİ NAŞİR» üçün 1 manatdan artığa başa gəlməyib. Amma 10 qat bahasına satışa çıxarılır. Böyük tirajla çap olunan bu iş dəftərlərinin daha ucuza mail olduğu da şübhəsizdir. Deməli, ortada böyük gəlir götürənlər var və məhz onların səbəbindən təhsil nazirliyinin yeniləşən işbaz şəbəkəsi bu qazanc ünvanından vaz keçə bilmir.
Əvəzində şagirdlər heç nə qazanmır, valideynlər isə itirir… MADDİ BAXIMDAN…
Bunun isə ciddi bir problem olduğunu yəqin ki, təhsilə nəzarət edən dövlət qurumları da görürlər. Ola bilsin ki, möhtərəm Mikayıl müəllim pul qazanmaq eşqindədir. Amma lütfən, cənab nazir, pulu şagirdlərin göz yaşları ilə qazanmayın…
Nazim - DİA.AZ


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
|