
BU STRATEJİ MƏHSUL VƏTƏNDAŞ ƏLİNƏ NECƏ DÜŞÜB?
Bakıda külli miqdarda civə aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend-ə bildiriblər ki, paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əfsun Hüseynovdan 5 kiloqrama yaxın civə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.