“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                 

EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
Tarix: 27-05-2013, 11:52 | Çap et
EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
ƏLÖVSƏT OSMANLI MƏTBUAT KONFRANSINA HAZIRLAŞIR

DİA.AZ: - Ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov arasındakı ziddiyyət kulminasiya həddinə yaxınlaşır. Belə ki, birinci tərəf riyaziyyat kurikulumlarında minlərlə ciddi səhvin olduğunu bildirir və israrla tələb edir ki, onlar Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun və ya Abdulla Mehrabovun iştirakı ilə müzakirə olunsun, əks tərəfsə bu tələbə qarşı biganəlik göstərir. Ona görə də Əlövsət Osmanlı Abdulla müəllimə davamlı surətdə məktublar ünvanlayır. Bu seriyadan növbəti məktubunu o, dünən göndərib. Əlövsət müəllim məktubun mətnini DİA.AZ-a da yollayıb. Maraqlı olacağını nəzərə alaraq onu oxucuların diqqətinə çatdırırıq.

“Hörmətli Abdulla müəllim! Keçən ilin sentyabrından bəri sizə və tabeçiliyinizdə olan Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova bir neçə məktub ünvanlamışam. Məktublarımın əsas qayəsi bu olub ki, təhsil proqramlarımız (kurikulumlar) biabırçı gündədir, gəlin onları müzakirə edək. Təəssüflər olsun ki, təklifimi süngü ilə qarşıladınız, hər şeyi qulaqardına vuraraq mənimlə danışmaq istəmədiniz, hətta rəsmi məktublarıma cavab verməyi belə özünüzə “rəva” bilmədiniz. Yalnız yeni nazirin gəlişindən sonra sizdə bir az “yumşalma” əmələ gəldi və nəhayət, müzakirənin keçirilməsinə razılıq verdiniz. Mayın 16-sına nəzərdə tutulmuş bu tədbirdə, mən də daxil, mərkəzin rəhbəri Ənvər Abbasov və 12 nəfərdən ibarət işçi qrupu iştirak etməli idi. Lakin Ənvər Abbasovun olmaması səbəbindən tədbir baş tutmadı. Onun iştirakı isə 3 səbəbdən çox vacib idi:

1) Abbasov Kurikulum Mərkəzinin direktoru olmaq¬la, kurikulumların hazırlanmasına rəhbərlik etmiş (əsas cavabdeh) şəxsdir;

2) Müzakirə prosesində yalnız əks tərəflərin (mən və işçi qrupun) iştirakı problemin həllinə yox, ziddiyyətə gətirib çıxara bilərdi;

3) Mayın 14-də telefon danışığı zamanı qəbul etdiyimiz əsas şərtlərdən biri də məhz Abbasovun müzakirədə iştirakı idi.

Hətta onda sizdən xahiş etmişdim ki, Ənvər müəllimin gəlməyəcəyi təqdirdə köməkçiniz vasitəsi ilə bunu mənə bildirin, mən də gəlməyim. Lakin sayğısızlıq göstərərək bunu etmədiniz və belə bir arzuolunmaz vəziyyət yarandı, yəni tədbir alınmadı. İndi də bəzi əməkdaşlarınız birbaşa sizə aid olan günahı mətbuatda hər vəchlə mənim üzərimə yıxmağa çalışırlar. Heç olmazsa, özünüzdə güc taparaq onları başa salın ki, müzakirənin alınmamasının səbəbkarı Əlövsət Osmanlı yox, Abdulla Mehrabov idi...

Əslində, dövlətin strateji məsələsi olan təhsilin məzmununun əsas daşıyıcılarından birinin – təhsil proqramlarının (kurikulumların) müzakirəsini “qapalı” şəraitdə keçirmək anormal haldır. Hesab edirəm ki, siz bunu bircə məqsədlə edirsiniz: “Kurikulum” adlandırdığınız yaramaz nəsnələrdəki paxırlar üzə çıxmasın! Məhz ona görə də bu prosesə “kənar” şəxslərin qatılmasını istəmirsiniz.

Bir daha bəyan edirəm: Yalnız riyaziyyat kurikulumlarında (əgər kurikulum demək mümkünsə!) minlərlə ciddi səhv var! Çox ağır iddiadır, deyilmi?! Bunun qarşısında susmağınızın səbəbi isə hələ də mənə aydın deyil. Axı siz təhsilin məzmunu ilə bağlı aparıcı institutun rəhbəri, nazirliyin kollegiya üzvüsünüz, yüksək ad və titullar daşıyan bir şəxssiniz! Mənə görə, təhsilimiz ətrafında belə məsələlər ortaya çıxanda birinci reaksiya verən siz olmalısınız! Amma heç nə sizin vecinizə deyil, bu dəhşətli ortamda kənarda dayanırsınız, əvəzi¬ni¬zə isə bəzi üzdəniraq əməkdaşlarınız özlərini ortalığa atırlar və cid¬di bir işə hədəflənmiş məsələni “şou” müstəvisinə endirmək is¬təyirlər. Onlar bununla məni qaralamağa çalışırlar, sonucda isə özlərini komik vəziyyətə salırlar, guya bu qaralamalarla kurikulumlarınız düzələcək. Görün “alovlu” müdafiəçilərinizdən biri usanmadan so¬sial şəbəkələrdə mənim barəmdə nə yazır: “Osmanlı ürəyiyanan və düzəlişlər etmək istəyən adam idisə riyaziyyat mütəxəssislərinin qarşısında niyə söz deyə bilmədi? Qoy tənqidlərini, təkliflərini verəydi də. Amma əsl mütəxəssisləri, riyaziyyatçıları görən kimi, yalnız ixtisasca dilçi olan Ənvər müəllimin olmasını tələb elədi. Çox gülünc bir olay idi. Əlövsət Osmanlı riyaziyyat fənn kurikulumunu hazırlayan işçi qrupunun qarşısında 5 dəqiqə belə otura bilməyib otağı tərk etdi”...

İxtisasca bioloq olan bu əməkdaşınızın “riyaziyyat kurikulumlarında minlərlə ciddi səhv var” iddiası ilə çıxış edən şəxsə qarşı işlətdiyi mənasız və məntiqsiz fikirlərə diqqət yetirdinizmi?! Onları oxuyarkən bir alim, bir direktor olaraq öz-özünüzə nə düşündünüz? Heç olmazsa, demədinizmi, balam, sən hara, riyaziyyat(çılar) hara, get öz işinlə məşğul ol?! Nə isə...

Hörmətli Abdulla müəllim! Mənim mövqeyim dəyişməzdir. Bir daha diqqətinizə çatdırıram: Riyaziyyat kurikulumları haqqında iddialarım Ənvər Abbasovun və ya sizin iştirakınızla müzakirə olunmalıdır! Əgər bu formatda müzakirədən yenə imtina edəcəksinizsə, onda məcbur olub iradlarımı yaxın günlərdə keçirmək istədiyim mətbuat konfransında açıqlayacam”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru