ZIYA MƏMMƏDOVUN “LONDON” DƏRDİ
Tarix: 13-12-2011, 11:15 | Çap et
SÜRÜCÜLƏRIN QİYAMI NƏQLİYYAT NAZİRİNİ ÇƏTİN DURUMA SALIB
DİA.AZ: - Nəqliyyat Nazirliyinin xəttiylə Azərbaycana gətirilmiş və artıq paytaxt küçələrində şütüyən »London» taksilərinin fəaliyyəti elə ilk gündən problemlərlə müşayyiət olundu. Səs-küylü reklamın ardından ölkəyə gətirilən »London» taksiləri hələ xəttə çıxmamış bəlli oldu ki, avtomobillərin alınmasında ciddi korrupsiyaya yol verilib. Başa gəlmə xərcləri qəsdən və məqsədli şəkildə artırılan »London» taksiləri ilə bağlı qalmaqal bununla da bitmədi, az keçməmiş bəlli oldu ki, sən demə, bu avtomobillər Çin istehsalı imiş. Nəqliyyat naziri Ziya Məmmədov hətta məcburiyyət qarşısında qalaraq, açıqlama verdi və maşınların həqiqətən də »Kitayski» olduğunu təsdiqlədi.
Bütün bu qalmaqallardan sonra fəaliyyətə başlayan »London» taksilərinin ətrafında cərəyan hadisələr isə bir-birini əvəz etməkdəydi. Bu dəfə vətəndaşlar həmin taksilərin həddən artıq baha olmasından gileylənir, Nəqliyyat Nazirliyinin rəsmiləri isə bunun əksini iddia edirdi. Məlumat üçün bildirək ki, hazırdakı taariflərə görə »London» taksilərində qiymətlər hər kilometrə görə 70 qəpik həcmində müəyyənləşdirilib. Məsafə artdıqca qiymətlərdə müəyyən enmələr nəzərdə tutulub. »Bənövşəyi» taksilərin sürücülərinə 240 manat məbləğində maaş nəzərdə tutulub ki, bu da sürücülərin haqlı narazılıqlarına səbəb olub. Şəxsi maşınları ilə taksiçilik fəaliyyəti ilə məşğul olanların daha ucuz qiymətlər təklif etməsi isə »London» taksilərinə tələbatı minimuma endirib. Hökumət bunun qarşısını almaq məqsədilə alternativ taksi xidmətlərinə qarşı kəskin mübarizəyə başlamasına baxmayaraq, vəziyyət yenə də acınacaqlı olaraq qalır.
Əldə etdiyimiz məlumata görə, artıq günlük planı belə verə bilməyən »London» taksilərinin bir qrup sürücüsü ötən həftə etiraz əlaməti olaraq maşınlardan imtina edərək işə çıxmayıb. Digər sürücülər də yoldaşları ilə həmrəylik nümayiş etdirib və rəhbərlik qarşısında planın azaldılması ilə bağlı konkret tələblər qoyublar. Sürücülərlə danışığa girməyə məcbur olan rəhbərlik isə onların tələblərinin yaxın günlərdə nəzərə alınacağını deyərək, onların yenidən işə qayıtmasına nail olub. DİA.AZ olaraq nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı da dəqiq informasiyalar əldə etmişik və onları diqqətinizə çatdırırıq.
Hazırda sürücülərə özündə dəyişiklikləri ehtiva edən üç paket təqdim olunur. Birinci təklif bundan ibarətdir ki, »London» taksilərində gediş haqqı 20 qəpikdən hesablanır (bu sürücülərin verdikləri planla bağlı belədir, sərnişinlər isə yenə əvvəlki qaydada kilometrə görə 70 qəpik ödəyəcəklər-red) və onların qarşısında 220 kilometr məsafəlik öhdəlik qoyulur. Başqa sözlə, »London» taksilərində işləyən sürücü hər gün idarəyə 44 manat (220km 20 qəpiyə vurulur-red) ödəməlidir. Amma sürücülər bu təkliflər paketiylə razılaşmaq niyyətində deyil, səbəb isə günlük plan kimi qoyulan 220 kilometr məsafənin reallığı əks etdirməməsidir.
İkinci təklif ondan ibarətdir ki, avtomobilin sərf etdiyi yanacaq da qarşılanmaqla və yenə də müəyyən kiolometraj tələbi yerində qalmaqla sürücüülər günlük plan olaraq 40 manat ödəməlidirlər. Müzakirə edilən sonuncu dəyişiklik planında isə taksilərin tam olaraq sürücülərin ixtiyarına verilməsi öz əksini tapıb. Bunun qarşılığında sürücü hər ay Nəqliyyat Nazirliyinə 100 (min) manat pul ödəməlidir.
Hansı dəyişiklik paketinin tətbiq olunacağı məlum olmasa da bilinən odur ki, Nəqliyyat Nazirliyi sürücülərin »bənövşəyi inqilabının» qarşısını almaq üçün nələrsə etməlidir. Çünki durum həqiqətən kritikdir. Bunu təsdiqləyən daha bir fakt isə Bakıya sonuncu partiyada gətirilən 300 »London» taksisinin hələ də xəttə çıxmamasıdır. Sürücülər şərtlərin ağırlığını əsas gətirərək işləməkdən imtina edirlər.
Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, son durum şəxsən Ziya Məmmədova bildirilib və o baş verənlərdən ciddi şəkildə narahatdır. İndi onun əsas qayğısı »bənövşəyi üsyanı» yatırtmaqdan və yeni şərtlərlə işə start verməkdən ibarətdir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
|