"Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                 

ŞƏMKİRDƏ ŞOK KORRUPSİYA
Tarix: 16-12-2011, 11:39 | Çap et
ŞƏMKİRDƏ ŞOK KORRUPSİYA

DÖVLƏTƏ MƏXSUS QUYULAR NƏDƏN SATIŞA ÇIXARILIB?

DİA.AZ: - Redaksiyamıza daxil olan digər şikəyət məktubunun müəllifi isə Şəmkir rayon Qılıncbəyli kənd sakini Hakim Məmmədovdur. O da yerli məmurların özbaşınalığından, kənddə mövcud olan sosial problemlərdən narazıdır. Redaksiyamıza ünvanladığı məktubunda Hakim Məmmədov yazır ki, 1999-cu ildə Qılıncbəyli kəndinin ərazisində yerləşən 202 reper saylı subartezian quyusunu müqavilə yolu ilə Su Quyularının İstismarı İdarəsindən 10 il müddətinə icarəyə götürüb təmir etdiriblər: "Dövlət aktı ilə verilmiş bu quyu vasitəsilə 10 il müddətində 20 ailənin 30 hektar əkin sahəsini suvarmağı nəzərdə tutmuşduq".

Hakim Məmmədovun sözlərinə görə, 2009-cu ildə onlar "AccessBank"ın Gəncə filialından 10000 manat məbləğində nəğd pul götürüb həmin quyunu idarənin baş mühəndisi İsmayıl Sarıyevin iştirakı ilə əsaslı təmir etdiriblər. Ancaq bundan bir il əvvəl - 2008-ci ildə Su Quyularını İstismarı İdarəsinin müdiri dəyişib. İdarəyə Nəriman Verdiyev rəis təyin olunub.

2009-cu ildə Nəriman Verdiyev quyunun yenidən icarəyə verilməsi ilə bağlı müqavilə imzalanmasına razılıq verməyib. Hakim Məmmədov yazır ki, Nəriman Verdiyev həmin quyunu 15 000 manata Saday Səfərov adlı Rusiya vətəndaşına nağd pula satıb. Saday Səfərov isə həmin quyunuy cuyunu şəxsi torpaq sahəsinə yönəldib. Hakim Məmmədov yazır ki, elə həmin vaxtdan onların qara günləri başlayıb: "Dəfələrlə rayonun aidiyyatı təşkilatlarına və Nəriman Verdiyevə müraciət etməyimizə baxmayaraq, şikayətlərimizə əhəmiyyət vermədilər. Nəriman Verdiyevin sözü o oldu ki, gedin, hara istəyirsiniz şikayət edin. Biz bu barədə aidiyyatı təşkilatlara, o cümlədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə məktublar ünvanladıq. Cəmiyyətin mütəxəssisləri bizə və aidiyyatı təşkilatlara cavab verdilər ki, guya məsələ yerində, kənd camaatının, icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə araşdırılıb və aydın olub ki, sahələrdə su problemi yoxdur, bütün sahələr su ilə normal təmin olunur".

Lakin Hakim Məmmədov iddia edir ki, bütün bunlar hamısı ağ yalandır. Şikayətçinin bildirdiyinə görə, iki ildir onların sahələri su üzünə həsrət qalıb: "Əkin sahələrimiz gözümüzün qarşısında tamam yanıb külə dönüb. Bu heç kimi narahat etmir. Bütün aidiyyatı qurumlar susuzluqdan yanan sahələrə deyil, yoldaş Əhməd Əhmədzadənin quru kağızına inanırlar. Bizim əsas məşğuliyyətimiz əkinçilik və heyvandarlıqdır. Ancaq əkinçilik kimi heyvandarlıqla məşğul olmaqdan da tamamilə məhrum olunmuşuq. Nə yem toplaya, nə də mal-qaranı yaşıl yemlə təmin edə bilirik. Artıq bu vəziyyətə dözmək mümkün deyil, təsərrüfatımıza ciddi ziyan dəyib. Bilmirik hara gedək".

Hakim Məmmədovun bildirdiyinə görə, onun altı nəfər ailə üzvündən 5-i iş qabiliyyətlidir, yalnız anası pensiyaçıdır. Şikayətçi onu da bildirir ki, su problemindən təkcə onlar deyil, demək olar ki, kəndin bütün sakinləri əziyyət çəkirlər. Belə ki, Hakim Məmmədov Su Quyularının İstismarı İdarəsinin rəisi Nəriman Verdiyevin kənddə bir qrup adamla əlbir olub bütün quyuları nağd pulla onlara satdığını iddia edir: "Meliorasiya və Su Təsərrüfatı ASC-dən isə bizə yazırlar ki, sizinlə müqavilə bağlamaq imkanımız xaricindədir. Görəsən, bəs 202 reper saylı quyu, eləcə də digər quyular müqavilə ilə imkanlı adamlara necə satılır?"

Quyular ayrı-ayrı şəxslərə satıldığından onlar digər sakinlərin sudan istifadəsinə icazə vermir. Hakim Məmmədovun bildirdiyinə görə, kimsə pul ödəməsə, şəxsi mülkiyyətə verilən quyuların suyundan istifadə edə bilməz. Bunun üçün ödəniləcək məbləğə gəlincə, şikayətçi yazır ki, quyu sahibləri əkin sahəsinin hər hektarı üçün kənd sakinlərindən 20 manat pul tələb edir.

Hakim Məmmədovun yazdığına görə, kənddə təxminən 570 hektar əkinə yararlı torpaq sahəsi var. Su olmadığından həmin 570 hektar sahənin yalnız 5 hektarına buğda səpilib. Həmin 5 hektar sahəyə isə bu il dekabrın 5-ə kimi bir dəfə də olsun su verilməyib.

Beləliklə, Qılıncbəyli kəndində 100 hektarlara torpaq sahəsi suvarma problemi ucbatından əkilməmiş qalıb. Vəzifəsi kənddə əhalinin su problemini həll etmək olan Nəriman Verdiyev isə əhaliyə əsl problemlər yaradır və Hakim Məmmədovun dediklərinə inansaq, dövlətə məxsus quyuları ata malı kimi satışa çıxarıb. Maraqlıdır, bəs, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi niyə bu məsələyə göz yumur?

R.S.Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru