
PİLLƏKƏNDƏN YIXILDI
Bakıda 72 yaşlı qadın pilləkəndən yıxılaraq ölüb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əmircan qəsəbəsi Cavid Əliyev ev-21 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1941-ci il təvəllüdlü Həqiqət Əli qızı Əbdürrəhmanova yaşadığı evin pilləkənində yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.