
Bakıda polis əməkdaşı bıçaqlanıb.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Nərimanov” parkında qeydə alınıb.
Adıçəkilən parkda baş verən davada 1990-cı il təvəllüdlü Xaçipur Şəhriyar Münasib oğlu parkda asayişi qoruyan polis serjantı Abasət Yusif oğlu Paşayev bıçaqlayıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.