EVİ YANDIRILAN JURNALİST HƏLƏ DƏ EVSİZDİR
Tarix: 28-08-2013, 11:07 | Çap et
Bildiyiniz kimi iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən evin açarları paylandı. Bu bölgü jurnalistlər arasında narazılığa səbəb oldu. Əsas da baş redaktorlara və evi olan jurnalistlərə verilən evlər...
Mətbuat Şurasının jurnalistlər üçün nəzərdə tutulmuş mənzilləri paylaşdırdıqdan sonra məlum oldu ki, onların arasında bir neçə evi olanlarla yanaşı, başqalarının haqqını tapdamış və yemiş «jurnalistlər» də var.Ev alanların siyahısında yalnız 25-30 nəfərin adı var.
Şübhəsiz, bu gün onun bir çoxlarının yaltaqlanıb aldığı evlər əslində digərlərinin olmalıydı. Çünki bu haqq onlara məxsus idi. Bəs evi, hətta vilları ,bahalı maşınınları olan bir çox ev alan əslində kimlərin haqqını yeyib? - İbrahim Bayandurlu. Bir neçə il bundan öncə qəfil ürək tutmasından dünyasını dəyişib. Ailəsi hələ də kirayə evlərdə yaşayır. - Şahin Aağabəyli. «Milli Yol» qəzetinin mərhum baş redaktoru. Təsadüfi bir qəzanın qurbanı olub. Həyat yoldaşı və bir oğlu bu gün çətinliklər içində yaşayır. Evləri belə yoxdur.
- Vasif Turan. Bolgexeber.com saytının rəhbəri. Bir neçə il bundan evi yandırılıb və iki uşağı yanğın nəticəsində tələf olub. Bu gün körpə uşağı ilə çətinlik içində kirayələrdə yaşayır. - Röya Rəfiyevə. «Yeni Müsavat» qəzetinin əməkdaşı kimi çalışır. On illərdir uşaqları ilə birlikdə zirzəmidə yaşayır. Bir neçə dəfə siçovullar uşağının qulağını belə dişləyiblər. - Aygün Muradxanlı. «Yeni Müsavat» qəzetinin əməkdaşı. Uzun illərdir iki uşağı ilə kirayələrdə yaşayır. “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva siyahıdakı adlara baxanda onların əvəzinə utandığını söyləyir: “Siyahıda Bəhruz Quliyevin, Rəşad Məcidin adı var. Hansı ki, Rəşad Məcidin evi yox, evləri var. “Qafqazinfo”dan Elbrus Ərudun, evi olan digər jurnalistlərin adlarını gördüm. İş orasıdır ki, mənzillərinin olmaması ilə bağlı BT-dən arayış alıb bu insanlar.
Bu arayışı necə aldıqlarını deyə bilmərəm. Ancaq hansısa yolla həmin siyahıya düşüblər. 156 evdən heç 50-si evsiz jurnalistlərə çatmayıb. Elə qocaman jurnalistlər var ki, onların bir neçə evləri var. Çox ayıb, ayıb ki, onlar jurnalistlərin adına tikilən və lüks olmayan evə belə iddia edirlər. Hansısa bir jurnalistin isə başının üstündə çətir boyda bir damı belə yoxdur. Onlar isə evləri qoşa-qoşa alırlar”.
Jurnalistlər layihəni ədalətsiz hesab edir. Cəmiyyətdə ayrı-seçkilik yaratdığını söyləyirlər. “Var.az” saytının baş redaktoru Aynur Elgünəş 16 ildir jurnalistikadadır. Elə 16 ildir ki, kirayədə qalır. Ancaq ilk gündən bu layihəyə qoşulmadığını söyləyir.
Bolgexeber.com saytının rəhbəri Vasif TuranTia.az-a açıqlamasında bildirdi ki,mənzillərin bölgüsü ədalətlə aparılmayıb.Buna səbəb onun kimi evə ehtiyacı olan əksər jurnalistlərin adlarının mənzil alanların siyahısında olmaması,əvəzində siyahıda ,ümumiyyətlə jurnalistikaya aidiyyatı az olan adamların və evə qətiyyən ehtiyacı olmayan bir çox şəxslərin adlarının olmasıdır.
”Mən neçə illərdir aktiv olaraq mətbuatda çalışıram və evim yanması səbəbindən evsiz qaldığım üçün mənzil almaq üçün Mətbuat Şurasına ,müvafiq dövlət qurumlarına müraciət etmişdim.Ancaq gördüyünüz kimi bunların heç bir nəticəsi olmadı”,-baş redaktor bildirdi.
Xatırladaq ki, 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı , 9 və 11 yaşlı oğlanları yandırılaraq öldürülmüşdür. İki azyaşlı övladlarının faciəvi şəkildə həlak olması nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Qeyd edək ki, həmin cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisə istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmayıb.Bu hadisədən evi yanıb külə dönməsi səbəbindən baş redaktor artıq 3 ilə yaxındır evsizdir və kirədə yaşayır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|