Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                 

İSMƏT ABBASOVUN ŞOK "AQROLİZİNQ" MAXİNASİYALARI
Tarix: 10-09-2013, 11:22 | Çap et
İSMƏT ABBASOVUN ŞOK "AQROLİZİNQ" MAXİNASİYALARI
DİA.AZ: - Bir neçə gün öncə "Aqrolizinq" ASC-də baş verən misli-bərabəri olmayan korrupsiya faktları barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, kənd təsərrüfatı naziri İsmət Abbasov yaxın adamları vasitəsilə bu sahəyə ayrılan vəsaitləri mənimsəməklə özünə sərvət toplamaqla məşğuldur. Təbii ki, bu mənimsəmələrdən nazirin yaxın adamları da külli miqdarda gəlir əldə edirlər. Belə məmurlar sırasında kənd təsərrüfatı naziri İsmət Abbasovun "sağ" əli kimi tanınan, "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədr müavini Elçin Mirzəyevin də adı keçir. Məlumatlara görə, Elçin Mirzəyev tək kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və mator yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitləri mənimsəyir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilirməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən edilir. Lakin Elçin Mirzəyevin həmin yardımları su içmək kimi mənimsəyir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" ASC-nin sədr müavini vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. Proses təxminən belə baş verir. İstehsalçıların siyahısını tərtibi zamanı analoqu olmayan rəqəmlər göstərilir. Bundan sonra istehsalçıların becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir. Ümumiyyətlə isə dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının ödənilməsinin təmin edilməsi üçün 80 milyon manat pul ayrılır. Amma həmin milyonlar təyinatı üzrə xərclənmir. DİA.AZ bildirir ki, bu barədə 30gun.az portalı xəbər yayıb.

Bundan başqa daxil olan digər məlumatlarda isə qeyd edilirdi ki, taxıl yığımı dövründə yaranmış kombayn böhranını aradan qaldırmaq üçün kənd təsərrüfatı naziri İsmət Abasov Maliyə Naziri Samir Şərifova əlavə vəsaitlərin ayrilmasi üçün müraciət edib. Maliyə nazirinin İsmət Abasovla münasibətləri gərgin olduğundan, o, əlinə düşmüş imkandan istifadə edərək kənd təsərrüfatı nazirinə tutarlı zərbə vurur. Maliyyə naziri Samir Şərifov dövlət başçısı İlham Əliyevə müraciət edib ki, kənd təsərrüfatına ayrılan vəsaitlər imkan verirdi ki, bütün ehtiyaclar ödənilsin. Maliyə naziri müraciətində xüsusi vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış subsidiyalar, digər vəsaitlər mənimsənilir, təyinatı üzrə xərclənmir. İlham Əliyev də maliyyə nazirinin müraciətinə əsaslanaraq yoxlama təyin edib. Yoxlama Maliyyə Nazirliyinə həvalə olunub. Aparılan araşdırmalar nəticəsində külli miqdarda korrupsiya faktları üzə çıxıb. Akt tərtib edilib, materiallar Respublika Prokurorluğuna göndərilib. Mütəxəssis kimi bu araşdırmaya cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarət şöbəsinin baş məsləhətçisi Faiq Bayramov İsmət Abasovun göstərişi ilə aktı imzalamaqdan imtina edib və təcili məzuniyyətə göndərilib. Nazir İsmət Abasov faktları ört-basdır etməyə çalışır. Çünki bu korrupsiya faktlarının onun özünə gedib çıxacağından ehtiyat edir. Məlumatlarda həmçinin bildirilirdi ki, külli miqdarda mənimsəmələrə yol vermiş Şəki “Aqroservis” xidmətinin rəhbəri Rasim Qurbanovdan, onun qardaşı, Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovdan, “Aqrolizinq” ASC sədrinin müavini Elçin Mirzəyevdən işdən çıxarılmaları ilə bağlı ərizələri alınıb. Lakin nazir İsmət Abasov onlarin əmrlərini verməyə tələsmir, prokurorluğun araşdırmalarının sonunu gözləyir.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 4 iyul 2013-cü ildə Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Sərəncama əsasən taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Avqustun birinci dekadasında ölkədə taxıl biçini yekunlaşıb. Bu, o deməkdir ki, istehsalçı şirkət kombaynları sərəncam imzalandığı gündən göndərsə belə, yenə də bu ilin taxıl biçininə çatmayıb. Bu halda “kombaynların nə üçün alınması” sualı aktuallaşıb. 30gun.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.

Kənd Təsərrüfatı Nazirliyindəki mənbələrdən 30gun.az-a daxil olan məlumata görə, sərəncamda məhz bu ilin qeyd edilməsi nazir İsmət Abbasovun səyi nəticəsində baş verib. Çünki kombaynlar gələn il üçün nəzərdə tutulsaydı, satınalmalar tender yolu ilə həyata keçirilməli idi. Ancaq bu il üçün nəzərdə tutulduğundan vaxt çatışmazlığını əsas götürüb kombaynların tendersiz alınmasına qərar verilib. Bununla da İ.Abasov dövlət başçısı İlham Əliyevi aldatmış olub. Tendersiz satınalmalarda korrupsiya imkanları isə çox genişdir. Konkret faktlara keçək.

Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən kombaynların hazırda “Aqrolizinq” ASC-də qiyməti 112 min manatdır. Ancaq eyni markalı və eyni texniki göstəriciləri (125 at gücü) olan kombaynları ASC 2012-ci ildə 71 min manata lizinqlə satmışdır. Gördüyü kimi, 1 ilə qiymətlər 58 faiz qiymət bahalaşıb.

“Aqrolizinq” ASC isə bahalaşmanın səbəbini "yuxarılara" belə izah edib ki, 2012-ci ildə satılan kombaynlar Azərbaycana Yaponiya hökumətinin qrantı hesabına gətirilib. Bununla bağlı tender Yaponiyada keçirildiyindən qiymət ucuz olub. Bu il satılan kombaynlar isə, büdcə vəsaiti hesabına alınıb. Ona görə də qiymətlərdə 58 faiz artım olub.

Taxılyığan kombaynların istehsalçısı olan Finlandiyanın “Sampo Rosenflyu” şirkətinin məlumatına görə, ötən ildən indiyəcən taxılyığan kombayn qiymətlərində cəmi 2 faiz qiymət artımı olub. Belə olan halda onda görəsən niyə Azərbaycanda kombaynların qiyməti son 1 ildə 58 faiz bahalaşıb. Məlumatlara görə, “Sampo Rosenflyu” şirkəti birbaşa heç bir alıcıyla alış-veriş etmir. Satışları yalnız yerli distributorlar vasitəsilə ilə həyata keçirib.

“Sampo Rosenflyu” şirkətinin Azərbaycanda rəsmi distributoru Aydın Əzimov adlı bir şəxsdir. Bu məlumat istehsalçının internet səhifəsində də göstərilib (http://www.sampocomia.fi/world-dealers/?lang=en). Aydın Əzimovun kimliyini müəyyənləşdirmək üçün araşdırma zamanı bəlli oldu ki, A.Əzimov “Aqrolizinq” ASC-nin sədr müavinidir və İ.Abbasovun inanılmış adamlarından biri sayılır. Taxılyığan kombaynları isə o, Panamada qeydiyyatdan keçmiş İsmət Abbasova məxsus offşor şirkət vasitəsilə, istehsalçıdan alıb, qiymətləri 55-58 faiz şişirdərək “Aqrolizinq” ASC-yə satır. Bu, artıq təkzib olunmaz korrupsiya faktıdır.

Beləliklə, İ.Abbasovun kombaynların tendersiz alınmasına üstünlük verməsinin səbəbi aydınlaşır. Söhbət büdcə vəsaitlərinin offşor şirkətlər vasitəsi mənimsənilməsindən gedir.

Sadə hesablamalar aparsaq görərəik ki, 15 milyon manat yeni kombaynların alınmasına vəsait ayrılıb. 71 min manatdan hesablasaq bu pula 211 kombayn almaq olardı. Ancaq şişirdilmiş rəqəmlərlə bu pul 134 kombayn alınacaq. Rəqəmləri şişirtməklə 3 milyon manatdan çox vəsait aqrar sektor boslarının cibinə axır.

Son olaraq qeyd edək ki, İsmət Abbasovun "Aqrolizinq" maxinasiyaları bununla yekunlaşmır. 30gun.az-a bu sahədə baş verən total korrupsiya əməliyyatları barədə ilginc məlumatlar daxil olub. Məlumatlarda Maliyyə Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyinə "Kapital Bank" ASC-nin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə ayrılan milyonlarla vəsaitin mənimsənilməsi halları barədə geniş məlumat verəcəyik.

Araşdırmalarımız davam edir. Bizi izləyin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru